Bu gün Gənclər Günüdür
Digərləri 02 Fev 2024 00:04:00 325 0
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
Bu xəbəri də oxu: Ən faydalı meyvə və giləmeyvələr SİYAHI
Son.az xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.
1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.
Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.
Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi olub.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakının Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi istiqamətində avto
Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyadakı əmək dü
Türkiyənin paytaxtı Ankarada İŞİD-ə qarşı keçirilən "Qəhrəmanl
Argentina millisi və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Li
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Küçədə insanları narahat edən tiktoker "Jalilov"un atası Nihad
Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir.
Sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat
Alimlər dünyada nüvə müharibəsi baş verəcəyi təqdirdə bəşəriyyəti
Yüksək keyfiyyətli qol saatı uğurlu və baxımlı insanların imicinin əv�
Rusiya rəsmilərinin Nikol Paşinyandan xoşları gəlməsə də, onlar əvvəl
ABŞ Prezidenti Co Bayden ABŞ administrasiyasına İordan çayının qərb sahi