Zorlama xəbərlərindən həzz alanlar Milyonların "Xnx sevgisi"
Digərləri 01 Fev 2024 12:55:00 698 0
Uşaqdan böyüyə, alimindən ən ucqar kəndlisinə kimi hamı "Google"un nə olduğunu bilir. Kimi bu platformadan yaxşı məqsədlər üçün istifadə edir, kimisi isə pis. Google "lüt qız" yazsan çılpaq şəkillər, "dünyada ilk dəfə kosmosa uçan" yazsan bu barədə məlumatlar çıxacaq. Pornoqrafik materiallarla, bütün elmi, tarixi biliklərin eyni platformada toplanması "Google"un "əxlaqsız", "səviyyəsiz" platforma olması demək deyil. Yəni, kim nə barədə maraqlansa onun qarşısına bu barədə məlumatlar çıxacaq. Bu eynən "Facebook", "Tiktok" və "Instagram" üçün də keçərlidir.
Bu xəbəri də oxu: FHN əhaliyə xəbərdarlıq etdi
2021-2022-ci illərdə Azərbaycanda "Google"da ən çox axtarılan saytlar açıqlanıb. Metrix.az-ın yaydığı məlumatda qeyd olunub ki, göstərilən dövrdə ölkəmizdə "Google"da ən çox porno saytlar axtarılıb. 10 milyondan çox əhalisi olan Azərbaycanda porno sayta marağın bu həddə olması sual doğurur. Axtarış siyahısında ikinci yerdə isə "Google"un pulsuz tərcümə sistemi "google translate" dayanır. Statistikadan da göründüyü kimi azərbaycanlıların çoxunu maraqlandığı əsas məsələ "yataq sərgüzəştləri"dir. Ümumilikdə, saytlarda da ən çox oxunan xəbərlər kiminsə kimisə zorlaması, kiminsə xəyanətinin üstünün açılması, kimlərinsə ifşası və bu tipli xəbərlərdir. Jurnalistika baxımından bunların heç biri xəbər janrına aid deyil, lakin, informasiya xarakteri daşıyır.
İri marketlərə daxil olduqda burada həm qadın bezinin, həm çörəyin, həm də intim gellərin satıldığının şahidi olmuşuq. Kimə nə lazımdırsa gedib həmin bölmədən özü üçün vacib olan məhsulu alır. Bu sadalanan məhsulların eyni mağazada satılması həmin marketin "əxlaqsız"lığını göstərmədiyi kimi, eləcə də saytlarda da yayılan informasiya xarakterli məlumatlar onun əxlaq göstəricisi deyil.
Dünyada hər kəsin marağı, zövqü, düşüncə tərzi eyni olmadığı kimi, hamının müxtəlif olaylara reaksiyası da fərqlidir. Biri üçün deputatın açıqlaması maraqlı ola bilər, başqası üçün Şəbnəm Tovuzlunun. Bu o demək deyil ki, saytlar, televiziyalar ancaq bir məsələ barədə məlumat versin. Kimsə əgər "zorlama xəbər"ini oxuyanda həzz alıb, kimsə bundan iyrənirsə bu birbaşa həmin şəxsin özü ilə bağlı olan məsələdir. Ölkədə baş verən hər-hansı təcavüz olayının ört-basdır edilməsi heç də yaxşı nəsə vəd etmir. Əksinə, problemin həllinə mənfi təsir edə bilər. Burada əsas olan məqam necə marketdə sənə aid olmayan məhsulun yanından düz keçdiyin kimi, eynən bu məlumatlardan da yan keçməyin mümkünlüyüdür.
İsmayıl Son.az
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkda
ATV-də yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşan�
Azərbaycan "Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixl
Müğənni Niyam Salami həmcinslərini tənqid edib.
Bir sıra şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları v
Bakıda bəzi məhəllələrdə sakinlərin yollara süni maneələr quraşdırm
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi S
Ötən gecə Lerik rayonu ərazisində yerləşən "Təbəssüm" istir
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələ
Bakıda DYP-nin "saxla" əmrinə tabe olmayan sürücü polis əməkda
Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb.
Təəssüf ki, Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Erm
Bildiyiniz kimi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin da