Günün qoroskopu: İmiclə eksperimentlər etməyin


Digərləri 20 Okt 2024 00:01:00 49 0

Günün qoroskopu: İmiclə eksperimentlər etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - ziddiyyətli gündür. Mənfi təmayüllərin təsiri əfsuslar olsun ki, güclüdür. Genişmiqyaslı planlarınız vardısa, onları unudun. Mühüm işlər görmək fikriniz varsa, ertələyin. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dost və ya sevdiyiniz insanla danışıq zamanı diqqətli olun, ürək qırmayın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni, maraqlı ideyalar formalaşacaq. Onlar situasiyada pozitiv dəyişikliklərin təməlini qoyacaq. Köç, yaşam arealını qaydaya salmaq, daşınmaz əmlakın alınması ilə bağlı hüquqi məsələləri nizamlamaq üçün yaxşı zamandır.

Buğa - günün ilk yarısı çox məhsuldar olacaq. Ən mürəkkəb və qarışıq işlərin öhdəsindən gəlmək iqtidarındasınız. Rəqibi üstələyin, bədxahı pərişan edin. Yeni müttəfiq axtarışlarına çıxmaq olar.

Uğur və nailiyyətləriniz diqqətdən kənar qalmayacaq. Ünvanınıza təriflər səslənəcək.

Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsi bir qədər aşağı düşəcək. Yorğunluq hiss etsəniz də, nikbin olun. Yeni tanışlıq romantik münasibətlər vəd edir.

Əkizlər - mürəkkəb, qarışıq zamandır. Alışdığınız, ənənəvi işlə məşğul olacağınızı düşünsəniz də, yanıla bilərsiniz. Çətinliklərlə qarşılaşanda kiçik, amma çox ağrılı səhvlərə yol verməyin. Adi günlərdən fərqli olaraq mübahisə riski artacaq.

Günün ikinci yarısında rişxəndli sözlərə, aqressiv tənqidə fikir verməyin.

Maliyyə çətinlikləri istisna deyil. Çoxdan bəri əldə etmək istədiyiniz əşyanın alınmasını təxirə salmaq məcburiyyətində qalacaqsınız. Həmkarlar və ya işgüzar tərfdaşlarla qeyri-formal şəraitdə görüşmək məsləhət deyil. İlk baxışdan kiçik mübahisə münasibətləri çox uzun müddətə korlaya bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - rutin işləri görmək üçün əlverişli zamandır. Yaxşı bələd olmadığınız insanla tərəfdaşlığa başlamayın. Əməkdaşlıqla bağlı müzakirələri ertələyin. Yaxınlarınızla dil tapın. Ümumi işlə məşğul olun. Məşğuliyyət darıxdırıcı olsa da, işləri yarımçıq qoymayın.

Yeni tanışlıqlara can atmayın.

Günün ikinci yarısında illüziyalarınızın qurbanına dönərək kiminsə barəsində yanlış fikir yürüdə bilərsiniz.

Kiçik itkilər ola bilər. Açarlara diqqət yetirin. Sinirlənməsəniz, itən əşyalar tezliklə tapılacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Zəruri əşyanı alın.

Şir - təlaşa qapılmayın, nigaran olmayın. Ümidsiz gün deyil. Hər şey dərhal alınmasa da, bütün bunlar başladığınız işləri yarımçıq qoymaq üçün səbəb deyil. Qətiyyət və iradə ilk baxışdan ümidsiz təsir bağışlayan işləri tamamlamağa imkan verəcək. Yaxınlarınız və dostlarınıza yardım üçün müraciət etsəniz, eşidiləcəksiniz.

Günün ikinci yarısında qısamüddətli səfər olacaq. Yolda çətinliklər, yol yoldaşı ilə münaqişə istisna deyil.

Texnika və ya avadanlıqla çalışarkən ehtiyatlı olun. Kiçik, amma xoşagəlməz travmalar riski var.

Axşam saatlarında normal istirahət edin.

Qız - müsbət təmayüllərin təsiri güclənəcək. Çətinliklər yaransa da, onları qət edə biləcəksiniz. Qüvvənizə, potensialınıza güvənin. Nikbin olsanız, yaxın ətrafınızdakı insanlar da sizin kimi davranmağa çalışacaqlar.

Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Köməyinizi əsirgəməyin. Romantik təmaslarla yanaşı, dost münasibətləri yeniləməyin zamanıdır.

Münasibətlərin inkişaf məcrası sizdən asılıdır.

Xəyallara dalmayın, cari məsələləri həll edin. Sevdiyiniz adama sürpriz edin. Praktik olun.

Tərəzi - çətinliklər və problemlərdən qorxmayın. Onların öhdəsindən tezliklə gələcəksiniz. İşdə yeni, eksperimental metodların xüsusi effekti olacaq. Ənənəvi yoldan kənara çıxmaqdan çəkinməyin. Gəlir, bahalı hədiyyə istisna deyil.

Alış-verişə yollana bilərsiniz.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaşam tonusunun səviyyəsi yüksəkdir. Dəvət aldığınız tədbirə yollanın. Köhnə dostlarla görüşün.

Əqrəb - uğurlar zəhmət və cəhdlərlə düz mütənasib olacaq. Nəyəsə nail olmaq istəyirsinizsə, tənbəllik etməyin. Kimsənin yardımına və ya köməyinə bel bağlamayın. Müstəqil olun, təkbaşına işləyin. Yaxınlarınız sizə yardım etməyə tələsməyəcəklər.

Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə fikir ayrılıqları yaranacaq. Ciddi münaqişəyə yol verməyin.

İdmanla məşğul olmaq üçün yaxşı zamandır. Sağlamlıq prosedurlarını unutmayın. Pəhriz saxlamağa başlasanız, qaydalara riayət etmək çətinlik yaratmayacaq.

Oxatan - yetərincə mürəkkəb gündür. Ciddi və mürəkkəb iş planlaşdırmasanız da, çətinliklərlə qarşılaşacaqsınız. İstəmədiyiniz işi görmək zərurəti yaranacaq. Dəstəyinə və ya yardımına bel bağladığınız insanlar vədlərini yerinə yetirməyəcəklər. Buna görə də tək işləməlisiniz.

Günün ikinci yarısında uzaq qohumlardan biri xoş olmayan xəbər gətirəcək.

Özünüzü qoruyun. Travma riskinin artdığı zamandır. Xəstələnsəniz, sağalma prosesi uzun çəkəcək. Sevdiyiniz insanla mübahisə etməyin, təmasları sərinlətməyin. Məntiqli, ağıllı olun.

Oğlaq - nəzərdə tutduğunuz işlərin çoxunu təxirə salmalı olacaqsınız. Yeni maraqlı iş diqqətinizi cəlb edəcək. Yeni tanışlıqlar və danışıqlar üçün əlverişli zamandır. Tərəfdaşlarınızla müzakirələrdən sonra layihəyə start verin.

İntuisiyanıza güvənin. Onun siqnalları səhvsiz, dəqiq və vaxtındadır. Alış-verişdə pul xərcləmək, biznesə pul yatırmaq olar. Nəqliyyat vasitəsi almaq üçnü münasib zamandır.

Dolça - darıxdırıcı və rutin gündür. Yaddaqalan təəssüratlar, qeyri-adi göürşlər istəyirsiniz. Onların heç biri olmayacaq. Ciddi dəyişikliklərə can atmayın. Cəhdlər uğursuzdur. Yaxınlarınızla fikir ayrılıqları yarana bilər. Mövqelərinizi müdafiə edin, yersiz güzəştə getməyin.

Günün ikinci yarısında müzakirə və ya diskussiya zamanı soyuqqanlı olun. Əks təqdirdə danışıqlar qarşılıqlı iradlara və tənqidlərə çevriləcək.

İmiclə eksperimentlər etməyin. Ənənəvi prosedurlara üstünlük verin.

Balıqlar - parlaq, yaddaqalan gün olacaq. Günün ilk yarısı xoş xəbər və ya dəyər verdiyiniz insanla görüşlə sizi sevindirəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Amma əsla romantikaya dalmayın.

Günün ikinci yarısında diqqət tələb edən mürəkkəb işə başlayın. Müsbət təmayüllərin təsiri güclənəcək. Sürpriz və etiraf istisna deyil.

Axşam saatlarında normal istirahət edin.

Son.az

Zəngilanın işğaldan azad edilməsindən 4 il ötür like
  • 20 Okt 00:00  
Digərləri Zəngilanın işğaldan azad edilməsindən 4 il ötür

Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.

arrow Ətraflı
Tahir İmanov bu kanalda veriliş aparacaq like
  • 19 Okt 23:54  
Şou-biznes Tahir İmanov bu kanalda veriliş aparacaq

Uzun müddətdən sonra "Bakılı oğlanlar" Mədəniyyət TV-nin efir

arrow Ətraflı
Boşandığı arvadının evinin zirzəmisinə girdi, siqaret çəkdi  Cəzalandırıldı like
  • 19 Okt 23:45  
Digərləri Boşandığı arvadının evinin zirzəmisinə girdi, siqaret çəkdi Cəzalandırıldı

Ağstafada boşandığı arvadının evinin zirzəmisində gizli şəkildə siqa

arrow Ətraflı
Bu rayona güclü qar yağdı like
  • 19 Okt 23:43  
Digərləri Bu rayona güclü qar yağdı

Daşkəsən rayonunun bəzi ucqar dağ kəndlərinə qar yağıb.

arrow Ətraflı
Sürayə Ağayeva vəfat etdi like
  • 19 Okt 23:35  
Kriminal Sürayə Ağayeva vəfat etdi

Əməkdar incəsənət xadimi, görkəmli müsiqişünas, sənətşünaslıq üz

arrow Ətraflı
Nəzakət Teymurova qızı ilə like
  • 19 Okt 23:32  
Şou-biznes Nəzakət Teymurova qızı ilə

Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı paylaşım edib.

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 19 Okt 23:28  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Büdcədən vəsait ayrılıb  Maaş və pensiyalarla bağlı müjdə like
  • 19 Okt 23:14  
Digərləri Büdcədən vəsait ayrılıb Maaş və pensiyalarla bağlı müjdə

Hazırkı reallıqlar göstərir ki, Azərbaycanın II Qarabağ müharibəsində

arrow Ətraflı
“Atamın onlara elədikləri hamısı burunlarından gəlsin” like
  • 19 Okt 23:00  
Şou-biznes “Atamın onlara elədikləri hamısı burunlarından gəlsin”

"Atamın vəfatından bir il keçməmişdi bacısı oğluna toy etdi. Hans�

arrow Ətraflı
Toyuq ilə pendir şorbası: dadlı və tez like
  • 19 Okt 22:49  
Digərləri Toyuq ilə pendir şorbası: dadlı və tez

Artıq havalar bir neçə gündür ki, soyumağa başlayıb. Belə havalarda is�

arrow Ətraflı
Bu vitamin ürək xəstəliklərindən qorumurmuş like
  • 19 Okt 22:42  
Digərləri Bu vitamin ürək xəstəliklərindən qorumurmuş

"Beth Israel Deaconess" Tibb Mərkəzinin alimləri müəyyən ediblə

arrow Ətraflı
24 yaşlı Elnur qıza görə öldürülüb? like
  • 19 Okt 22:26  
Kriminal 24 yaşlı Elnur qıza görə öldürülüb?

Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı m�

arrow Ətraflı
Vəlvələçay coşdu: Yük maşını sürücüsü ilə birlikdə suda qaldı like
  • 19 Okt 22:11  
Digərləri Vəlvələçay coşdu: Yük maşını sürücüsü ilə birlikdə suda qaldı

Azərbaycan ərazisində müşahidə edilən yağıntılı və küləkli hava ö

arrow Ətraflı
“Nikosayağı” ilə bağlı XƏBƏR: “Porsche” markalı avtomobilin.... like
  • 19 Okt 21:46  
Şou-biznes “Nikosayağı” ilə bağlı XƏBƏR: “Porsche” markalı avtomobilin....

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü

arrow Ətraflı
Partlayan binanın sakinlərinin aqibəti necə olacaq? like
  • 19 Okt 21:41  
Digərləri Partlayan binanın sakinlərinin aqibəti necə olacaq?

Gəncədə ötən gün partlayış baş verən binadan sakinlərin köçürülm�

arrow Ətraflı