Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması çağırışlı daha bir sərgi


Digərləri 21 Okt 2024 09:16:00 86 0

Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması çağırışlı daha bir sərgi

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha bir sərgi nümayiş etdiriləcək. Noyabrın 7-də nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) "Yenidən doğulmuş gözəllik" (Reclaimed Beauty) fərdi sərgisinin açılışı olacaq. 

Dotun Populanın 7-ci fərdi sərgisinin COP29 ərəfəsində Bakıda açılması isə ekspozisiyanın COP29-la səsləşməsidir. Belə ki, ev sahibliyi edəcəyimiz mühüm beynəlxalq tədbirin iştirakçıları hər il dünya dövlətlərini bir araya gətirərək keçirdikləri görüş və konfranslarda iqlimə diqqətin vacibliyini vurğulayırlarsa, heykəltaraş Dotun Popula da yaratdığı orijinal əsərləri ilə həmin mövzunu qabardır. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. 

Qeyd edək ki, 2012-ci ildən etibarən ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədi daşıyan "Tullantıdan sənətə" adlı beynəlxalq festival keçirilir. Əsasən məişət tullantılarından hazırlanan əsərlər hətta tullantının incəsənət əsərinə çevrilməsinin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Tullantıdan sənətə" adlı Muzeyin açılması isə Azərbaycanda bu sahədə görülən uğurlu işlərin nəticəsi kimi qəbul edilə bilər. 

Dotun Popula tullantı metallardan hazırladığı əsərləri vasitəsilə ilə hazırda bəşəriyyət üçün başlıca problemə çevrilən iqlimin qorunması, ətraf mühitə qayğının vacibliyinə diqqəti cəlb etməyi bacarır. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş "heç nə"dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır. 

Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə "Birlikdə var olmaq" (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın "Dubay Ekspo 2020" sərgisindəki Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdur. 

Rusiya Ukraynaya raket hücumunu dayandırdı  İlginc səbəb like
  • 21 Okt 09:12  
Digərləri Rusiya Ukraynaya raket hücumunu dayandırdı İlginc səbəb

Rusiya Ukraynaya raket atışlarını dayandırıb. Bu, Ukraynanın enerji sekto

arrow Ətraflı
Balaəli bu məşhurun oğlunun cibini dollarla doldurdu like
  • 21 Okt 08:46  
Şou-biznes Balaəli bu məşhurun oğlunun cibini dollarla doldurdu

Aqşin Fateh kiçik oğlu ilə birgə "Həmin Zaur" verlişinin qonağ

arrow Ətraflı
Van Dammın Qəbələdəki heykəli niyə götürüldü? like
  • 21 Okt 08:39  
Şou-biznes Van Dammın Qəbələdəki heykəli niyə götürüldü?

Dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun V�

arrow Ətraflı
Bakıda tanınmış fitnes zalının sahibi bıçaqlandı like
  • 21 Okt 08:16  
Kriminal Bakıda tanınmış fitnes zalının sahibi bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Pərvin ad gününü qeyd etdi  geyimi diqqət çəkdi like
  • 21 Okt 08:15  
Şou-biznes Pərvin ad gününü qeyd etdi geyimi diqqət çəkdi

Aktrisa Pərvin Abıyeva yeni yaşını qeyd edib.  

arrow Ətraflı
Bakı susuz qala bilər like
  • 21 Okt 08:07  
Digərləri Bakı susuz qala bilər

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni hədə

arrow Ətraflı
"Türkiyədəki qruplaşma Bakıda da var"  Aktyordan iddia like
  • 21 Okt 08:01  
Digərləri "Türkiyədəki qruplaşma Bakıda da var" Aktyordan iddia

Əməkdar artist Elnur Kərimov son günlər Türkiyə gündəmini zəbt edən &

arrow Ətraflı
Qarabağdan gizli şəkildə Ermənistana aparılır? – Yayılan fotolar təəccübləndirdi like
  • 21 Okt 07:54  
Digərləri Qarabağdan gizli şəkildə Ermənistana aparılır? – Yayılan fotolar təəccübləndirdi

Sosial şəbəkənin Ermənistan seqmentində Qarabağdan Gürcüstana, oradan i

arrow Ətraflı
Bakıda avtomobil qatara çırpıldı  ağır xəsarət alanlar var like
  • 21 Okt 07:43  
Digərləri Bakıda avtomobil qatara çırpıldı ağır xəsarət alanlar var

Bakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.

arrow Ətraflı
İTVdə Zaurla Xoşqədəmə atmaca like
  • 21 Okt 07:35  
Şou-biznes İTVdə Zaurla Xoşqədəmə atmaca

İctimai TV-nin "Vətəndaş A" serialında aparıcılar Zaur Baxşəl

arrow Ətraflı
Qiyabi təhsil geri qayıdır? like
  • 21 Okt 07:18  
Digərləri Qiyabi təhsil geri qayıdır?

İnkişaf etmiş bir sıra ölkələrdə magistraturada qiyabi təhsil forması

arrow Ətraflı
5,8 bal gücündə zəlzələ bu ölkəni 2ci dəfə SİLKƏLƏDİ like
  • 21 Okt 07:09  
Dünya 5,8 bal gücündə zəlzələ bu ölkəni 2ci dəfə SİLKƏLƏDİ

Argentinanın qərbində yerləşən San Juan əyalətində 5,8 bal gücündə z

arrow Ətraflı
Əhməd Cavadın ailəsinə ağır itki like
  • 21 Okt 07:08  
Kriminal Əhməd Cavadın ailəsinə ağır itki

Tanınmış Azərbaycan şairi Əhməd Cavadın ailəsinə ağır itki üz verib

arrow Ətraflı