Bakı susuz qala bilər


Digərləri 21 Okt 2024 08:07:00 81 0

Bakı susuz qala bilər

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni hədəflər müəyyən olunub. Bu istiqamətdə müvafiq işlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya əsasən həyata keçiriləcək. Sənədə görə, Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır. 

Bu xəbəri də oxu: Niyə ona Ölü dəniz deyirlər?

Son.az "Kaspi" qəzetinə istinadla xəbər verir ki, strategiyaya əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması nəzərdə tutulur.

Yeni hədəflərə görə, Azərbaycanda su tariflərinin diferensiallaşdırılması da planlaşdırılır. Bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması nəzərdə tutulur. Bunun üçün "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları"nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması gözlənilir. vakansiya

Su ehtiyatlarından səmərəli istifadəyə dair yeni hədəflər çərçivəsində Azərbaycanda süni yağış texnologiyası da sınaqdan keçiriləcək. İlkin olaraq bununla bağlı bir pilot layihənin icra olunması nəzərdə tutulur. 2024−2027-ci illərdə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı bir pilot layihənin icrası təmin ediləcək.

Bəs, görəsən, yeni Strategiyadan gözləntilər nədən ibarətdir? Qarşıya qoyulan hədəflər su resurslarından daha səmərəli istifadə olunmasına imkan yaradacaqmı?

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan su resursları baxımından həssas ölkələr sırasındadır. Ölkənin su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. BMT-nin İnkişaf Proqramının proqnozlarına görə, lazımi addımlar atılmazsa, 2050-ci ilədək su resursları daha da azalacaq. Bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Son 30 ildə ölkənin su ehtiyatı 20 faizə qədər azalıb və 2050-ci ilə qədər daha 15-20 faizə qədər azalacağı ehtimal edilir.

Su məsələləri üzrə mütəxəssis Rövşən Abbasov bildirib ki, sözügedən sənədin təsdiq olunmasının çox ciddi səbəbləri var. Ekspert ölkənin su gələcəyi ilə bağlı bəzi bədbin proqnozların mövcud olduğunu deyib: "Proqnozlara əsasən, Azərbaycan gələcəkdə kəskin su stresi yaşayan ölkəyə çevrilə bilər. İqlim dəyişmələri, əhali sayının artması, ölkənin coğrafi vəziyyətinin uyğun olmaması su ehtiyatlarının azalmasına təsir göstərir. Sözügedən sənəddə sudan səmərəli istifadə edilməsinə dair yeni hədəflər və proqram müəyyən olunub. Su itkilərinin azaldılması, alternativ su mənbələrindən istifadənin artırılması, çaylardan və yeraltı su mənbələrindən götürülən suların mümkün qədər azaldılması, kənd təsərrüfatında sudan istifadəyə imkan verən müasir suvarma üsullarının tətbiqi, torpaq kanalların betonlaşdırılması və suya mümkün qədər qənaət olunması sənədin əsas qayəsini təşkil edir. Biz su idarəçiliyini yeni bir vəziyyətə gətirməliyik. Məhz belə olduğu təqdirdə, bizi gözləyən bədbin proqnozlardan yayına bilərik".

Coğrafiya elmləri doktoru Səid Səfərov isə sözügedən sənəddə əsas diqqəti dəniz suyunun duzsuzlaşdırılması məsələsinə yönəldərək deyib ki, bu, strateji bir addımdır: "Bakı və Abşeron yarımadasına su kənardan gəlir. Yarımadada Azərbaycan əhalisinin çox hissəsinin yerləşdiyinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Hər hansısa bir konflikt baş verərsə, ciddi bir su problemi yaşaya bilərik. Bakı şəhəri susuz qala bilər. Ona görə də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi stratejidir və çox vacibdir. Lakin bu o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyatlardan mütləq ehtiyaca uyğun şəkildə istifadə etməliyik".

İqtisadçı-ekspert Emin Qəribli vurğulayıb ki, yeni strategiya müasir avadanlıqları, süni yağış kimi texnologiyaları Azərbaycanda sınaqdan keçirməyə imkan yaradacaq: "Gələcəkdə dünyanın bir neçə bölgəsinin kəskin su problemi ilə üzləşəcəyinə dair proqnozlar var. Həmin ölkələr sırasında Azərbaycanın da adı çəkilir. Düşünürəm ki, iqtisadi siyasətimizi məhz bunu nəzərə alaraq həyata keçirməliyik. İsrail kimi ölkələr uzun illərdir bu problemlə yaşayır, hətta kənd təsərrüfatı sahəsində də ixtisaslaşıblar. Burada əsas məsələ problemin həllinə yönəlik addımların düzgünlüyü və resursların ədalətli bölüşdürülməsidir".

Ekspert su tariflərinin diferensiallaşdırılması məsələsinə də toxunaraq deyib ki, bu istiqamətdə təsnifatlaşdırma mütləqdir. Onun sözlərinə görə, bununla bağlı qərar qəbul edilərkən əhalinin həssas qrupları nəzərə alınacaq: "Strategiyada qeyd olunub ki, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionlar müəyyənləşdiriləcək. Bunun çərçivəsində tariflərin diferensiallaşdırılması və ilkin olaraq pilot layihə kimi tətbiq olunması planlaşdırılır. Əgər pilot layihə effektiv olarsa, onun tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq".

Həmsöhbətimizin fikrincə, Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, bu, gələcəkdə ölkəmiz üçün əlavə gəlirlər gətirə bilər: "Su çatışmazlığı riski təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur. Bizdə bu problem hələlik kəskin şəkildə özünü göstərmir. Ola bilsin ki, 10-15 il sonra bunu daha dərindən hiss edək. Ona görə də bütün ssenarilərə hazır olmalıyıq. Hökumət çalışır ki, problem dərinləşmədən qarşısını almaq mümkün olsun. Əgər nəzərdə tutulan tədbirlər çərçivəsində Azərbaycan su ehtiyatlarından səmərəli  istifadə üzrə ixtisaslaşarsa, gələcəkdə əldə etdiyi təcrübə və bilikləri ixrac etməklə əlavə gəlir də edə bilər". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Türkiyədəki qruplaşma Bakıda da var"  Aktyordan iddia like
  • 21 Okt 08:01  
Digərləri "Türkiyədəki qruplaşma Bakıda da var" Aktyordan iddia

Əməkdar artist Elnur Kərimov son günlər Türkiyə gündəmini zəbt edən &

arrow Ətraflı
Qarabağdan gizli şəkildə Ermənistana aparılır? – Yayılan fotolar təəccübləndirdi like
  • 21 Okt 07:54  
Digərləri Qarabağdan gizli şəkildə Ermənistana aparılır? – Yayılan fotolar təəccübləndirdi

Sosial şəbəkənin Ermənistan seqmentində Qarabağdan Gürcüstana, oradan i

arrow Ətraflı
Bakıda avtomobil qatara çırpıldı  ağır xəsarət alanlar var like
  • 21 Okt 07:43  
Digərləri Bakıda avtomobil qatara çırpıldı ağır xəsarət alanlar var

Bakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.

arrow Ətraflı
İTVdə Zaurla Xoşqədəmə atmaca like
  • 21 Okt 07:35  
Şou-biznes İTVdə Zaurla Xoşqədəmə atmaca

İctimai TV-nin "Vətəndaş A" serialında aparıcılar Zaur Baxşəl

arrow Ətraflı
Qiyabi təhsil geri qayıdır? like
  • 21 Okt 07:18  
Digərləri Qiyabi təhsil geri qayıdır?

İnkişaf etmiş bir sıra ölkələrdə magistraturada qiyabi təhsil forması

arrow Ətraflı
5,8 bal gücündə zəlzələ bu ölkəni 2ci dəfə SİLKƏLƏDİ like
  • 21 Okt 07:09  
Dünya 5,8 bal gücündə zəlzələ bu ölkəni 2ci dəfə SİLKƏLƏDİ

Argentinanın qərbində yerləşən San Juan əyalətində 5,8 bal gücündə z

arrow Ətraflı
Əhməd Cavadın ailəsinə ağır itki like
  • 21 Okt 07:08  
Kriminal Əhməd Cavadın ailəsinə ağır itki

Tanınmış Azərbaycan şairi Əhməd Cavadın ailəsinə ağır itki üz verib

arrow Ətraflı
Alimlər iqlimi belə soyutmağı təklif ediblər like
  • 21 Okt 06:48  
Digərləri Alimlər iqlimi belə soyutmağı təklif ediblər

İsveçrə və ABŞ-dən olan beynəlxalq alim qrupu təyyarədən atmosferə al

arrow Ətraflı
CeyLo və Ben eyni məkanda like
  • 21 Okt 06:35  
Şou-biznes CeyLo və Ben eyni məkanda

Hollivud ulduzu Ben Afflek və Cennifer Lopez eyni məkabda görüntüləniblər

arrow Ətraflı
Azərbaycanlı məşhur yeni tikdirdiyi evində həyat yoldaşını başqası ilə tutub like
  • 21 Okt 06:28  
Şou-biznes Azərbaycanlı məşhur yeni tikdirdiyi evində həyat yoldaşını başqası ilə tutub

Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva qonağı olduğu "Elgizlə

arrow Ətraflı
Yeni “iPhone 16” rekord sürətlə ucuzlaşır – SƏBƏB like
  • 21 Okt 06:19  
Digərləri Yeni “iPhone 16” rekord sürətlə ucuzlaşır – SƏBƏB

Analitiklərin hesablamalarına görə, ən son "iPhone" modelləri An

arrow Ətraflı
Yay üçün ucuz bileti nə zaman alaq? like
  • 21 Okt 06:06  
Digərləri Yay üçün ucuz bileti nə zaman alaq?

Təcrübəli səyahətçilər yay tətili biletlərini ucuz almağın yolların�

arrow Ətraflı
Niyə ona Ölü dəniz deyirlər? like
  • 21 Okt 05:05  
Digərləri Niyə ona Ölü dəniz deyirlər?

Ölü dəniz Yaxın Şərqdə yerləşir, onun suları İsrail və İordaniya to

arrow Ətraflı
Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər like
  • 21 Okt 04:04  
Digərləri Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsi

arrow Ətraflı
Xalq artistindən maraqlı FOTOSESSİYA like
  • 21 Okt 03:03  
Şou-biznes Xalq artistindən maraqlı FOTOSESSİYA

Xalq artisti Aygün Kazımova yeni fotosessiyasını izləyiciləri ilə bölü�

arrow Ətraflı