Qaribaşvili getdi:
Digərləri 01 Fev 2024 12:57:00 346 0
Gürcü politoloq Gela Vasadzenin Axar.az-a müsahibəsi:
Bu xəbəri də oxu: Azərbaycanda 15 yaşlı şagird dərs zamanı qəfil öldü
- Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefası gözlənilən idimi?
- Təbii ki, Qaribaşvilinin istefa verəcəyindən heç kimin xəbəri yox idi. Amma bəlkə də bu, sadəcə olaraq İvanişvilinin idarəetmə tərzi olduğuna görə sürpriz deyil. Düşünmürəm ki, kimsə buna xüsusi olaraq təəccüblənsin. Seçkidən əvvəl İvanişvili yenidən hakim komandanı yenilədi. Deməli, bu, heç də sensasiya deyil.
- Kobaxidzenin gəlişi Gürcüstanın daxili və xarici siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
- Heç bir dəyişiklik olmayacaq. Hər şey çox sadədir - həm ölkə daxilində, həm də xaricdə bütün strateji və siyasi qərarlar bir nəfər tərəfindən verilir - İvanişvili. Bu halda kimin icraçı olacağı o qədər də önəmli deyil. Ona görə də hər hansı dəyişiklikdən danışmağın mənası yoxdur.
- Bu, İvanişvilinin hakimiyyətə gəlməsinə mərhələli keçid ola bilərmi?
- İvanişvili artıq hakimiyyətdədir. Lazım gələrsə, baş nazir ola bilər. Ancaq bu vəziyyətdə ona ehtiyac yoxdur. Olduqca yaxşı mövqedədir, praktiki olaraq ölkəni idarə edir, lakin idarəçiliyinə formal olaraq cavabdeh deyil. Bu, kifayət qədər aydın mənzərədir.
- Bu proses Gürcüstanla Rusiya arasında yaxınlaşmanın başlanğıcı sayıla bilərmi?
- Xeyr, baş verən yaxınlaşma prosesi tarixi maksimuma çatıb. Bundan o tərəfə mümkün deyil, çünki Rusiya bizim iki rayonumuzu işğal edib. Hakimiyyətin Rusiya biznesi və hökuməti ilə birgə pul qazanması hamıya məlum olan faktdır. Prinsipcə, İvanişvili məhz buna nail olmağa çalışır. Siyasi baxımdan Qərblə olacağıq və Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirəcəyik. Qaribaşvilinin Paşinyanla çox yaxşı münasibətləri olub. Onların öz "resepti" var idi. Ortaq dil tapırdılar. Kobaxidzenin isə onunla belə əlaqəsi yoxdur. Buna baxmayaraq, bu, Bakı və İrəvanla münasibətlərə xüsusi təsir göstərməyəcək. Gürcüstanın prioritetləri, strateji maraqları, öz coğrafiyası var və bundan qaça bilməz.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Uşaqdan böyüyə, alimindən ən ucqar kəndlisinə kimi hamı "Google&qu
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkda
ATV-də yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşan�
Azərbaycan "Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixl
Müğənni Niyam Salami həmcinslərini tənqid edib.
Bir sıra şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları v
Bakıda bəzi məhəllələrdə sakinlərin yollara süni maneələr quraşdırm
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi S
Ötən gecə Lerik rayonu ərazisində yerləşən "Təbəssüm" istir
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələ
Bakıda DYP-nin "saxla" əmrinə tabe olmayan sürücü polis əməkda
Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb.
Təəssüf ki, Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Erm