Övladları böyüyənə kimi azadlıq istədi
Digərləri 06 Okt 2024 06:25:00 105 0
Ərini balta ilə öldürmək istədiyi üçün 9 il həbsə məhkum edilən 29 yaşlı Lalə İmaşovanın hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bu xəbəri də oxu: Bu kişilərlə güclü ailəniz olacaq – Psixoloqlar AÇIQLADI
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, üç uşaq anası olan L.İmaşova məhkəmədən övladları böyüyənə kimi azadlıqda qalmasına icazə verilməsini xahiş edib.
Onun vəkili Altay Mirzəyev hakimlərin diqqətinə çatdırıb ki, keçən müddətdə zərərçəkmiş şəxslə barışıq əldə edilib, hazırda şikayəti yoxdur. Vəkil müvəkkilinin ən kiçik övladının 14 yaşına çatana kimi hökmün icrasının təxirə salınmasını istəyib.
Sonuncu iclasda prokuror da xanım müttəhimə münasibətdə daha yüngül cəza təyin edilməsində maraqlı olub. O, Lalə İmaşovanın üç övlad anası olmasını, qarşı tərəflə barışığı müstəsna hal kimi nəzərə alaraq cəzanın 9 ildən 5 ilə endirilməsini təklif edib.
Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi isə vəkil və prokurorla razılaşmayıb. Hakimlər belə qənaətə gəlib ki, əvvəl təyin edimiş cəzanın 4 il azaldılması və ya təxirə salınması törədilmiş cinayətə münasibətdə ədalətli olmaz. Yekun qərarla Lalə İmaşovanın cəzası 14 ay 5 gün azaldılıb.
Qeyd edək ki, L.İmaşova əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib. Əri məhkəmədə Lalədən şikayətçi olub, cəzalandırılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İmaşova 9 il azadlıqdan məhrum edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Əfsanəvi oyunçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasında debüt oyun
Bir çox telefon sahibləri, hətta internetdən istifadə etmədikdə belə, Wi
Müğənni Ayan Babakişiyeva keçirdiyi plastik və estetik əməliyyatlarında
Monitorun düzgün işlədilməməsi böyüklərdə kompüter görmə sindromu s
Müstəqil tədqiqatçılar qrupu müxtəlif modelli milyonlarla KIA avtomobilin
Coker rolunu oynamaq üçün məşhur aktyor Xoakin Feniks ciddi fiziki və psix
Böyüklər övladlarının mükəmməl itaət nümayiş etdirmələrini istəyi
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun diplomatik fəaliyyəti başa ç
İsrailin raket zərbəsi ilə öldürülən SEPAH komandiri Abbas Nilfuruşanı
Bakıda daha bir parkın ərazisinin genişləndirilməsi istiqamətində işlə
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu g
Əməkdar artist Cabir İmanov həyat yoldaşı Zara İmanova ilə birlikdə gö
Son.az 6 Oktyabr 2024-cü il üçün bürc proqnozunu təqdim edir:
Dini tolerantlıq Azərbaycanın əsas xüsusiyyətidir və etnik mənşəyində
İsrail oktyabrın 1-də İranın ona qarşı həyata keçirdiyi iri raket hücu