Günün qoroskopu: İşdə həmkarlarınızla normal davranın


Digərləri 06 Fev 2024 00:01:00 157 0

Günün qoroskopu: İşdə həmkarlarınızla normal davranın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.

İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun.

Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq.

Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.

Buğa - uğurlu, pozitiv bir gündür. Üzləşdiyiniz problemlərin öhdəsindən gələ bilərsiniz. Həyata nikbin baxın. Ətrafınızda olan və bədbinləşən insanlara yardım edin. Məntiqli davransanız, yeni həmfikirlər, müttəfiqlər, tərəfdaşlar tapa bilərsiniz.

Günün ikinci yarısında yeni gəlir mənbələri ola bilər.

Baş verənlərə soyuqqanlı münasibət bəsləyin, maraqlarınızın tapdanmasına imkan verməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirə bilərsiniz. Münasibətlərinizə eqoizm mənfi təsir etməməlidir.

Əkizlər - bir sıra işləri kənardan yardım almadan həll etmək olar. Kiçik problemlərin çözümü, rutin məqamların həlli üçün əlverişli zamandır. İtkilərə yol verməyin. Mənasız risklərə, avantüralara aldanmayın.

Günün ikinci yarısında maliyyə məsələlərinin həllini başqalarına həvalə etməyin. Nikbin olun. Pis əhval sağlamlığınızda problemlər yarada bilər.

Yaxınlarınızla münasibətlərdə incikliyə yol verməyin. Onların nə istədiklərini anlayandan sonra hansısa qərar verin. İllüziyalara qapılmayın. Düşünmədən addım atmayın.

Xərçəng - öz uğurlarınıza sevinməklə yanaşı, yaxın ətrafınızdakı insanların qələbələrini də xoşniyyətlə qarşılamağınız gərəkdir. Səxavətli, səmimi, qayğıkeş olmaq çətin olsa da, cəhd göstərin.

Yeni işlər üçün münasib zaman deyil.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun.

Yaxınlarınızla münasibətləriniz birmənalı deyil. Kiminsə davranışından qıcıqlanaraq aqressivləşməyin. Ailə üzvlərinin istəklərinin və tələblərinin əsirinə çevrilməyin.

Bütün hallarda səbrli, təmkinli olmağa çalışın. Yenicə başlayan mübahisələri dinc yolla çözün.

Sizə dəyər verən insanların qədrini bilin.

Şir - ən adi, rutin məsələlərin həllində ekstravaqant çözüm yollarından yararlansanız, problemlərin öhdəsindən gələcəksiniz. Maliyyə məsələləri, sərmayə layihələri üçün əlverişli zamandır. Əlavə gəlir istisna deyil.

İdeyalarınızı praktikada yoxlayın.

Günün ikinci yarısında real gəlir əldə edə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə yollanın.

Əsəblərinizi cilovlayın.

Qız - yaşamınızda müsbət dəyişikliklər olacaq. Fəqət köklü yeniliklər gözləməyin. Həyata bir qədər nikbin baxın. Problemlər müvəqqətidir. Çətinliklərin həllinə yaradıcı yanaşın. Adi işlərdə sayıq və sərvaxt olun.

Çoxdan bəri davam edən və həllini gözləyən layihələri başa vurun.

Günün ikinci yarısında şəxsi həyatınızda durum sakitdir. Axşam saatlarında romantik görüşlər pis keçməyəcək. Dostlarınızı unutmayın.

Normal istirahət etməyə çalışın.

Tərəzi - yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır.

Günün ikinci yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun aydınlaşdırılması üçün müzakirələr vaxtınızı alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb - özünüzü həddən artıq tənqid etməyiniz mənasızdır. Başladığınız işləri uğurla başa vura bilərsiniz. İşdə yaxşı, peşəkar fəaliyyətlə məşğul olun. Uğurlarınıza sevinməkdən çəkinməyin. Rəqibləri mütləq şəkildə üstələyin. İctimai fəaliyyət diqqətinizi cəlb edə bilər.

Günün ikinci yarısı müzakirələr, görüşlər, danışıqlar üçün yaxşı zamandır. Yaxın qohumlarınızla ünsiyyətləri fəallaşdırın. Süstlük etməyin, planları ertələməyin.

Axşam saatlarında normal istirahət etmək gərəkdir.

Oxatan - tələsiklik, düşünülməmiş deyilən sözlərin fəsadı ağır ola bilər. Dediklərinizə fikir verin. Hisslərin əsiri olmayın, emosiyalara əsla qapılmayın. Özünüzə dəyər verin ki, ətrafınızdakılar da sizə sayğı bəsləsinlər.

Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Kredit və ya borc götürmək olar. Səhhətinizə fikir verin. Ağrılar yaranarsa, dərman preparatları almağı unutmayın. Zərərli vərdişlərinizdən birini unudun.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - ötən günlər çox ağır və çətin olsa da, günün ilk yarısından etibarən aktiv çalışın. Təşəbbüskar olun, rəqiblərdən geri qalmamağa can atın. İşlərinizin gedişatına bir qədər kənardan baxmaqda fayda var. Situasiyanı real qiymətləndirin.

Günün ikinci yarısında imici dəyişmək, davranışda yeniliklər etmək olar. Yaxın ətrafınızdakı insanlar sizi diqqətlə müşahidə edəcəklər. Diqqətli, qayğıkeş olun.

Səbirsizlik etməyin.

Dolça - yaxın ətrafınızdakı insanlardan birinin davranışı sizə problemlər yaradacaq. Başqasının əməllərinə görə bəraət qazanmağa çalışmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil. Enerjiniz çoxdur. Onu dürüst istiqamətə sərf edin.

Günün ikinci yarısında yaşam arealınızı rekonstruksiya etməyə başlayın. Ailə və məişət qayğılarını qulaqardına vurmayın. Axşam saatlarında əyləncəyə, xoş istirahətə yollandı.

Balıqlar - görüş, toplantı, danışıqlar üçün yaxşı vaxtdır. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Anlaşma və sövdələşmə, xərclərlə gəlirlərin planlaşdırılması üçün əlverişli zamandır.

Həvəssiz işləməyin.

Status-kvonu qorumaq üçün kimisə öz fəaliyyət planınıza riayətə vadar etməyin.

Evdə təmir işlərinə başlamaq olar.

Ailə üzvləriniz və yaxınlarınızın qeydinə qalın. Onlar sizdən diqqət gözləyirlər.

Son.az

Ukraynalı nazir istefa verdi like
  • 05 Fev 23:58  
Dünya Ukraynalı nazir istefa verdi

Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Al

arrow Ətraflı
Çili yanğınların cəngində... like
  • 05 Fev 23:52  
Dünya Çili yanğınların cəngində...

Çilidə Valparaiso bölgəsini bürümüş meşə yanğınları davam edir. Art

arrow Ətraflı
Kafeyə hücumda rusiyalı nazir də ölübmüş like
  • 05 Fev 23:41  
Dünya Kafeyə hücumda rusiyalı nazir də ölübmüş

Rusiyanın nəzarətində olan Lisiçansk vilayətində yerləşən "Adriat

arrow Ətraflı
Şəhid Orxan Əsgərovun atası: “Ölüm hökmü ədalətli olar” like
  • 05 Fev 23:33  
Digərləri Şəhid Orxan Əsgərovun atası: “Ölüm hökmü ədalətli olar”

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid o

arrow Ətraflı
"Qalib ölkənin, Qalib Liderinə səs verəcəm" like
  • 05 Fev 23:32  
Digərləri "Qalib ölkənin, Qalib Liderinə səs verəcəm"

Milli qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova fevralın 7-də ke

arrow Ətraflı
Kameralara öpüşərək poza verdilər like
  • 05 Fev 23:25  
Şou-biznes Kameralara öpüşərək poza verdilər

"Maneskin" qrupunun solisti Damiano David sevgilisi Dov Kameron ilə g

arrow Ətraflı
Erməni ordusu bu istiqamətdə hücum edərsə… like
  • 05 Fev 23:19  
Digərləri Erməni ordusu bu istiqamətdə hücum edərsə…

Ermənistan Fransanın təhriki ilə Cermux istiqamətində Azərbaycan hərbçi

arrow Ətraflı
ABŞdan Hindistana neft tədarükü dayandırıldı like
  • 05 Fev 23:05  
Dünya ABŞdan Hindistana neft tədarükü dayandırıldı

Qırmızı dənizdə yük daşınması ilə bağlı təhlükəsizlik vəziyyəti

arrow Ətraflı
III Dünya müharibəsi bu vaxta kimi başlaya bilər like
  • 05 Fev 22:52  
Dünya III Dünya müharibəsi bu vaxta kimi başlaya bilər

III Dünya müharibəsi Co Baydenin prezidentlik müddəti bitməmiş başlaya b

arrow Ətraflı
Serbiya Azərbaycanla bağlı AŞPAya müraciət etdi like
  • 05 Fev 22:47  
Siyasət Serbiya Azərbaycanla bağlı AŞPAya müraciət etdi

Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə h

arrow Ətraflı
Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? like
  • 05 Fev 22:41  
Digərləri Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb?

Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bi

arrow Ətraflı
Mübariz Mənsimov əməliyyat olundu like
  • 05 Fev 22:36  
Digərləri Mübariz Mənsimov əməliyyat olundu

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbu

arrow Ətraflı
Rusiya Azərbaycandakı seçkilərlə bağlı məlumat yaydı like
  • 05 Fev 22:30  
Digərləri Rusiya Azərbaycandakı seçkilərlə bağlı məlumat yaydı

Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyan�

arrow Ətraflı
Nadir və Aynişan: Personajların sevgisi! like
  • 05 Fev 22:26  
Şou-biznes Nadir və Aynişan: Personajların sevgisi!

Ötən gün İTV-də yayımlanan "Maska" şounun finalı maraqlı gör

arrow Ətraflı
95 yaşında məzun oldu like
  • 05 Fev 22:21  
Dünya 95 yaşında məzun oldu

95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu ol

arrow Ətraflı