Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?


Kriminal 20 Okt 2024 00:31:00 55 0

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva  O, kimin tələbi ilə baş rola dəvət olundu?

Son.az kulis.az-a istinadla Əməkdar artist Hicran Mehbalıyeva haqqında maraqlı faktları təqdim edir.

Bu xəbəri də oxu: Sürayə Ağayeva vəfat etdi

Hicran Paşa qızı Mehbalıyeva 11 mart 1954-cü il tarixində dünyaya gəlib. 1973-1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1977-1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib.

***

Akademik Milli Dram Teatrına dəvət olunan Hicran Mehbalıyeva sənətdən gedənə kimi burada çalışıb.

O, həmçinin AzTV-nin bir sıra əyləncəli verilişlərində, Yeni il proqramlarında iştirak edub.

***

O, "Xoşbəxtlik qayğıları", "Evləri köndələn yar", "İşgüzar səfər", "Qonşu qonşu olsa" televiziya tamaşalarında, "Bədbəxtliyin astanasında" kimi filmlərdə müxtəlif səpgili obrazlar canlandırıb.

***

Müğənnilik fəaliyyəti ilə də məşğul olan sənətçi "Bənövşə" uşaq xorunun yetirmələrindəndir.

Xüsusilə görkəmli aktyor Yaşar Nuri ilə ifa etdiyi "Neyləsin bu yollar..." mahnısı dövrünün ən məşhur duetlərindən idi.

Emin Sabitoğlu ilə ifa etdiyi "Səhnədə işıqlar yananda", "Evləri köndələn yar" teletamaşasında oxunan"Görüş yeri" mahnılarının ifaçısı da Hicran Mehbalıyevadır.

***

Hüseyn Cavid yaradıcılığı onun aktrisalığının əsas qida mənbəyi olub.

Hətta o, Hüseyn Cavidin müəllifi olduğu səhnə əsərlərində qadın obrazlarının ən gözəl ifaçısı hesab olunurdu.

1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında dahi dramaturqun "Afət" əsəri əsasında hazırlanan tamaşada canlandırdığı obrazdan sonra - 1 dekabr 1982-ci ildə ona "Azərbaycan SSR-nin Əməkdar artisti" fəxri adı verilir.

Onun bu rolu oynaması isə tərəf müqabili ƏIi Nurun istəyi ilə olub. Sən demə, rolu əslində Elmira Həşimzadə oynamalı imiş.

Aktyor müsahibələrinin birində bu haqda deyir:

"1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar şairin "Afət" əsəri səhnələşdirilirdı. Rejissor Oruc Qurbanov Afəti aktrisa Elmira Haşimzadəyə həvalə etdi. Mən də tamaşada baş rolu oynayıram. Dedim, bu aktrisa ilə tamaşadan hadisə yaratmaq olmaz. Bu rolu Hicran Mehbalıyeva oynamalıdır. Üç ay rejissorla mübahisədən sonra rolu Hicrana verdirdim və tamaşa dünyaya səs saldı. İki dəfə Respublika Sarayında oynanıldı. Mehdi Məmmədov dəfələrlə tamaşaya baxıb. Akademiklər, professorlar o tamaşanın dəlisiydilər. Çünki baş rolun ifaçısı yerində idi. Elmira Haşimzadəyə görə ona heç kim baxmayacaqdı və tamaşa Sumqayıtın arxivində qalacaqdı".

Ardınca isə onu Akademik Milli Dram Teatrına işə dəvət edirlər.

***

O sənətdən səssiz-səmirsiz getdi...

Qarışıq, faciəlli 90-cı illər...

O illərdə onlarla aktyor, aktrisa ağır problemlər qarşısında təslim olub sənətdən uzaqlaşdı...

Hicran Mehbalıyeva da onlardan idi...

Deyilənə görə, Əməkdar artistin səhnə həyatına davam etməsini həyat yoldaşı istəməyib. Bir müddət Bakıda qalan cütləq sonradan sonra onlar Azərbaycanı tərk edib.

Sənət dostu Hacı İsmayılov müsahibələrinin birində bu qərar haqqında deyir:

"Onun yoldaşı Moskvada işləyirdi. O da həyat yoldaşının tələbi ilə işini atıb Moskvaya getdi. Heyf... Çox gözəl aktrisa idi. Qalsa idi, çox məşhur, sevimli aktrisalardan biri olacaqdı".

Aktrisa barədə bilinən yeganə şey hazırda Rusiyada yaşadığıdır.

Ailəsi, övladları barədə heç bir məlumat yoxdur.

Səhnəyə səsli-küylü gələn Hicran Mehbalıyeva sənətdən sərin bir meh kimi keçib getdi. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Gəncədə avtomobil evə çırpıldı  FOTO like
  • 20 Okt 00:18  
Digərləri Gəncədə avtomobil evə çırpıldı FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlum

arrow Ətraflı
Artıq kişilər də daha çox qadınlarda rast gəlinən bu xəstəliyə yoluxur like
  • 20 Okt 00:15  
Digərləri Artıq kişilər də daha çox qadınlarda rast gəlinən bu xəstəliyə yoluxur

Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Tibb Fakültəsinin professoru Sibel

arrow Ətraflı
Günün qoroskopu: İmiclə eksperimentlər etməyin like
  • 20 Okt 00:01  
Digərləri Günün qoroskopu: İmiclə eksperimentlər etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Zəngilanın işğaldan azad edilməsindən 4 il ötür like
  • 20 Okt 00:00  
Digərləri Zəngilanın işğaldan azad edilməsindən 4 il ötür

Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.

arrow Ətraflı
Tahir İmanov bu kanalda veriliş aparacaq like
  • 19 Okt 23:54  
Şou-biznes Tahir İmanov bu kanalda veriliş aparacaq

Uzun müddətdən sonra "Bakılı oğlanlar" Mədəniyyət TV-nin efir

arrow Ətraflı
Boşandığı arvadının evinin zirzəmisinə girdi, siqaret çəkdi  Cəzalandırıldı like
  • 19 Okt 23:45  
Digərləri Boşandığı arvadının evinin zirzəmisinə girdi, siqaret çəkdi Cəzalandırıldı

Ağstafada boşandığı arvadının evinin zirzəmisində gizli şəkildə siqa

arrow Ətraflı
Bu rayona güclü qar yağdı like
  • 19 Okt 23:43  
Digərləri Bu rayona güclü qar yağdı

Daşkəsən rayonunun bəzi ucqar dağ kəndlərinə qar yağıb.

arrow Ətraflı
Sürayə Ağayeva vəfat etdi like
  • 19 Okt 23:35  
Kriminal Sürayə Ağayeva vəfat etdi

Əməkdar incəsənət xadimi, görkəmli müsiqişünas, sənətşünaslıq üz

arrow Ətraflı
Nəzakət Teymurova qızı ilə like
  • 19 Okt 23:32  
Şou-biznes Nəzakət Teymurova qızı ilə

Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı paylaşım edib.

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 19 Okt 23:28  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Büdcədən vəsait ayrılıb  Maaş və pensiyalarla bağlı müjdə like
  • 19 Okt 23:14  
Digərləri Büdcədən vəsait ayrılıb Maaş və pensiyalarla bağlı müjdə

Hazırkı reallıqlar göstərir ki, Azərbaycanın II Qarabağ müharibəsində

arrow Ətraflı
“Atamın onlara elədikləri hamısı burunlarından gəlsin” like
  • 19 Okt 23:00  
Şou-biznes “Atamın onlara elədikləri hamısı burunlarından gəlsin”

"Atamın vəfatından bir il keçməmişdi bacısı oğluna toy etdi. Hans�

arrow Ətraflı
Toyuq ilə pendir şorbası: dadlı və tez like
  • 19 Okt 22:49  
Digərləri Toyuq ilə pendir şorbası: dadlı və tez

Artıq havalar bir neçə gündür ki, soyumağa başlayıb. Belə havalarda is�

arrow Ətraflı
Bu vitamin ürək xəstəliklərindən qorumurmuş like
  • 19 Okt 22:42  
Digərləri Bu vitamin ürək xəstəliklərindən qorumurmuş

"Beth Israel Deaconess" Tibb Mərkəzinin alimləri müəyyən ediblə

arrow Ətraflı