Erməni ordusu bu istiqamətdə hücum edərsə…
Digərləri 05 Fev 2024 23:19:00 333 0
Ermənistan Fransanın təhriki ilə Cermux istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq. Birincisi, Azərbaycan Ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, Ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq.
Bu xəbəri də oxu: İstiliklə bağlı qiymətlər də dəyişdi
Son.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq:
"Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə "ərazilərini" geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər. Strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan Ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu, Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq. Baş nazir Nikol Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır. Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantyurası ona və ölkəsinə baha başa gələcək, nə Paris, nə də Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə biləcək".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Qırmızı dənizdə yük daşınması ilə bağlı təhlükəsizlik vəziyyəti
III Dünya müharibəsi Co Baydenin prezidentlik müddəti bitməmiş başlaya b
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə h
Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bi
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbu
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyan�
Ötən gün İTV-də yayımlanan "Maska" şounun finalı maraqlı gör
95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu ol
Azərbaycan Xarici İşlər Nazirliyi Çilidə baş vermiş meşə yanğınları
Sonuncu dəfə "Adım Farah" serialında rol alan aktyor Feyyaz Duman�
Tovuz rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılo
TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin mə
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Çin məhkəməsi avstraliyalı yazıçı Yang Hengjunu iki illik möhlətlə ö
ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şuras�