Rusiyanın məşhur “Qara polkovnik”i öldü
Dünya 02 Yan 2025 16:20:00 112 0
Rusiya Dövlət Dumasının keçmiş deputatı, Sovet ordusunun polkovniki Viktor Alksnis 74 yaşında ölüb.
Bu xəbəri də oxu: Stoltenberqə Norveçdə yüksək vəzifə verildi
Son.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə onun qızı İrina məlumat yayıb.
Məlumata görə, 2019-cu ilin oktyabrında ona xərçəng diaqnozu qoyulub, 30 dekabr 2024-cü ildə polkovnik insult keçirib və komaya düşüb.
Viktor Alksnis 1989-1991-ci illərdə SSRİ xalq deputatı, 1990-1991-ci illərdə Latviya SSR Ali Sovetinin deputatı olub. O, həmçinin 1999-2007-ci illərdə üçüncü və dördüncü çağırış Dövlət Dumasının deputatı seçilib.
O, 1950-ci ildə Kemerovo vilayətinin Taştagöl şəhərində latış-rus ailəsində doğulub. Babası Yakov Alksnis SSRİ xalq müdafiə komissarının aviasiya üzrə müavini vəzifəsində çalışıb və Hərbi Hava Qüvvələrinə rəhbərlik edib. 1938-ci ildə güllələnib. Nənəsi "xalq düşməni"nin arvadı elan edilib, 14 ilini düşərgələrdə və həbsxanalarda keçirib.
Viktor Alksnis 1973-cü ilə qədər Riqa Ali Hərbi Aviasiya Məktəbində hərbi radioelektronika mühəndisi kimi təhsil alıb. Təhsil müəssisəsi onun babasının adını daşıyır.
Viktor Alksnis ictimaiyyət arasında "Qara polkovnik" kimi tanınıb. Bu, onun 1991-ci ildə Sovet İttifaqında Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) tərəfdarlarını dəstəkləməsi ilə bağlıdır./axar.az
Monteneqroda törədilən silahlı terror nəticəsində ikisi uşaq olmaqla, 12
Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.
Aktyor Azər Baxşəliyev vəfat edib.
Şirvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib
Rusiya qazının Ukrayna üzərindən Avropaya çatdırılması dayandırıldı.
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərra
Türk Ordusu Suriya və İraqın şimalında da daxil olmaqla son bir həftədə
Polis əməkdaşları ötən gün ölkə ərazisində 30 kiloqrama yaxın narkot
Sumqayıtda mənzildən 51 yaşlı kişinin meyiti tapılıb.
Ağsu rayonunda şəhərdaxili hərəkət (mobillik) planı hazırlanacaq.
24 dekabr 2024-cü il tarixində Kür çayının Zərdab rayonu, Əlvənd kəndi
Bayramdan sonra hazırlanan "Staliçni" salatı (və ya rusiya salatı
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların�