Alimlər Marsda "qurumuş insan başı" aşkar edib?..


Digərləri 20 Okt 2024 04:05:00 61 0

Alimlər Marsda "qurumuş insan başı" aşkar edib?..

"Qırmızı planetin fotoşəkillərində ayı, göbələk, döyüşçü, qaşıq, hətta həşərata oxşayan daşlar aşkar edilib..."   Marsda müşahidə edilən "pareydoliya" fenomeni naməlum obyektlərdə tanış formaları müəyyən etməyimizi izah edir.   Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Science Alert" nəşri yazıb.   Pareydoliya optik xülyadır, təsvirin əslində olmadığı yerlərdə qavrayışı deməkdir. Məsələn, siz ağac gövdəsində sifəti və ya səmada heyvanların fiqurlarını ayırd edə bilərsiniz.   "Perseverance" Marsoxodu qurumuş insan başını xatırladan və deyəsən parçalanıb bədəndən ayrılan obyekti qeydə alıb.   Lakin əslində vəziyyət o qədər də həyəcanlı deyil. Digər "qorxunc" tapıntılarda olduğu kimi, bu təsvirdə, sadəcə, qeyri-adi formada daş olduğu bəlli olub.   "Perseverance" Marsoxodu daşın təsvirini sentyabrın 27-də əks etdirib. Əgər başla oxşarlığı nəzərə almasaq, bu, sadəcə, yanında olan bir çoxları kimi, çöküntülü qumdaşıdır. Belə daşlar Marsda, xüsusilə su olan yerlərdə tez-tez rast gəlinir.

Bu daş öz formasına görə qeyri-adi görünür. Onun eroziyası və kameraya nisbətən vəziyyəti böyrüüstə olan baş xülyasını yaradır.   Marsda müşahidə edilən "pareydoliya" fenomeni naməlum obyektlərdə tanış formaları müəyyən etməyimizi izah edir və Marsın fotoşəkillərində kifayət qədər yayılıb. Qırmızı planetin fotoşəkillərində artıq ayı, göbələk, döyüşçü, qaşıq və hətta həşərata oxşayan daşlar aşkar edilib.   Bu kəşflər o zaman baş verir ki, bizim beynimiz obyektlərin, kölgənin və formaların yerləşməsini qavrayır, onun bəzi sahələri isə digərlərinə nisbətən daha erkən nəticələr çıxarır. Beyində hətta sifətlərin tez qavranılması üçün xüsusi sahəsi mövcuddur.    Marsdakı daşın forması insan başını xatırlatsa da, bu o demək deyil ki, Qırmızı planetdə nə zamansa mürəkkəb həyat olub.   Xatırladaq ki, Avropa Kosmik Agentliyi Marsda duz çöküntülərindən formalaşan nəhəng "smayl" (təbəssüm) aşkar edib. Bu kəşf planetin tarixi barədə yeni məlumatlar əldə etməyə imkan verə bilər.

Yuxuda müğənni görmək nə vəd edir? like
  • 20 Okt 03:04  
Digərləri Yuxuda müğənni görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yar

arrow Ətraflı
Sirkə ilə bu əşyaları təmizləmək olmaz like
  • 20 Okt 02:03  
Digərləri Sirkə ilə bu əşyaları təmizləmək olmaz

Sirkə bizim ev təsərrüfatlarımıza bir çox cəhətdən xidmət edən heyr�

arrow Ətraflı
1600 illik kəllə sümüyü heyrət doğurdu – Zümrüddən dişi var like
  • 20 Okt 01:01  
Digərləri 1600 illik kəllə sümüyü heyrət doğurdu – Zümrüddən dişi var

Meksikanın qədim Teotihuakan xarabalıqları yaxınlığında tapılmış, di�

arrow Ətraflı
Quru əncirin faydası like
  • 20 Okt 00:46  
Digərləri Quru əncirin faydası

Əncir tərkibində olan kalium, kalsium, antioksidantlar, A, E və K vitaminlə

arrow Ətraflı
Gəncədə avtomobil evə çırpıldı  FOTO like
  • 20 Okt 00:18  
Digərləri Gəncədə avtomobil evə çırpıldı FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlum

arrow Ətraflı
Artıq kişilər də daha çox qadınlarda rast gəlinən bu xəstəliyə yoluxur like
  • 20 Okt 00:15  
Digərləri Artıq kişilər də daha çox qadınlarda rast gəlinən bu xəstəliyə yoluxur

Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Tibb Fakültəsinin professoru Sibel

arrow Ətraflı
Günün qoroskopu: İmiclə eksperimentlər etməyin like
  • 20 Okt 00:01  
Digərləri Günün qoroskopu: İmiclə eksperimentlər etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Zəngilanın işğaldan azad edilməsindən 4 il ötür like
  • 20 Okt 00:00  
Digərləri Zəngilanın işğaldan azad edilməsindən 4 il ötür

Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.

arrow Ətraflı
Tahir İmanov bu kanalda veriliş aparacaq like
  • 19 Okt 23:54  
Şou-biznes Tahir İmanov bu kanalda veriliş aparacaq

Uzun müddətdən sonra "Bakılı oğlanlar" Mədəniyyət TV-nin efir

arrow Ətraflı
Boşandığı arvadının evinin zirzəmisinə girdi, siqaret çəkdi  Cəzalandırıldı like
  • 19 Okt 23:45  
Digərləri Boşandığı arvadının evinin zirzəmisinə girdi, siqaret çəkdi Cəzalandırıldı

Ağstafada boşandığı arvadının evinin zirzəmisində gizli şəkildə siqa

arrow Ətraflı
Bu rayona güclü qar yağdı like
  • 19 Okt 23:43  
Digərləri Bu rayona güclü qar yağdı

Daşkəsən rayonunun bəzi ucqar dağ kəndlərinə qar yağıb.

arrow Ətraflı
Sürayə Ağayeva vəfat etdi like
  • 19 Okt 23:35  
Kriminal Sürayə Ağayeva vəfat etdi

Əməkdar incəsənət xadimi, görkəmli müsiqişünas, sənətşünaslıq üz

arrow Ətraflı
Nəzakət Teymurova qızı ilə like
  • 19 Okt 23:32  
Şou-biznes Nəzakət Teymurova qızı ilə

Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı paylaşım edib.

arrow Ətraflı