COP29 Azərbaycan Əməliyyat Şirkəti konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək


Digərləri 22 Okt 2024 14:13:00 96 0

COP29 Azərbaycan Əməliyyat Şirkəti konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək

"COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi kimi konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək".

Bu xəbəri də oxu: Heydər Əliyev prospektində

Son.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, bu ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi Bakı Stadionunun mühüm enerji təchizatı hidratlaşdırılmış bitki yağı (HVO) hesabına qarşılanacaq.

Vurğulanıb ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti konfransı yeddi əsas öhdəliyi özündə ehtiva edən dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpaolunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanslaşdırılması yolu ilə istixana qazı (İXQ) emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi, dayanıqlılıq siyasətinə əsasən, ikinci əsas öhdəlikdir.

Bu iki istiqamətin əsasını təşkil edən prioritet təşəbbüslərdən biri də konfrans məkanının əksər hissələrinin enerji təchizatı üçün qazıntı yanacağına alternativ olaraq hidratlaşdırılmış bitki yağının (HVO) seçimi və istifadəsidir. Bu təşəbbüs konfrans məkanında enerjidən istifadə nəticəsində yaranan İXQ emissiyalarını əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır.

Hidratlaşdırılmış bitki yağı (HVO) aşağıkarbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə HVO-nu ənənəvi qazıntı yanacağından daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, HVO tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. HVO ilə yanaşı, tədbir məkanının bütün digər enerji ehtiyacları konfrans tarixləri ərzində bərpaolunan enerji mənbələrindən təmin ediləcək.

Qeyd edək ki, bu innovativ təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş - "SOCAR Green" şirkətinin dəstəyi ilə reallaşacaq. Sözügedən şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi HVO həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağıkarbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir.

"COP29 Azərbaycan ƏŞ əmindir ki, bu yanaşma digər beynəlxalq tədbirlərə də nümunə olacaq və tədbirin həm dayanıqlı, həm də karbon neytral olması üzrə öhdəliyini daha da gücləndirəcək", - məlumatda qeyd edilib.

Bakıda qızını öldürməyə cəhd edən ataya like
  • 22 Okt 14:07  
Digərləri Bakıda qızını öldürməyə cəhd edən ataya

Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cava

arrow Ətraflı
Makronun süqutu: siyasi böhran və solçuların üsyanı like
  • 22 Okt 14:04  
Siyasət Makronun süqutu: siyasi böhran və solçuların üsyanı

Fransa dərin siyasi böhran yaşayır və onun episentrində sürətlə nüfuzu

arrow Ətraflı
4 qurum subasma ilə bağlı like
  • 22 Okt 14:02  
Digərləri 4 qurum subasma ilə bağlı

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı şə

arrow Ətraflı
Bu şəxslərə güzəştli ipoteka kreditləri verilməsi like
  • 22 Okt 13:55  
Digərləri Bu şəxslərə güzəştli ipoteka kreditləri verilməsi

Minatəmizləyənlərin kifayət qədər məsuliyyətli və şərəfli iş həya

arrow Ətraflı
Neft zavodundakı yanğında xəsarət alan olmayıb like
  • 22 Okt 13:54  
Digərləri Neft zavodundakı yanğında xəsarət alan olmayıb

Yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb.

arrow Ətraflı
Tanınmış müğənni vəfat etdi like
  • 22 Okt 13:53  
Şou-biznes Tanınmış müğənni vəfat etdi

"Iron Maiden" qrupunun keçmiş solisti Pol DiAnno (əsl adı Endryus

arrow Ətraflı
Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı like
  • 22 Okt 13:48  
Dünya Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun başçısı Fətullah G

arrow Ətraflı
Sistem dəfələrlə artıq yüklənib  Rəsmi açıqlama like
  • 22 Okt 13:42  
Digərləri Sistem dəfələrlə artıq yüklənib Rəsmi açıqlama

Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan probleml

arrow Ətraflı
Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi like
  • 22 Okt 13:35  
Digərləri Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi

Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyən

arrow Ətraflı
Azərbaycanda bu şəxslər də pensiya alacaq like
  • 22 Okt 13:28  
Digərləri Azərbaycanda bu şəxslər də pensiya alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.

arrow Ətraflı
Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi like
  • 22 Okt 13:25  
Digərləri Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülmə

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 22 Okt 13:22  
Digərləri Sabah hava necə olacaq?

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Efirdə Xalq artisti ilə ekspert arasında dava like
  • 22 Okt 13:21  
Şou-biznes Efirdə Xalq artisti ilə ekspert arasında dava

Xalq artisti Fatma Mahmudova ilə "Elgizlə izlə" proqramında eksper

arrow Ətraflı
Bu 3 bürcün nümayəndələri dostluqda möhkəmdirlər like
  • 22 Okt 13:15  
Digərləri Bu 3 bürcün nümayəndələri dostluqda möhkəmdirlər

Bəzi bürclər daxil olduqları yerdə diqqəti çəkir və asanlıqla dostluq

arrow Ətraflı