Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ! Fəaliyyətə başladı


Digərləri 19 Okt 2024 08:31:00 66 0

Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ!  Fəaliyyətə başladı

Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək "Zəfər" altsistemi artıq fəaliyyətə başlayıb.

Son.az olke.az-a istinadən bildirir ki, sistemin yaradılmasında məqsəd şəhid və şəhid ailəsi statusu alan, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərə və müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizmini təkmilləşdirilməkdir.

Kimlər müharibə veteranı hesab edilir və şəxsin müharibə veteranı hesab edilməsi üçün hansı sənəd tələb olunur?

1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.

2022-ci ilin yanvarın 1-dən etibarən, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir. Şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.

Qeyd edək ki, hazırda Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.

Qanunvericiliyə uyğun olaraq, onlara "Müharibə veteranı" adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.

Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, "Müharibə veteranı" adı və vəsiqəsi verəcək.

Həmin qurumlar "Müharibə veteranı" adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edəcək.

Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.

Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Saçı tökülənlər nə yesin? – 10 qida like
  • 19 Okt 08:28  
Digərləri Saçı tökülənlər nə yesin? – 10 qida

Payızda saçların tökülməsi sürətlənir, saçtökülmənin səbəbləri �

arrow Ətraflı
Mistik güclərə malik olan yeganə bürc like
  • 19 Okt 08:24  
Digərləri Mistik güclərə malik olan yeganə bürc

Hər bir bürcün özünəməxsus xüsusiyyətləri var, lakin mistik gücə gə

arrow Ətraflı
Satış müdiri faciəvi şəkildə öldü like
  • 19 Okt 08:21  
Digərləri Satış müdiri faciəvi şəkildə öldü

İstanbulun Şişli şəhərində 43 yaşlı Burcu E. təmizlik işləri aparark

arrow Ətraflı
İnstaqramda artıq bunu edə bilməyəcəksiniz like
  • 19 Okt 08:10  
Digərləri İnstaqramda artıq bunu edə bilməyəcəksiniz

İnstaqram sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər h�

arrow Ətraflı
Bakıda bu yolda aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir like
  • 19 Okt 08:05  
Digərləri Bakıda bu yolda aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir

Bakıda nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə daha bir yolda gen

arrow Ətraflı
Aygün Kazımova 60cı illərin dəbini geri qaytarır like
  • 19 Okt 07:49  
Şou-biznes Aygün Kazımova 60cı illərin dəbini geri qaytarır

Aygün Kazımova 60-cı illərin dəbini geri qaytarırXalq artisti Aygün Kazı

arrow Ətraflı
Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi like
  • 19 Okt 07:45  
Digərləri Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi

İstanbulda körpələri əlaqəli xəstəxanalara yönləndirərək qanunsuz g�

arrow Ətraflı
Gəncədə partlayışda ölən Könülün like
  • 19 Okt 07:15  
Digərləri Gəncədə partlayışda ölən Könülün

Xəbər verdiyimiz kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşm�

arrow Ətraflı
İki nəfərin güllələnərək qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR like
  • 19 Okt 07:04  
Digərləri İki nəfərin güllələnərək qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR

Qəbələdə baş verən dəhşətli cinayətin şahidləri danışıblar.

arrow Ətraflı
"Səxavət bizdən etibarlı çıxdı, Ağdamı tərk etmədi" like
  • 19 Okt 07:00  
Şou-biznes "Səxavət bizdən etibarlı çıxdı, Ağdamı tərk etmədi"

"Xəzər axşamı" komandası Əməkdar artist Firuz Səxavətlə birl

arrow Ətraflı
"BakıKart" istifadəçilərinə şad xəbər  like
  • 19 Okt 06:40  
Digərləri "BakıKart" istifadəçilərinə şad xəbər

Vətəndaşların "BakıKart"dakı hesabları, oradakı vəsaitləri s

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 19 Okt 06:33  
Digərləri Xəzərdə zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizind

arrow Ətraflı
"Kimin ailəsini dağıtmışam?" like
  • 19 Okt 06:29  
Şou-biznes "Kimin ailəsini dağıtmışam?"

"Mənə şərh yazıblar ki, ailə dağıdan. Kimin ailəsini dağıtmışa

arrow Ətraflı
Maraqla gözlənilən tövsiyə: Arıqlama zamanı çörək yeyin like
  • 19 Okt 06:15  
Digərləri Maraqla gözlənilən tövsiyə: Arıqlama zamanı çörək yeyin

"Arıqlamaq istəyən insanlar çörəyi ehtiyatla istifadə edirlər. Onla

arrow Ətraflı