Bu məktəb və mərkəzlərə işə qəbul qaydaları dəyişdi
Digərləri 17 Okt 2024 18:16:00 143 0
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə (bundan sonra - məktəblər) direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib.
Bu xəbəri də oxu: Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın
Nazirlikdən Son.az-a verilən xəbərə görə, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.
Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində direktor vəzifəsi üçün test imtahanının minimum keçid balı 70, Abşeron rayon, Sumqayıt və Gəncə şəhərlərinin məktəbləri üçün 60, digər şəhər və rayonlar üzrə isə 50 bal idi. Direktor müavinləri üçün isə bu göstərici Bakı şəhəri üzrə 63, Abşeron rayon, Sumqayıt və Gəncə şəhər məktəbləri üçün 54, digər bölgələrdə isə 45 bal təşkil edirdi. Yeni qaydalarda bölgə fərqləri aradan qaldırılaraq bütün şəhər və rayonlar üzrə məktəblərdə direktorlar üçün keçid balı 55, direktor müavinləri üçün isə 50 bal müəyyən olunub.
Əvvəlki qaydalara əsasən, müsahibə mərhələsində 32 və daha çox bal toplamış namizəd uğurlu hesab edilirdi. Yeni qaydalara görə, müsahibə mərhələsində direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.
Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan yaratmaqdır.
Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da dəyişikliklər edilmişdir. Namizədin qiymətləndirilməsi 4 meyar üzrə konkret kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında aparılacaqdır.
Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun nəticəsi (faizlə) hesablanacaq. Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün, 50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya seçmək hüququ əldə edəcəklər.
Namizədlərin vakansiya seçimindən sonra vakant vəzifələrə yerləşdirilməsi müsabiqə əsasında təşkil ediləcək.
Daha ətraflı məlumatı əldə etmək üçün Qaydalarlatanış ola bilərsiniz.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Taksi və avtobuslara yeni fərqlənmə nişanı verilib.
"Biz danışanda elə düşünürlər ki, həmin müğənnilərə paxıllı
İsrail Müdafiə Ordusu Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar za
Ölkə ərazisində müşahidə olunacaq küləkli hava ilə əlaqədar gəmilə
Aparıcı Aytən Səfərova tələbələr üçün ayrılan yataqxanalardan şika
Füzuli şəhərinin azad edilməsi zəfər tariximizin şanlı səhifələrind�
Bu həftə tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan &q
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına m�
"Özümü o yerə qoymaram ki, hansısa aparıcı məndən vurma cədvəli
Müasir texnologiyanın inkişafı ilə onlayn satış platformalarının əhəm
Azərbaycanda bu ilin ilk doqquz ayında axtarışa verilmiş 6 min 703 nəfərd
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü int
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzini