Dönərlə bağlı yeni tələb AQTA məlumat yaydı
Digərləri 23 Okt 2024 10:01:00 206 0
"Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları" adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
Bu xəbəri də oxu: Bu şəxslərin gəlirinin 75 faizi vergidən azad edilir
Bu barədə Son.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.
Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub.
Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd olunub. Beynəlxalq təcrübə, o cümlədən Kodeks Alimentarius Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan layihə dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyən edir. Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) "Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq, AQTA-nın verdiyi Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.
Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları "çiy ət" nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında üç saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.
Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.
Bu ilin ilk 8 ayı ərzində Qazaxıstandan Azərbaycana 20 baş dəvə gətiril
Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər və arvadı qətlə yeti
Son.az Trend-ə istinadən bildirir ki, Bakıda "Dayanıqlı Mikromaliyy�
Aparıcı İlkin Həsəninin doğum günü olub.
Ötən gün Sabunçu keçidi adlanan ərazidə iki nəfər batıb. Rəsmi məlum
"Son günlər İranın məşhur din xadimi Ayətullah Məhəmməd Mehdi Mir
Texas ştatının baş prokuroru Ken Pakston ABŞ prezidenti Co Bayden administr
Qlobal münaqişələr və müharibələr şəraitində ölkələr bir-biri ilə
Rusiyanın Krasnoyarsk polisi avtomobil qeydiyyatı ilə bağlı qanunsuz hərə
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti ola
"Mənə dedilər heyif siz türk deyilsiniz. Onlar 2 dövlət, 1 millət de
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.