Qərb Paşinyana “varis” tapdı
Siyasət 31 Yan 2024 14:57:00 425 0
Ermənistanda iqtidarda olan "Mülki müqavilə" partiyasının rəhbərliyindəki funksionerlərlə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasındakı münasibətlər ifrat dərəcədə gərginləşdiyi iddia olunur.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Daha doğrusu, münasibətlər qarşılıqlı etimadsızlıq və inamsızlıq səviyyəsinə keçdiyi deyilir.
Sən demə, səbəb baş nazir Nikol Paşinyanın "ən etibarlı kadrlarından biri" sayılan A.Qriqoryanın Qərb ölkələrinin siyasi elitaları və beynəlxalq "humanitar", habelə "müstəqil qeyri-hökumət təşkilatları"nın rəhbərləri ilə əlaqələrini fəallaşdırmasıdır "Mülki müqavilə" funksionerləri hesab edirlər ki, A.Qriqoryan bu minvalla irəli çıxmaq, hakimiyyət eşelonunda ən üst yerlərdən birini tutmaq, ən başlıcası isə Qərbin Ermənistanla təmaslarını və kommunikasiyalarını müəyyən mənada kontrol altına almaq istəyir.
Partiya daxilində aparılan müzakirələr görə, Armen Qriqoryan artıq Qərbin Ermənistandakı favorit fiqurlarınan biri sayılır.
"Fransa və Avropa İttifaqının hakimiyyət dairələri, həmçinin ABŞ-dakı erməni icmasının diaspor təşkilatlarının rəhbəri onu Nikol Paşinyanın varisi kimi görürlər", - Ermənistan mediasında yer alan şərhlərdə və təhlillərdə vurğulanır.
Erməni analitiklərin fikrincə, əgər Nikol Paşinyan ABŞ və Avropa İttifaqından aldığı təlimatları yerinə yetirərək Azərbaycanla yekun sülh müqaviləsini imzalamazsa, habelə İrəvanın Rusiyadan asılılıqdan qurtulması, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkədən çıxarılması üçün real addımlar atmazsa A.Qriqoryanın baş nazir postunu tutması istisna deyil.
O, hakimiyyəti ələ alandan sonra planlarını, xüsusilə də Qərbdən aldığı təlimatları böyük həvəslə icra etməyə başlayacaq.
"Mülki müqavilə" rəhbərliyindəki şəxslərin narahatlığını Nikol Paşinyan ilkin mərhələlərdə ciddi qəbul etmirdi. Vaxt keçdikcə o, Armen Qriqoryanın Qərblə, xüsusilə də ABŞ və Avropa İttifaqı ilə müstəqil oyun aparmağa çalışdığını anlamağa başlayıb.
Ermənistanda müxalifətin, xüsusilə də sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın maliyyələşdirdikləri və nəzarətdə saxladığı təşkilatların hakimiyyətə qarşı mübarizəsində hədəf qismində A.Qriqoryan xüsusi yer tutur.
"Sabiq"lərin kontrolundakı mediası fasiləsiz olaraq Paşinyan iqtidarını Rusiyaya düşmən mövqe tutmaqda, Qərbin göstərişlərini icra etməkdə suçlayır.
Armen Qriqoryan bu baxımdan "rahat hədəf" sayılır, çünki onun Ermənistanın Rusiyadan asılılığının minimuma endirilməsi ideyasının ən fəal tərəfdarlardan biri olduğu sirr deyil.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanın hakimiyyət nümayəndələri ilə istənilən formada və formatda təmaslardan yayınmağa çalışır. Bununla yanaşı, o, Qərb ölkələrinə səfərlərinin sayını artırıb. Apardığı danışıqlarda və keçirdikləri görüşlərdə A.Qriqoryan sürəkli olaraq MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) İkinci Qarabağ Müharibəsində, habelə sonrakı illərdə Ermənistana "kömək etməməkdə, dəstək verməmək"də suçlayır.
İlk baxışdan Nikol Paşinyan indiyədək gözləmədiyi istiqamədən təhlükəni sezərək adekvat qabaqlayıcı tədbirlər görmək niyyətindədir.
Cəmiyyətə və siyasi müstəvilərə ötürülən narrativ də budur ki, Corc Sorosun illər əvvəl Ermənistanda yaratdığı şəbəkənin yetirməsi olan Armen Qriqoryan indi Paşinyan üçün Robert Köçəryan və Serj Sarqsyan qədər təhdid mənbəyinə çevrilməkdədir.
Lakin A.Qriqoryanın Paşinyana təhdidə çevrilməsi və Qərbin ona stavka etməsi ilə bağlı yayılmış iddiaların bilavasitə Nikol Paşinyanın göstərişi ilə hazırlanaraq dövriyyəyə buraxılması istisna deyil.
Daha dəqiq olsaq, Armen Qriqoryanla bağlı iddiaların və Paşinyanı başçılıq etdiyi partiyada yeni parçalanmanın başlanması ilə bağlı yazılanlarla deyilənlərin mahiyyət etibarilə vahid idefiks olması şübhələri daha da dərinləşdirir.
Görünən budur ki, Nikol Paşinyan Qərblə əlaqələri artıraraq əməkdaşlığı intensivləşdirməklə yanaşı, Rusiya ilə münasibətləri ifrat dərəcədə sərinləşdirmək fikrində deyil.
İrəvanda Moskvaya qarşı səslənən bəyanatların statistikasına, Ermənistanın daxili siyasətində və cəmiyyətində anti-Rusiya narrativlərinin güclənməsinə, Paşinyan administrasiyasının kollektiv Qərblə təmaslarının sürətlə aktivləşməsinə rəğmən, Ermənistan-Rusiya münasibətləri göründüyü kimi deyil.
Tam əksinə, həmin münasibətlər və əlaqələr az qala əvvəlki səviyyədədir: İrəvandakı isterik açıqlamalara və Rusiyanın zahirən Paşinyanla komandasını daim xəbərdarlıqlara tuş etməsinə rətğmən.
Ermənistan KTMT katibi olan ölkədir, Avrasiya Gömrük Birliyi və Avrasiya İqtisadi İttifaqının üzvüdür, MDB-də Rusiyanın nəzarət etdiyi ölkələr sırasındadır. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının statusunu 2049-cu ilədək müzakirə belə, etməyə dəyməz: ikitərəfli anlaşma həmin müddətdə başa çatır, amma onun vaxtının uzadılması çətin iş deyil.
Rusiya Ermənistana vəd etdiyi silah-sursatı və texnikanı İrəvana yollamağa başlayıb, Qərbin Ermənistanda aktivləşməsinin qarşısını almaq, bu da alınmasa həmin fəallığı minimallaşdırmaq üçün müqavimət strategiyasını həyata keçirməyə başlayıb və s.
Belə şəraitdə Paşinyan ən yaxınr tərəfdaşı və silahdaşı olan Armen Qriqoryanla bağlı oyuna başlayaraq udmmğa, yəni həm Qərb, həm də Rusiyadan dividentlərin artırmaq niyyətindədir.
Rusiya planı anlayarsa, bütün işlərin suçlusu və Qərblə münasibətlərin genişləndirilməsinin fanatik tərəfdarı kimi qələmə veriləcək.
Moskva oyunu anlasa da, heç nə baş verməyibmiş kimi davranarsa, daxili siyasi arenada guya hakimiyyətdə parçalanma versiyası ilə bağlı iddialar gücləndirilərək R.Köçəryan-S.Sarqsyan duetininn sayıqlığı azaldılacaq və imkan yarananda onlara sarsıdıcı zərbə endiriləcək.
Oyun oynamaq istəyən Paşinyanın özü ilə Qərb oyun oynamağa başlayıb.
Kollektiv Qərb Ermənistanın baş nazirinin sürəkli vurnuzmalarını və siyasi alver cəhdlərini diqqətlə müşahidə edir. Paşinyan birdəfəlik seçim etməli, mövqeyini göstərməlidir: o ya Rusiya ilə əlaqələri minimuma endirir, Gümrüdəki 102-ci bazanı çıxarır, ələlxüsus da Azərbaycanla sülh müqaviləsini imzalayır- ya da Qərbdən ağır zərbə alır.
Fəqət, hələlik yerdəyişmələrə tələsməyən Qərb tədbirli davranmaq niyyətindədir.
Çünki Ermənistanın Rusiyadan asılılıq səviyyəsi ləğv edilməyincə, baş nazir postunda kimi olması heç bir əhəmiyyət kəsb etməyəcək.
Elçin Alıoğlu TREND
İrəvanda blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış
Müğənni Damla oğlu haqda açıqlamaları ilə diqqət çəkib. Son.az sho
Yanvarın 28-də İstanbul Katolik Kilsəsində atışma Tacikistanın "Vil
Rusiyada "Azadlıq və Ədalət" partiyasından prezidentliyə namizə
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri il
Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin bina
İzzət Bağırov bacısı qızı Almaxanımın toyunu tez tərk etməsi məsəl
ABŞ Prezidenti Co Bayden öz siyasəti ilə dünyanı cəhənnəmə çevirib v�
Məşhur amerikalı aktrisa Çita Rivera 91 yaşında dünyasını dəyişib.
Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan delimitasiya komissiyasının i
Ermənistanhələlik KTMT-dən çıxmayıb, amma proses buna doğru gedir.
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müa
2024-cü ilin yanvar ayında Ukrayna Azərbaycandan növbəti humanitar yardım
Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən