Böyük köç BAŞLADI: Ermənilər Qazaxın 7 kəndini tərk edir
Digərləri 15 Yan 2024 23:49:00 320 0
Ermənilər Tavuşun "anklav" adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur - red.) tərk edir və oradan miqrasiya sürəti artıb.
Bu xəbəri də oxu: Qadın avtobus idarə edən ərinə bıçaqla hücum etdi
Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokundan olan deputat Qarnik Danielyan erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq - red.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir:
"Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Eyni zamanda, Azərbaycan Ermənistanın neçə kvadrat kilometr ərazisinin onun nəzarətində olduğunu qeyd etmir. Amma bu da problemi həll etməyəcək, çünki Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanı anklava çevirəcək. Bu, Bakının son məqsədidir və bu planın həyata keçirilməsi Qarabağdan başlayıb. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir".
O bildirib ki, İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyib:
"Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Rusiyanın "Drel" bombası Ukraynanın zirehli texnikalarını məhv e
"Bir anda partlayış oldu, yanğın baş verdi. Hərə bir tərəfə qaçd
Husilər Yəmən sahillərində "Gibraltar Eagle" gəmisinə hücum ed
Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və vəziyyətin tezlik
Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilən ABŞ-ın mü
"Xalq qəzeti"nin baş redaktoru, sabiq millət vəkili Əflatun Amaş
Ötən il dekabrın 22-də Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrah
15 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na
Paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi, 3-cü mikrorayon dairəsi istiqa
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vat
Sülh müqaviləsində Zəngəzur dəhlizi ilə bağlı bənd yoxdur və ola da
Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm. Zərə
İranda Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazları i
Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.