Daşınmaz əmlak bazarında kəskin bahalaşma yaranıb
Digərləri 26 Yan 2024 06:20:00 328 0
Bakıda daşınmaz əmlak bazarı dəyər qazanmağa davam edir. Qiymət artımı son 30 ilin rekordu hesab edilir.
Bu xəbəri də oxu: Türkiyə 20 PKK terrorçusunu zərərsizləşdirdi Ərdoğan xəbərdarlıq etmişdi
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda Bakıda çoxmərtəbəli yaşayış binalarında təklif edilən ən ucuz təmirsiz 100 kvadratmetrlik mənzillər Ramana qəsəbəsində 70 minə, eyni ölçüdə ən bahalı təmirsiz mənzil isə mərkəzdə yarım milyon manata satılır.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərdən görünür ki, 4 ildə yeni tikilən binalarda 180 minə yaxın mənzil satışa çıxarılıb.
Həyət evlərinin sayı barədə dəqiq məlumat olmasa da, Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz evin olduğu ehtimal edilir. Binalar ucaldılıb, evlər tikilsə də, onların hamısı satılmır.
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, paytaxtdakı yeni binaların əksəriyyətinin 30 faizdən çox hissəsi satılmayıb.
Ramin Osmanlının sözlərinə görə, tikinti ən xərcli investisiya alətlərindən biridir. Bu sahədə qazanc əldə etmək üçün daim yatırım etmək lazımdır. İstənilən halda investor dövriyyə aktivlərindən asılıdır. Yerli investorlar isə tikdiyi binada mənzillərin satış səviyyəsindən asılı olmayaraq, qiyməti yuxarı həddə saxlayır.
Lakin bütün investorların heç də həmişə əlinin altında kapitalı yoxdur. Bakıda illərdir üzərinə yağış yağıb, gün döyən yarımçıq tikililər buna nümunədir.
Bakıda bir çox ərazilərdə ərazinin tikinti sıxlığı əmsalı tətbiq edildiyindən layihələr dayandırılıb. Tikinti şirkəti ilkin layihədə vətəndaşlara məxsus evləri alaraq 20 və daha artıq mərtəbəli binanın tikintisini nəzərdə tutub. Lakin bir sıra rayonlarda ərazinin tikinti əmsalı yalnız 12 mərtəbəli bina tikməyə icazə verir. Belə olan halda isə şirkət nəzərdə tutduğu qazancı əldə etmək üçün ya ikiqat qiymətə satmalı, ya da tikintini yarımçıq saxlayıb yeni investor tapmalı olur. Buna görə də bir sıra ərazilərdə bu məsələ vətəndaşla şirkət arasında ciddi problemlərə səbəb olub.
Daşınmaz əmlaka tələbin çox olmasının səbəblərindən biri isə bunun ən effektiv investisiya aləti olmasıdır. Vətəndaş düşünür ki, aldığı evi kirayə verməklə pulu 10-15 il müddətinə geri almış olur.
Torpaq sahələrinin məhdud olması kimi amillər də son 7 ildə əmlak bazarında qiymətlərin təxminən 19 % bahalaşmasına səbəb olub.
Bakının Baş planın tətbiqi ilə bu qiymətlərin daha da artacağı proqnozlaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
50 yaşdan sonra dəriyə qulluq bir çox amildən asılıdır.
Bəzən çimərliklərdə çəkilən qeyri-adi fotolar internetdə yayılır və
Supermodel Naomi Kempbell Paris Moda Həftəsində nümayişə çıxıb.
MÜSİAD Azərbaycan olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ti
Müharibə gedən ölkələr ilə Azərbaycanın ötənilki ticarəti açıqlan�
Bakı ərazisində "sarılıq" xəstəliyi kimi tanınan Hepatit A vir
"Mən demişdim ki, heç vaxt ağlamayacağam. Çünki mənim atam var. İs
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "ZF Group"
Qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" olmuş
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 20
"Azər Qurbanovun ölüm xəbəri mənə çox pis təsir etdi. Dünəndən
Azərbaycanın Qarabağda qazandığı zəfəri həzm edə bilməyən Aİ və Fr
Bu gün Əliyevin daha böyük ambisiyaları var və buna görə də Avropa plat
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən