Sistem dəfələrlə artıq yüklənib Rəsmi açıqlama


Digərləri 22 Okt 2024 13:42:00 81 0

Sistem dəfələrlə artıq yüklənib  Rəsmi açıqlama

Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə APA-ya açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

"Məlum olduğu kimi bir neçə gündür ki, ölkə ərazisində intentiv yağışlı hava şəraiti müşahidə edilir. Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər", - Ceyhun Musaoğlu qeyd edib.

Onun sözlərinə görə, ADSEA-nın rəhbərliyi və əməkdaşları, xüsusilə rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işləri icra edirlər.

"Yağıntıların normadan dəfələrlə artıq olması müəyyən fəsadlar yaratsa da, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmış problemlərin aradan qaldırılması və əhalinin üzləşdiyi yağışın səbəb olduğu fəsadların minimuma endirilməsi üçün nəzərədə tutulan bütün tədbirləri sistematik və operativ formada həyata keçirir", - Ceyhun Musaoğlu vurğulayıb.

O əlavə edib ki, "Bakı şəhərinin baş planı - 2040" sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

"Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin", - mətbuat katıibi bildirib.

Əlavə olaraq qeyd edək ki, sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.

Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi like
  • 22 Okt 13:35  
Digərləri Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi

Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyən

arrow Ətraflı
Azərbaycanda bu şəxslər də pensiya alacaq like
  • 22 Okt 13:28  
Digərləri Azərbaycanda bu şəxslər də pensiya alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.

arrow Ətraflı
Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi like
  • 22 Okt 13:25  
Digərləri Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülmə

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 22 Okt 13:22  
Digərləri Sabah hava necə olacaq?

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Efirdə Xalq artisti ilə ekspert arasında dava like
  • 22 Okt 13:21  
Şou-biznes Efirdə Xalq artisti ilə ekspert arasında dava

Xalq artisti Fatma Mahmudova ilə "Elgizlə izlə" proqramında eksper

arrow Ətraflı
Bu 3 bürcün nümayəndələri dostluqda möhkəmdirlər like
  • 22 Okt 13:15  
Digərləri Bu 3 bürcün nümayəndələri dostluqda möhkəmdirlər

Bəzi bürclər daxil olduqları yerdə diqqəti çəkir və asanlıqla dostluq

arrow Ətraflı
Eldar Əzizov hadisə yerində: "Ola bilsin, bəzi nöqsanlara yol verilib" like
  • 22 Okt 13:07  
Digərləri Eldar Əzizov hadisə yerində: "Ola bilsin, bəzi nöqsanlara yol verilib"

Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normad

arrow Ətraflı
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib? like
  • 22 Okt 13:03  
Digərləri Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib?

İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şərai

arrow Ətraflı
Lerik rayonunun Rvarud kəndinə qar yağır like
  • 22 Okt 12:58  
Digərləri Lerik rayonunun Rvarud kəndinə qar yağır

Oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən Lerik rayonunun Rvarud kə

arrow Ətraflı
Hacı Şahinin yenilənən məzarının like
  • 22 Okt 12:50  
Şou-biznes Hacı Şahinin yenilənən məzarının

Hacı Şahin Həsənlinin məzarı yenilənib.

arrow Ətraflı
Aytən Səfərovanın yolda çətin anları  VİDEO like
  • 22 Okt 12:46  
Şou-biznes Aytən Səfərovanın yolda çətin anları VİDEO

Aparıcı Aytən Səfərova səhər saatlarında işə gedərkən yaşadığı �

arrow Ətraflı
Məşhur prodüser xərçəngə yoluxdu like
  • 22 Okt 12:43  
Şou-biznes Məşhur prodüser xərçəngə yoluxdu

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüs

arrow Ətraflı
Məktəb direktorunun müavini vəfat etdi like
  • 22 Okt 12:38  
Digərləri Məktəb direktorunun müavini vəfat etdi

Lənkəranda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nurə

arrow Ətraflı
Bir qrup partiya hesabat vermir  Siyavuş Novruzov like
  • 22 Okt 12:33  
Digərləri Bir qrup partiya hesabat vermir Siyavuş Novruzov

Bir qrup partiya hesabat vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermi

arrow Ətraflı