Azərbaycanda 93 milyon dolları mənimsəyən şəxslər


Kriminal 23 Okt 2024 11:57:00 109 0

Azərbaycanda 93 milyon dolları mənimsəyən şəxslər

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslər həbs edilib.

Bu barədə Son.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Rüfət Qarayev, Elnur Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri "Land Lojistics", "International Lojistics" Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 85.5 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 145,4 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmayıblar.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Rüfət Qarayev, İbrahim Lalayev və Muxtarov Elməddin barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Elnur Qarayev barəsində barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Bundan başqa, Nizami Abdullayev, Elşad Rzayev və digərlərinin cinayətkar niyyətlə təsis etdikləri "Fresh Fruits Az" MMC ilə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 8,8 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 15 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmayıblar.

Qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2, 313-cü və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Nizami Abdullayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Elşad Rzayev barəsində barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Rerspublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Kamran Əliyevdən yeni təyinatlar like
  • 23 Okt 11:56  
Digərləri Kamran Əliyevdən yeni təyinatlar

Baş prokuror əmrlər imzalayıb.

arrow Ətraflı
Doğuş Xoşqədəmlə mübahisə edib, efirdən getdi  VİDEO like
  • 23 Okt 11:55  
Şou-biznes Doğuş Xoşqədəmlə mübahisə edib, efirdən getdi VİDEO

Müğənni Doğuş həyat yoldaşı, Xoşqədəm Hidayətqızı ilə efirdə mü

arrow Ətraflı
Sürücülərə şad xəbər  Bu ərazidə artıq like
  • 23 Okt 11:52  
Digərləri Sürücülərə şad xəbər Bu ərazidə artıq

Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti v

arrow Ətraflı
Bakıda tortun içindən like
  • 23 Okt 11:50  
Digərləri Bakıda tortun içindən

Bakıda hazırlanan şirniyyat maraq doğurub.

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 23 Okt 11:48  
Digərləri Türkiyədə zəlzələ oldu

Kahramanmaraşda zəlzələ olub. Son.az xəbər verir ki, bu barədə AFAD m

arrow Ətraflı
Azərbaycanlı müğənni ata oldu  FOTO like
  • 23 Okt 11:43  
Şou-biznes Azərbaycanlı müğənni ata oldu FOTO

Müğənni Mürsəl Səfərov ata oub.

arrow Ətraflı
Təcili yardımın sürücüsü öldürüldü  FOTO like
  • 23 Okt 11:28  
Kriminal Təcili yardımın sürücüsü öldürüldü FOTO

Göyçay rayonunda qətl hadisəsi baş verib.

arrow Ətraflı
Netanyahunun evinə yenə dronla hücum oldu like
  • 23 Okt 11:00  
Dünya Netanyahunun evinə yenə dronla hücum oldu

Oktyabrın 19-da İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahında &qu

arrow Ətraflı
ABŞAzərbaycan əlaqələri Cənubi Qafqazda sülh üçün xüsusi əhəmiyyət daşıyır like
  • 23 Okt 10:59  
Digərləri ABŞAzərbaycan əlaqələri Cənubi Qafqazda sülh üçün xüsusi əhəmiyyət daşıyır

ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubda

arrow Ətraflı
Xalq artisti qəzetdən plaş geyindi  VİDEO  FOTO like
  • 23 Okt 10:55  
Şou-biznes Xalq artisti qəzetdən plaş geyindi VİDEO FOTO

Xalq artisti Tünzalə Ağayevanın şəxsi "İnstagram" hesabında et

arrow Ətraflı
Sülh yolunda ilk addımı açıqladı like
  • 23 Okt 10:25  
Dünya Sülh yolunda ilk addımı açıqladı

"Ukraynada döyüş əməliyyatları 2,5 ildən çoxdur davam edir. Lakin e

arrow Ətraflı
Bakıda yeni radarlar quraşdırılır? like
  • 23 Okt 10:17  
Digərləri Bakıda yeni radarlar quraşdırılır?

Bakıda yol kənarlarında yeni nişanlar qoyulub. Son.az xəbər verir ki,

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı like
  • 23 Okt 10:14  
Kriminal Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Oktyabrın 22-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən

arrow Ətraflı
Bu rayona 17 sm qar yağdı like
  • 23 Okt 10:08  
Digərləri Bu rayona 17 sm qar yağdı

Bu gün saat 9:00-a olan məlumata görə, hazırda Lənkəran-Astara bölgəsin

arrow Ətraflı
Sevda bu yolla 12 kq ARIQLADI  VİDEO like
  • 23 Okt 10:02  
Şou-biznes Sevda bu yolla 12 kq ARIQLADI VİDEO

Müğənni Sevda Sanəliyeva 12 kiloqram çəki atdığını açıqlayıb.

arrow Ətraflı