İsveçrə parlamentini qərəzli və zərərli addımları dayandırmağa çağırırıq
Digərləri 16 Okt 2024 20:24:00 128 0
Biz, İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən irəli sürülmüş, ölkəmizə qarşı qərəz və böhtana əsaslanmaqla, İsveçrə hökumətinə "Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək" çağırışı edən təklifi qınayırıq.
Bu xəbəri də oxu: Niftulla Məmmədliyə ağır itki 24 yaşlı xanımı vəfat etdi
Son.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir.
Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqlamış və ötən il onlarla dialoq aparmışdır. Lakin Qarabağdan olan ermənilər dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina etmişlər.
"Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla "dialoq"a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir.
Vurğulamaq istərdik ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb. Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edirik. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir.
İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də bu, cavabsız qalmışdır. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir.
Qərbi Azərbaycan İcması olaraq, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırırıq. Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik", - bəyanatda deyilir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Körpələr qədər məsum olan 3 bürc açıqlanıb. Onlarda pislik yoxdur, qə
Keçmiş gitaraçı Ceyk E Li Las Veqasda itini gəzdirərkən ona bir neçə a
Tovuzda kirayə qaldığı evin sahibi, 1952-ci il təvəllüdlü İntizar Bağ�
İngiltərənin Oksford Universitetinin alimləri dünyanın ən bahalı maddəs
Əgər 20-30 yaşlarında sağlamlığınıza fikir vermisinizsə, 40-dan sonra
Böyük Britaniya fələstinlilərə qarşı sərt bəyanatlar səsləndirən İ
Binəqədi rayonu 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilm�
Rusiyanın Kalmıkiya bölgəsindən olan sahibkar Yuliya Milçenko Moskva Arbit
Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi hər zaman mənfi nəticələr d
Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvəd
Bir neçə gündür Türkiyə və Rusiyada Antalya hava limanında dünyaya gət
Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində "Gürcü Arzusu&q
Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil�