Bu ərzaqların qiyməti UCUZLAŞDI
Dünya 02 Fev 2024 20:25:00 291 0
Yanvar ayında dünya bazarında ərzaq məhsullarının qiymətləri 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1 faiz ucuzlaşıb.
Bu xəbəri də oxu: İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq hesabatında məlumat verilib.
Bu ilin ilk ayında taxılın qiymət indeksi dekabr ayı ilə müqayisədə 2,2 faiz azalıb. Buğdanın qiymətinin aşağı düşməsi ixracatçılar arasında rəqabət, eləcə də Cənub yarımkürəsindən yeni məhsulun bazara daxil olması ilə bağlıdır. Hesabatda bildirilir ki, Argentinada məhsul yığımı kampaniyasının başlaması ilə qarğıdalının qiyməti kəskin şəkildə aşağı düşüb.
Ət qiymətləri indeksi 1,4 faiz azalıb, azalma ardıcıl yeddinci aydır qeydə alınıb. Quş ətinin qiymətinin aşağı düşməsi tələbin zəif olması və təklifin çox olması ilə bağlıdır. Donuz əti Çinin öz istehsalını artırarkən alışını azaltması səbəbindən ucuzlaşıb. Mal əti də ucuzlaşıb, quzu ətinin qiyməti isə idxal tələbinin çox olması səbəbindən artıb.
Bitki yağının qiymət indeksi cəmi 0,1 faiz artıb. Palma və günəbaxan yağının qiyməti bahalaşdıqca, soya və kolza yağının qiyməti aşağı düşüb.
Süd məhsullarının qiymət indeksi yenidən işlənmiş dekabr dəyəri ilə müqayisədə faktiki olaraq dəyişməz qalıb. Kərə yağı və tam süd tozu üçün beynəlxalq qiymət kotirovkaları yanvar ayında əsasən Asiya alıcılarının artan tələbi ilə bahalaşıb, yağsız süd tozu və pendir qiymətlərindəki enişləri demək olar ki, kompensasiya edib.
Şəkərin qiymət indeksi 0,8 faiz artıb. Artım Braziliyada kifayət qədər yağıntının olmaması və bu amilin şəkər qamışı məhsuluna təsiri ilə bağlı narahatlıqlarla izah olunur. Bu məhsulun aparıcı istehsalçısı olan Tailand və Hindistanda da istehsal üçün əlverişsiz proqnozlar verilir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəməndə husilərin obyek
Tanınmış aktrisa Ülfət Bəşir yenidən sosial şəbəkənin gündəminə g
Məşhur aktyor Kıvanç Tatlıtuğun stilist həyat yoldaşı Başak Dizerin id
Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini "TikTok&q
Azərbaycan Prezidenti İlham Əliyevin düzgün, məntiqli və sistemli siyasə
"Şükür edirəm ki, Allah məni acgöz yaratmayıb. Pulu sevmək lazımd�
Xankəndi şəhəri fevralın 7-də keçiriləcək növbədənkənar prezident s
Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq edird
Rusiyada, Kurçatovda (Kursk vilayəti) supermarketdə kişi uşağın üzünə
Xalq artisti milyonların sevimlisi Röya Ayxan səhnəarxası görüntüləri i
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikli
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu
Müğənni elit star Cəmilə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır.
Ukrayna Prezidenti Vladimir Zelenski yaxın zamanda postunu tərk edə bilər.