Prokurorluq BNA əməkdaşlarının azadlığa buraxılmasına
Kriminal 17 Okt 2024 18:28:00 242 0
Prokurorluq sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verib.
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xəbər saytları və sosial media səhifələrində "Bakı Nəqliyyat Agentliyi" Publik hüquqi şəxsin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmiş Vüqar Hüseynov və həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin sabiq əməkdaşı Hikmət Vəlizadənin barəsində müvafiq məhkəmə tərəfindən əməlin Cinayət Məcəlləsinin daha yüngül maddələrinə, yəni rüşvət almadan dələduzluğa tövsif edilərək ittihamın yüngülləşdirilməsi və onlara aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqla Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), maddələrilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.09.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərin rüşvət almasına dair ittihamlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrinə tövsif edilib və onların hər ikisi 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən oktyabr ayının 7-də apellyasiya protesti verilib.
Xatırladaq ki, 2 gün əvvəl Baş Prokurorluq sabiq gömrük əməkdaşları barələrində verilmiş bəraət hökmü haqda da protest verildiyini açıqlamışdı.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müğənni Sevinc Ağaşirinova paylaşımı ilə diqqət çəkib.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsə
17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Taksi və avtobuslara yeni fərqlənmə nişanı verilib.
"Biz danışanda elə düşünürlər ki, həmin müğənnilərə paxıllı
İsrail Müdafiə Ordusu Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar za
Ölkə ərazisində müşahidə olunacaq küləkli hava ilə əlaqədar gəmilə
Aparıcı Aytən Səfərova tələbələr üçün ayrılan yataqxanalardan şika
Füzuli şəhərinin azad edilməsi zəfər tariximizin şanlı səhifələrind�
Bu həftə tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan &q
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına m�
"Özümü o yerə qoymaram ki, hansısa aparıcı məndən vurma cədvəli
Müasir texnologiyanın inkişafı ilə onlayn satış platformalarının əhəm
Azərbaycanda bu ilin ilk doqquz ayında axtarışa verilmiş 6 min 703 nəfərd