Zaxarovaya deyin ki, Rəsulzadə ilə faşisti…
Dünya 01 Fev 2024 22:12:00 326 0
Rusiya rəsmilərinin Nikol Paşinyandan xoşları gəlməsə də, onlar əvvəlkitək Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoymaq ənənəsindən qurtulmaq istəmirlər.
Bu xəbəri də oxu: Netanyahu: İsrailə hücumlar onlara baha başa gələcək
Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı təxribatçı suala verdiyi təxribatçı cavab bu siyasətin tərkib hissəsidir:
"Biz dedik ki, Rusiya niyə Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasına etiraz etmir, axı o, Hitler Almaniyasının əmrlərini yerinə yetirib? Rusiya rəsmiləri bir-iki kəlmə narazılıq etməklə işlərini bitmiş hesab etdilər, Njdenin heykəli İrəvanda yerindədir. Ermənilər əks-həmlə ilə Mariya Zaxarovadan bu dəfə Məhəmməd Əmin Rəsulzadə əleyhinə açıqlama almaq istədilər, o da dedi ki, biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq.
Birincisi, hansı qiymətləndirmədən söhbət gedir? İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz Mariya Zaxarovaya xatırlatmalıdır ki, Məhəmməd Əmin Rəsulzadə ilə Njde arasında paralellər aparmaq, yumşaq desək, yanlışdır, tarixi bilgisizlikdir - ikinci faşistlərin əlaltısı olub, onların əmrlərini yerinə yetirərək qətllər törədib, Azərbaycan Cümhuriyyətinin qurucusu isə İkinci Dünya müharibəsində azərbaycanlıları əsirlikdən xilas etmək üçün çalışıb və inadkarlığına görə müharibənin gedişində onun Berlinə girişinə qadağa qoyulub.
Bunu Mariya Zaxarovaya xatırlatmaq lazımdır ki, gələn dəfə Rəsulzadə və digər öndərlərimiz haqqında danışanda qeyri-dəqiq ifadələrə yol verməsin".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ Prezidenti Co Bayden ABŞ administrasiyasına İordan çayının qərb sahi
Sosial şəbəkələrdə qeyri-etik hərəkətləri ilə ictimai qınağa səbə
ABŞ alimləri uzunömürlülük və insanın anadan olduğu ay arasında əlaq�
Dünyada elə restoranlar var ki, təkcə təamları ilə deyil, öz interyeri i
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət D
Əməkdar artist Kəmalə Müzəffər xəyanətdən danışıb.
Veb-kamera quraşdırılması insanları güdmək deyil.
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması bu ölkənin su
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsin
"Mən mətbəx işləri görəndə çox dincəlirəm".
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) fəa
Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqa
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyi�
Prezident İlham Əliyev "İnvestisiya təşviqi sənədinin verilməsi nə
Müğənni Niyam Salami Xalq artist Brilliant Dadaşova ilə bağlı fikirlərin