4 qurum subasma ilə bağlı


Digərləri 22 Okt 2024 14:02:00 90 0

4 qurum subasma ilə bağlı

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi birgə məlumat yayıb.

Bu xəbəri də oxu: Heydər Əliyev prospektində

Son.az xəbər verir ki, birgə məlumatda deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılı hava şəraiti 22 oktyabr 2024-cü il tarixində günün ikinci yarısından etibarən Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək. Sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 mm (aylıq normanın 306 %-i) təşkil edib. Yağan intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsini təmin edir. Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb. Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Hazırda prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir. Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdən çəkilməsi, yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində sistematik və operativ tədbirlər həyata keçirir".

Bu şəxslərə güzəştli ipoteka kreditləri verilməsi like
  • 22 Okt 13:55  
Digərləri Bu şəxslərə güzəştli ipoteka kreditləri verilməsi

Minatəmizləyənlərin kifayət qədər məsuliyyətli və şərəfli iş həya

arrow Ətraflı
Neft zavodundakı yanğında xəsarət alan olmayıb like
  • 22 Okt 13:54  
Digərləri Neft zavodundakı yanğında xəsarət alan olmayıb

Yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb.

arrow Ətraflı
Tanınmış müğənni vəfat etdi like
  • 22 Okt 13:53  
Şou-biznes Tanınmış müğənni vəfat etdi

"Iron Maiden" qrupunun keçmiş solisti Pol DiAnno (əsl adı Endryus

arrow Ətraflı
Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı like
  • 22 Okt 13:48  
Dünya Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun başçısı Fətullah G

arrow Ətraflı
Sistem dəfələrlə artıq yüklənib  Rəsmi açıqlama like
  • 22 Okt 13:42  
Digərləri Sistem dəfələrlə artıq yüklənib Rəsmi açıqlama

Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan probleml

arrow Ətraflı
Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi like
  • 22 Okt 13:35  
Digərləri Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi

Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyən

arrow Ətraflı
Azərbaycanda bu şəxslər də pensiya alacaq like
  • 22 Okt 13:28  
Digərləri Azərbaycanda bu şəxslər də pensiya alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.

arrow Ətraflı
Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi like
  • 22 Okt 13:25  
Digərləri Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülmə

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 22 Okt 13:22  
Digərləri Sabah hava necə olacaq?

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Efirdə Xalq artisti ilə ekspert arasında dava like
  • 22 Okt 13:21  
Şou-biznes Efirdə Xalq artisti ilə ekspert arasında dava

Xalq artisti Fatma Mahmudova ilə "Elgizlə izlə" proqramında eksper

arrow Ətraflı
Bu 3 bürcün nümayəndələri dostluqda möhkəmdirlər like
  • 22 Okt 13:15  
Digərləri Bu 3 bürcün nümayəndələri dostluqda möhkəmdirlər

Bəzi bürclər daxil olduqları yerdə diqqəti çəkir və asanlıqla dostluq

arrow Ətraflı
Eldar Əzizov hadisə yerində: "Ola bilsin, bəzi nöqsanlara yol verilib" like
  • 22 Okt 13:07  
Digərləri Eldar Əzizov hadisə yerində: "Ola bilsin, bəzi nöqsanlara yol verilib"

Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normad

arrow Ətraflı
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib? like
  • 22 Okt 13:03  
Digərləri Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib?

İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şərai

arrow Ətraflı
Lerik rayonunun Rvarud kəndinə qar yağır like
  • 22 Okt 12:58  
Digərləri Lerik rayonunun Rvarud kəndinə qar yağır

Oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən Lerik rayonunun Rvarud kə

arrow Ətraflı