MÜSİAD Azərbaycan qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərini davam etdirir
Digərləri 25 Yan 2024 16:26:00 316 0
MÜSİAD Azərbaycan olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ticarət və qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərimizi davam etdiririk.
Bu xəbəri də oxu: Taksi sifarişlərinin sayında azalma
Son.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli "X" sosial media hesabında bildirib.
"Ötən il fəaliyyətə başlayan MÜSİAD Ticarət Ofisi və MÜSİAD İnvest vasitəsilə ölkəmizə iş adamlarının və investorların cəlb edilməsi, iş adamlarımıza və ölkə iqtisadiyyatımıza töhfə vermək başlıca hədəfimizdir. Bu məqsədlə Azərbaycanla bağlı iqtisadi, turistik, statistik məlumatların olduğu "AZERBAYCANA GELMEK İÇİN 101 NEDEN" başlıqlı təqdimatımızın hazırlıqları bitmək üzrədir", - deyə o əlavə edib.
R.Cabirli onu da vurğulayıb ki, Azərbaycanın 10 milyonluq əhalisi olan coğrafiya kimi deyil, 250 milyondan çox əhalisi olan MDB ölkələrinə çıxış nöqtəsi olaraq dəyərləndirilməsi vacibdir.
"Bu təqdimatı yaxın zamanda həm Türkiyədəki qurum və quruluşlarla, həm də 60 min şirkətin təmsil olunduğu MÜSİAD-ın 163 şöbəsində iş adamlarımızla paylaşmağı planlaşdırırıq. Təqdimatda Azərbaycana gəlmək istəyən iş adamları gəliş səbəbini müəyyənləşdirdikdən sonra aidiyyatı səbəblə bağlı məlumatlar ala biləcək. Bizlər qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyətiylə birləşdirmənin, sinerjimizi artırmanın əzmindəyik. Gücümüz birliyimizdədir !", - deyə o qeyd edib.
Qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir. Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müharibə gedən ölkələr ilə Azərbaycanın ötənilki ticarəti açıqlan�
Bakı ərazisində "sarılıq" xəstəliyi kimi tanınan Hepatit A vir
"Mən demişdim ki, heç vaxt ağlamayacağam. Çünki mənim atam var. İs
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "ZF Group"
Qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" olmuş
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 20
"Azər Qurbanovun ölüm xəbəri mənə çox pis təsir etdi. Dünəndən
Azərbaycanın Qarabağda qazandığı zəfəri həzm edə bilməyən Aİ və Fr
Bu gün Əliyevin daha böyük ambisiyaları var və buna görə də Avropa plat
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən
Dünya pop musiqisinin ulduzu Cennifer Lopez Paris Moda Həftəsinə qatılıb.�
Azərbaycan Könüllü Təşkilatları İttifaqının seçki könüllüləri bö
Həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, məşhur inancın əksin�
Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi zaman