Azərbaycanda bəzi prosedurlar elektronlaşır
Digərləri 02 Fev 2024 19:31:00 330 0
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklərin icrasını təmin etmək məqsədilə "Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası"nda dəyişikliklər edilib.
Bu xəbəri də oxu: Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib
Son.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla sənədə bir sıra əlavələr edilib.
Belə ki, yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
"Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"na əlavə edilib.
Belə ki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
"Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"a əlavəyə əsasən, arayışın alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Son.az
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu
Müğənni elit star Cəmilə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır.
Ukrayna Prezidenti Vladimir Zelenski yaxın zamanda postunu tərk edə bilər.
Xalq artistləri Natiq Şirinovun oğlu Ümid və Alim Qasımovun nəvəsi Fatim
Türkiyədə maraqlı hadisə marağa səbəb olub.
Azərbaycanın məşhur pop ulduzu Zamiq Hüseynovun Gəncə Dövlət Filarmoniy
Şamaxı rayonunun Əngəxaran kəndinin sakini olan 102 yaşlı seçici Mərif�
ABŞ-nin Ermənistandakı Səfirliyi ölkədəki diplomatik missiyasının əmə
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azə
Nə vaxtsa "Faytonçu Nazim"in mənə çörək satacağını düşünm
Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. 2 Fe
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar
İlk dəfədir ki, Qərbdən gələn təşkilat Qarabağda müşahidələr apara