Suada Amerika həyatının çətinliklərindən danışdı: Hələ də şokdayam
Şou-biznes 30 Yan 2024 22:20:00 371 0
Başqalarına və özümüzə qarşı mehriban olaq. Sərhədlərə hörmət edin və başqasını öz xəyal gücünüzün çərçivəsinə salmayın, onların necə olmaları barədə düşünməyin. Sosial media insanların bir-birini mühakimə etdiyi, şərhlər və birbaşa mesajlar səbəbindən motivasiyanı öldürə biləcəyi zəhərli bir məkan ola, eyni zamanda yaradıcılığı, həyatı, sevdiyiniz və pərəstiş etdiyiniz şeyi dostlarınız və ictimaiyyətlə bölüşmək üçün bir məkan ola bilər. Mən ikincisini seçirəm, baxmayaraq ki, çox vaxt insanlar üzündən buranın toksik(zəhərli-PS olduğunu da hiss edirəm.
Bu xəbəri də oxu: Estetikləri barədə suala əsəbiləşdi VİDEO
Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı musiqiçi Suada Hacızadə deyib. Ailə qurduqdan sonra Amerikaya köçən musiqiçi "Realist və sadə: Mənimlə hazırlanın" başlığı ilə makiyaj görüntülərini paylaşıb. O, həm də Amerikaya köçdükdən sonra qarşılaşdığı çətinlikləri izləyicilərinə danışıb.
"Özümüzə sadiq qalmaq - bu, ən önəmlisidir. Və bu videonu sizinlə paylaşmaq istədim, çünki mən hissləri olan bir insanam, nə qədər istedadlı, vizion və ehtirasın olmağından asılı olmayaraq, fikirlərimin tükəndiyini, xaos və içəridə ilişib qaldığımı hiss etdim, hansısa səbəblərdən sevdiyin şeyləri etməməyi seçirsən ki, bu da mənim üçün gülüncdür. Odur ki, bunu dəyişməyə çalışıram. Çox minnətdaram ki, ən yaxın adamlarım məni dəstəkləyir və irəli getməyə təşviq edirlər. Keçən il mən həyatımın ən böyük dəyişikliyini yaşadım və düşünürəm ki, hələ də bunun şokunu yaşayıram. Ailənizdən və dostlarınızdan, adi həyatınızdan, sevdiyiniz yerlərdən uzaq olmaq sizi dolaşığa sala bilər, lakin bu, normaldır. Biz bunu da keçəcəyik", - Suada qeyd edib.
Qeyd edək ki, Suada Hacızadə dünya şöhrətli aktyor Jan-Klod Van Damın oğlu Kristofer Van Damla evlidir. Həmçinin uşaqlıqdan musiqi ilə məşğul olan Suada Hacızadə Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrləri ilə konsert proqramlarında çıxış edib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub. Suada Hacızadə həm də Prezident mükafatçısıdır.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Psixiatr və diyetoloq Uma Naidu beyni gənc saxlamağa kömək edəcək dörd v
Amerikalı reper və realiti-şou ulduzu, Krisin Rok kimi tanınan Krisin Meloun
Sabah Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası
İqlim dəyişikliyi güclü yağış və qar yağması ehtimalını iki dəfə
Rusiyada "ru" domen zonasının fəaliyyətində nasazlıq yaranıb.
Türkiyədə tələbələrin tezislərini süni intellektlə yazmağa başlamas�
Azərbaycan Respublikası Audiovizual Şurasının 2023-cü il üzrə Maliyyə H
Yaşlanma əleyhinə və bərpaedici təbabət üzrə ixtisaslaşan həkim Kien
Baş verənlər çox əlamətdardır. Çünki Azərbaycan kimi Qərbə meydan ox
Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəşt
Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapı
Laborator şəraitdə süni brilliantlar bir çox sənayedə, tibbi avadanlıqla
Roma şəhərinin məşhur "Piazza dei Santi Apostoli" meydanında İt
Bakının Xətai rayonunda 1962-ci il təvəllüdlü Əsəd qısqanclıq zəmini
Azərbaycanda sovet dövründən qalan bəzi sahibsiz əmlakların özəlləşdi