İkili oyunlara qarşı Azərbaycanın qətiyyətli


Siyasət 06 Okt 2024 19:09:00 138 0

İkili oyunlara qarşı Azərbaycanın qətiyyətli

Qərbin ikiüzlü siyasəti və ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi siyasi həyasızlıq beynəlxalq münasibətlər sistemində ədalət prinsipinin dəfələrlə pozulduğunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılda çıxışı zamanı səsləndirdiyi fikirlər bu siyasi mənzərənin real və acınacaqlı təzahürüdür. Ermənistanın işğalçılıq siyasətinə 30 il ərzində göz yuman, ona dəstək verən və onun törətdiyi insanlıq əleyhinə cinayətlərə qarşı heç bir tədbir görməyən Qərb dövlətləri, özləri də etiraf edirlər ki, beynəlxalq hüququn norma və prinsiplərini bəzən öz maraqlarına uyğun tətbiq edirlər.

Ermənistan sanksiyalardan kənarda qaldı

Münaqişə dövründə Ermənistan Azərbaycanın təxminən 20 faiz torpaqlarını işğal edib, burada etnik təmizləmə siyasəti həyata keçirib, Xocalı soyqırımını törədib və Azərbaycanın mədəni irsinə ciddi zərər vurub. Buna baxmayaraq, Ermənistan nəinki beynəlxalq hüquq çərçivəsində sanksiyalara məruz qalmış, hətta Qərb dövlətləri tərəfindən dəstəklənmişdir. Bu, beynəlxalq münasibətlərdə ikiüzlülüyün açıq göstəricisidir. Azərbaycan isə öz ərazilərini azad etmək cəhdlərinə görə müxtəlif ittihamlarla üzləşib, sanksiyalara məruz qalıb. Məsələn, ABŞ-ın 1992-ci ildə Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş Ermənistana edilən dəstəyi daha da açıq şəkildə nümayiş etdirir.

Minsk Qrupunun Fəaliyyətsizliyi

Minsk Qrupunun münaqişəni həll etmək adı altında göstərdiyi səylər əslində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq məqsədi daşıyırdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnaməyə görə Ermənistanın işğal etdiyi torpaqları geri qaytarması tələb olunurdu. Lakin bu qətnamələrin heç biri həyata keçirilmədi və Minsk Qrupu tərəfindən real nəticələr doğuracaq addımlar atılmadı. Əksinə, Minsk Qrupu işğalı legitimləşdirməyə çalışan siyasi bəyanatlarla çıxış etdi və Azərbaycanı alçaldıcı sülhə təhrik etməyə çalışdı.

İkili Standartlar və Qərbin Ukraynaya münasibəti

Bu ikiüzlülüyün daha bir misalı Qərbin Rusiya-Ukrayna müharibəsinə münasibətində özünü göstərir. Qərb dövlətləri Ukraynanın ərazi bütövlüyünü bərpa etmək məqsədilə ona hər cür silah və maliyyə yardımı göstərir, hətta silahlanma siyasətini tam dəstəkləyir. Lakin Azərbaycana qarşı belə bir dəstək heç vaxt göstərilməyib, əksinə, Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək cəhdlərinə mane olmaq üçün əlindən gələni edib. Azərbaycana qarşı tətbiq edilən sanksiyalar da bunun açıq təzahürüdür. ABŞ Konqresində 60 ermənipərəst konqresmenin Azərbaycanın iradəsini sarsıtmaq məqsədilə irəli sürdüyü yeni sanksiya təşəbbüsü bu ikili standartların davamıdır.

ABŞ Dövlət Departamentinin ikili oyunu

ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana qarşı aparılan siyasət ikiüzlülükdən başqa bir şey deyil. 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edən ABŞ, Əfqanıstandakı maraqlarını qorumaq üçün bu sanksiyaları 2001-ci ildə aradan qaldırıb. Əfqanıstandakı işğalçılıq müharibəsi başa çatdıqdan sonra isə bu sanksiyalar yenidən tətbiq edilib. Bu, ABŞ-nin Azərbaycana qarşı münasibətində olan ikiüzlülüyün bariz nümunəsidir.

Prezidentin dediyi kimi, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi beynəlxalq hüquq çərçivəsində hüquqi və haqlı bir addım idi. Buna baxmayaraq, ABŞ və onun müttəfiqləri tərəfindən Azərbaycanın bu haqlı mübarizəsi hədələnir və ölkə hər cür təzyiqlərlə üzləşir. Bu siyasət Azərbaycan xalqının suveren hüquqlarını pozmağa yönəlmiş addımlardır və Qərb dövlətlərinin mənafelərinə zidd hərəkət edən hər bir dövlətə qarşı tətbiq etdikləri standart bir davranışdır.

Gizli təbliğat və sülhə maneə

Prezident Cənrayıldakı çıxışı zamanı anti-Azərbaycan qüvvələrin gənc nəslin şüuruna təsir göstərmək cəhdlərinin olduğunu vurğulayıb. Bu, Qərb dövlətlərinin Azərbaycana qarşı apardığı siyasi təbliğatın tərkib hissəsidir və müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilir. Bu təbliğat Azərbaycanın gələcək inkişafına mane olmaq və ölkəni daimi təzyiq altında saxlamaq məqsədi güdür.

Qərbin ikiüzlü siyasəti və ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi siyasi həyasızlıq regionda stabilliyi pozmağa və müstəqil dövlətlərin suverenliyini təhdid etməyə yönəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prosesində Qərbin sərgilədiyi bu ikiüzlü münasibət beynəlxalq hüququn tətbiqi məsələsində ciddi suallar doğurur. Azərbaycanın öz gücünə arxalanaraq bu haqsızlıqlara qarşı durması regionda və dünyada ədalətin bərpası üçün önəmli bir nümunədir.

Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prosesində əldə etdiyi nailiyyətlər Qərb dövlətləri üçün bir dərs olmalıdır. Azərbaycan heç kimdən icazə almadan, öz gücü və xalqının fədakarlığı sayəsində öz ərazi bütövlüyünü təmin etmişdir. ABŞ və onun müttəfiqləri bu reallığı qəbul etməli və Azərbaycana qarşı ikiüzlü siyasətlərindən əl çəkməlidir.

İslam Son.az

Dünyanın ən bahalı kitabı  Qiyməti nə qədərdir? like
  • 06 Okt 19:05  
Digərləri Dünyanın ən bahalı kitabı Qiyməti nə qədərdir?

16-cı əsrin əvvəllərində görkəmli rəssam, alim və ixtiraçı Leonardo

arrow Ətraflı
Ən çox maaşı onlar alır like
  • 06 Okt 18:57  
Dünya Ən çox maaşı onlar alır

Ən çox maaş alan prezidentlər, Baş nazirlər məlum olub.

arrow Ətraflı
İstanbulda İŞİDin bombaçısı like
  • 06 Okt 18:51  
Digərləri İstanbulda İŞİDin bombaçısı

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfində

arrow Ətraflı
“Dövlət qadınlarımıza sahib çıxmalıdır” like
  • 06 Okt 18:44  
Şou-biznes “Dövlət qadınlarımıza sahib çıxmalıdır”

Pop ulduz Hadise Türkiyədə ard-arda baş verən qadın qətllərindən danı�

arrow Ətraflı
İldırımın ən çox vurduğu like
  • 06 Okt 18:39  
Digərləri İldırımın ən çox vurduğu

Virciniya ştatının Ceyms Madison Universitetinin alimləri tərəfindən apar

arrow Ətraflı
"Netanyahu odla oynayır" like
  • 06 Okt 18:32  
Dünya "Netanyahu odla oynayır"

İran komandanlığı Tehranın İsraillə münaqişəyə girəcəyi təqdirdə

arrow Ətraflı
Sabun ixtirasına qədər insanlar necə yuyunurdular? like
  • 06 Okt 18:26  
Digərləri Sabun ixtirasına qədər insanlar necə yuyunurdular?

Müasir sabun reseptlərində bir çox əlavə maddələr olsa da, əsas sabunu

arrow Ətraflı
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? like
  • 06 Okt 18:21  
Digərləri Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda kadr dəyişikliyi olub. Genera

arrow Ətraflı
15 yaşlı qız dəm qazından like
  • 06 Okt 18:20  
Digərləri 15 yaşlı qız dəm qazından

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Əməkdar artist də gözlərinin RƏNGİNİ DƏYİŞƏCƏK  VİDEO like
  • 06 Okt 18:12  
Şou-biznes Əməkdar artist də gözlərinin RƏNGİNİ DƏYİŞƏCƏK VİDEO

Şou aləmində son zaman trendə çevrilən göz rəngi dəyişmə əməliyatı

arrow Ətraflı
Çanaqqala sahilində zəlzələ oldu like
  • 06 Okt 18:06  
Digərləri Çanaqqala sahilində zəlzələ oldu

Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub

arrow Ətraflı
Eyni cütlük neçə dəfə evlənə bilər?  REKORD  FOTO like
  • 06 Okt 17:59  
Digərləri Eyni cütlük neçə dəfə evlənə bilər? REKORD FOTO

Əksər insanlar həyatlarında bir dəfə evlənməyə üstünlük verir, sonra

arrow Ətraflı
Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ  VİDEO like
  • 06 Okt 17:29  
Digərləri Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ VİDEO

Sosial şəbəkələrdə bulvara ərazisində maraqlı görüntü qeydə alını

arrow Ətraflı
Putin ad günü planlarından DANIŞDI like
  • 06 Okt 17:22  
Digərləri Putin ad günü planlarından DANIŞDI

Rusiya prezidenti Vladimir Putin ad günü planlarından danışıb. 

arrow Ətraflı
Dünyanın ən kiçik 3 it cinsi – like
  • 06 Okt 17:15  
Digərləri Dünyanın ən kiçik 3 it cinsi –

Kiçik itlərə maraq həmişə var. Çünki kiçik ev heyvanlarının üstünl�

arrow Ətraflı