326 milyon manatlıq qaçaqmalçılıq pulların aqibəti


Kriminal 21 Okt 2024 18:46:00 109 0

326 milyon manatlıq qaçaqmalçılıq  pulların aqibəti

326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir.

Son.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Zöhrab Raqub oğlu Hidayətov, Elvin Valeh oğlu Şirinov və Qaçqın Şura oğlu Hümbətov barəsində məhkəmə prosesi başlanılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub. Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxenasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn alınan "kənd təsərrüfatı məhsulları" formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.

Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qaldırılmış vəsatətlər rədd edilib və növbəti məhkəmə prosesi oktyabrın 31-nə təyin edilib.

Son.az 

Bunlar dərini qurudur və like
  • 21 Okt 18:40  
Digərləri Bunlar dərini qurudur və

Qış aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üzl

arrow Ətraflı
Bakıda 2 yeniyetmə “BMW”dən görün nə like
  • 21 Okt 18:32  
Digərləri Bakıda 2 yeniyetmə “BMW”dən görün nə

Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

arrow Ətraflı
Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr oldu like
  • 21 Okt 18:31  
Siyasət Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr oldu

21 oktyabr 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası

arrow Ətraflı
"İlhamə Quliyevanın ruhuna hörmətsizlik edənlərin birbir adlarını çəkəcəyəm" like
  • 21 Okt 18:24  
Şou-biznes "İlhamə Quliyevanın ruhuna hörmətsizlik edənlərin birbir adlarını çəkəcəyəm"

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də mərhum Xalq artisti İlhamə Quliyev

arrow Ətraflı
Leysan bu yolları keçilməz etdi like
  • 21 Okt 18:17  
Digərləri Leysan bu yolları keçilməz etdi

Hazırda Bakıda leysan xarakterli yağış yağır.

arrow Ətraflı
Bu tarixdə PreCOP tədbiri olaraq dünya dini liderlərinin sammiti təşkil ediləcək like
  • 21 Okt 18:09  
Digərləri Bu tarixdə PreCOP tədbiri olaraq dünya dini liderlərinin sammiti təşkil ediləcək

COP29 çərçivəsində iki panel məhz multikulturalizm məsələlərinə həsr

arrow Ətraflı
Bakıda xanım sürücü qəribə qəza törətdi  VİDEO like
  • 21 Okt 18:03  
Digərləri Bakıda xanım sürücü qəribə qəza törətdi VİDEO

Bakıda xanım sürücü qəribə qəza törədib.

arrow Ətraflı
İsrail 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi like
  • 21 Okt 18:00  
Dünya İsrail 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi

İsrail İrana casusluq etməkdə şübhəli bilinən 7 vətəndaşını həbs e

arrow Ətraflı
Dilan Polat yenə SAXLANILDI: bu dəfə bacısı ilə... like
  • 21 Okt 17:54  
Şou-biznes Dilan Polat yenə SAXLANILDI: bu dəfə bacısı ilə...

Fenomen Dilan Polat və bacısı Sıla Doğu saxlanılıb.

arrow Ətraflı
Özündən 20 yaş kiçik ərindən boşanır like
  • 21 Okt 17:49  
Şou-biznes Özündən 20 yaş kiçik ərindən boşanır

Bu ilin fevralında özündən 20 yaş kiçik sevgilisi ilə ailə həyatı qura

arrow Ətraflı
Ançelotti Arda Gülerlə bağlı qərar verdi like
  • 21 Okt 17:22  
Digərləri Ançelotti Arda Gülerlə bağlı qərar verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelottini Arda Gülerlə ba

arrow Ətraflı
İkinci övladı olacaq  FOTOlar like
  • 21 Okt 17:15  
Şou-biznes İkinci övladı olacaq FOTOlar

Dünya şöhrətli Hollivud aktrisası Cennifer Lourens ikinci dəfə ana olacaq

arrow Ətraflı
İtkin ailələrinə müraciət edildi like
  • 21 Okt 16:59  
Digərləri İtkin ailələrinə müraciət edildi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�

arrow Ətraflı
Ferrari 3,9 milyonluq yeni modelini təqdim etdi  FOTOlar like
  • 21 Okt 16:52  
Digərləri Ferrari 3,9 milyonluq yeni modelini təqdim etdi FOTOlar

Ferrari 1183 at gücünə malik hibrid superkarı F80-i təqdim edib.

arrow Ətraflı
Bakıda "qaraçı"lar avtobusda OYUN ÇIXARDILAR  VİDEO like
  • 21 Okt 16:18  
Digərləri Bakıda "qaraçı"lar avtobusda OYUN ÇIXARDILAR VİDEO

M8 nömrəli marşrutda "qaraçı" xaosu yaşanıb.

arrow Ətraflı