Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir FOTO


Kriminal 31 Yan 2024 21:05:00 326 0

Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir  FOTO

Adını Azərbaycan muğam tarixinə qızıl hərflərlə yazdıran xanəndə, görkəmli sənətkar Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir.

Son.az xəbər verir ki, bununla bağlı məlumatı Moderator.az-a tanınmış rejissor Rauf Kazımovskinin oğlu Mirmahmud Kazımovski deyib.

"Cabbar Qaryağdıoğlunun Yasamal ərazisində yerləşən məzarı baxımsız vəziyyətdədir. Sənətkar əvvəl Çəmbərəkənd qəbiristanlığında dəfn olunub, daha sonra xanəndənin məzarı Yasamal rayon qəbiristanlığına köçürülüb. Cabbar Qaryağdıoğlunun məzarının Fəxri xiyabana köçürülməsi ilə bağlı SSRİ Nazirlər Soveti tərəfindən qərar 1948-ci ildə verilib. Məndə o sənəd var, hələ də saxlayıram. Həmin qərara əsasən, Cabbar Qaryağdıoğlu da daxil olmaq şərtilə həyatdan köçmüş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməli idi. Bu siyahıya görkəmli incəsənət xadimləri salınıb. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseynqulu Sarabski, Süleyman Sani Axundov, Əli Nəzmi, Rüstəm Mustafayev, Əzim Əzimzadənin məzarı Bakıda Fəxri xiyabanda, Molla Vəli Vidadinin məzarı Qazaxda, Seyid Əzim Şirvani və Sabirin məzarı Şamaxıdadır. Əfsuslar olsun ki, siyahıda olan şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri xiyabana köçürülməyib. Əslində gərək tarixi ədalət bərpa olunsun. Cabbar Qaryağdıoğlu həmin siyahıda 8-ci adamdır. 1957-ci ildə Həsən bəy Zərdabinin ölümünün 50 illiyi olanda onun məzarı Fəxri xiyabana köçürüldü. Gərək sənətkara sağlığında da, öləndən sonra da qiymət verilsin. Mənim babam, adını daşıdığım Mirmahmud Kazımovski Azərbaycanda teatrın bünövrəsini qoyan şəxslərdən biri olub. 1938-ci ildə, repressiya illərində "Əməkdar artist" fəxri adını alıb. Atam Rauf Kazımovski AzTV-nin ilk baş rejissoru olub. Qardaşım Ələkbər Kazımovski "Hicran" televiziya tamaşasını lentə alıb. Bunları unutmaq olmaz", - deyə müsahibimiz bildirib.

Mirmahmud Kazımovski deyib ki, sənətkarın məzarının Fəxri xiyabanda yox, adi qəbiristanlıqda olması vaxtilə böyük sənətkarımız Əlibaba Məmmədovu da narahat edirdi.

"Rəhmətlik Əlibaba Məmmədov mənimlə qonşu idi. Axşamlar görüşüb çay içirdik. Bir dəfə Cabbar əmidən söz düşdü. O mənə dedi ki, bu məzar yiyəsiz qalıb, indiyə kimi onu köçürməyiblər. Cabbar əminin məzarının harada yerləşdiyini onun mahnılarını ifa edən sənətçilər də bilmirlər. Onun məzarı köhnə qəbirlərin arasında, sıx məsafədə yerləşir. Çətinliklə məzara yetişmək olur. Bir neçə məşhur xanəndəyə də demişəm ki, sizin əliniz çatır, aidiyyəti qurumlara deyin məzarı köçürsünlər. Onlar mənim bu sözümü qulaqardına vurublar. Efirlərdə "Cabbar əmi" sözü dillərindən düşmür, amma di gəl ki, soruşanda bu kişinin qəbri haradadır, təsəvvürləri belə yoxdur. Məndən başqa heç kim gedib qəbri tapa bilməz. Bir neçə il bundan əvvəl televiziya vasitəsilə çəkiliş də etmişdik, amma nəticəsi olmadı. Nə Yasamal Rayon İcra Hakimiyyəti, nə də Mədəniyyət Nazirliyindən müsbət cavab gəldi. Biri deyir ki, Bəstəkarlar İttifaqı baxmalıdır, biri də deyir ki, filan qurum maraqlanmalıdır. Mən baş aça bilmirəm ki, kim bu işdə qabağa düşməlidir?! Məzar daşı da onun adına yaraşmır. Elə bil ki, yola veriblər, başdan ediblər. Ümid edirəm ki, məsələ öz həllini tapacaq", - deyə Mirmahmud Kazımovski deyib.

Qeyd edək ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Qafqazda ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb. Əbəs yerə onu "Şərq musiqisinin peyğəmbəri" adlandırmırlar. Xanəndə, həmçinin bir çox mahnıların, həmçinin "İrəvanda xal qalmadı" mahnısının müəllifidir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Ermənistanın iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir”  “Fitch” like
  • 31 Yan 20:58  
Digərləri “Ermənistanın iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir” “Fitch”

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" açıqlayıb ki, Erməni

arrow Ətraflı
Bu ölkə Qafqazda sülh istəmir  Spiker like
  • 31 Yan 20:52  
Siyasət Bu ölkə Qafqazda sülh istəmir Spiker

Fransa Cənubi Qafqazda sülhün təmin olunmasını istəmir.

arrow Ətraflı
Yevlax rayonunun ən yaşlı seçicisinin 112 yaşı var like
  • 31 Yan 20:47  
Digərləri Yevlax rayonunun ən yaşlı seçicisinin 112 yaşı var

52 saylı Yevlax seçki dairəsinin tərkibinə daxil olan 55 seçki məntəqəs

arrow Ətraflı
Yaşar Gülər Ankarada Azərbaycan generalları ilə görüşdü like
  • 31 Yan 20:44  
Digərləri Yaşar Gülər Ankarada Azərbaycan generalları ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada səfərdə ola

arrow Ətraflı
Safurənin ailəsi ilə qış tətili  VİDEO  FOTO like
  • 31 Yan 20:39  
Şou-biznes Safurənin ailəsi ilə qış tətili VİDEO FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə

arrow Ətraflı
Ötən il 80 milyon manata qədər aliment ödənilib like
  • 31 Yan 20:35  
Digərləri Ötən il 80 milyon manata qədər aliment ödənilib

Ötən il aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdir

arrow Ətraflı
NATO Rusiya sərhədi yaxınlığında təlimlərə başlayır like
  • 31 Yan 20:28  
Dünya NATO Rusiya sərhədi yaxınlığında təlimlərə başlayır

NATO bu gün Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı təlimlərə

arrow Ətraflı
Sevgiləri 1 ay çəkdi  FOTO like
  • 31 Yan 20:17  
Şou-biznes Sevgiləri 1 ay çəkdi FOTO

Türkiyəli aktrisa Dəniz Işınla həmkarı Erdem Şanlı ayrılıb.

arrow Ətraflı
Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər?  AÇIQLAMA like
  • 31 Yan 19:55  
Digərləri Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? AÇIQLAMA

Son günlər hamilələr arasında qızılcaya yoluxma ilə bağlı ciddi naraha

arrow Ətraflı
Xaçmaz sakini faciəvi şəkildə öldü like
  • 31 Yan 19:50  
Digərləri Xaçmaz sakini faciəvi şəkildə öldü

Xaçmaz sakinini elektrik cərəyanı vuraraq öldürüb.

arrow Ətraflı
Meqan Markl və Şahzadə Harri müflis oldu like
  • 31 Yan 19:44  
Dünya Meqan Markl və Şahzadə Harri müflis oldu

Şahzadə Harri və hersoginya Meqan Markl maddi vəziyyətlərinə görə narah

arrow Ətraflı
Rəsmi Moskva Avropa İttifaqını hədələdi like
  • 31 Yan 19:39  
Dünya Rəsmi Moskva Avropa İttifaqını hədələdi

Moskva öz aktivlərinin Avropa İttifaqı tərəfindən mümkün müsadirəsin�

arrow Ətraflı
Ələkbər Yasamallının qalmaqallı görüntüləri yayıldı: Namiqin adamıdır...  VİDEO like
  • 31 Yan 19:32  
Şou-biznes Ələkbər Yasamallının qalmaqallı görüntüləri yayıldı: Namiqin adamıdır... VİDEO

Nicat Rəhimovla Azər Baxşəliyevin aparıcılığı ilə hər həftə "X

arrow Ətraflı
Keçmiş məcburi köçkünlərin təhsil güzəşti bu tarixədək davam edəcək like
  • 31 Yan 19:26  
Digərləri Keçmiş məcburi köçkünlərin təhsil güzəşti bu tarixədək davam edəcək

Məcburi köçkünlərin təhsil hüququnun təmin edilməsi güzəşti onların

arrow Ətraflı
Hərbi hissələrdə döyüşə hazırolma üzrə məşğələlər keçirilir like
  • 31 Yan 19:20  
Digərləri Hərbi hissələrdə döyüşə hazırolma üzrə məşğələlər keçirilir

Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması mə

arrow Ətraflı