İran “Şərq”in əməkdaşını azad etdi
Dünya 15 Yan 2024 22:40:00 276 0
İranda Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazları işıqlandırarkən həbs edilən jurnalistlər Nilufər Həmidi və Elahe Məhəmmədi azad ediliblər.
Bu xəbəri də oxu: "Spiegel": Şolts Ukraynaya milyardlarla avroluq yardımı əngəlləyir
Son.az publika.az-a istinadən xəbər verir ki, AFP-nin verdiyi məlumata görə, qızlar apelyasiya şikayətinə qədər zaminə buraxılıblar.
"Şərq" qəzetinin jurnalisti Nilufər Həmədi 2022-ci ilin sentyabrında Əminin ölümündən bir neçə gün sonra həbs edilib. "Ham Miham" qəzetinin fotoqrafı Elahe Məhəmmədi də 2022-ci ilin sentyabrında həbs olunub.
O vaxtdan hər iki jurnalist həbsdə idi. 2023-cü ilin oktyabrında onlar ABŞ-la əməkdaşlıq, milli təhlükəsizliyə qarşı sui-qəsd və İslam Respublikası əleyhinə təbliğatda ittiham olunaraq təqsirli biliniblər, 7 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər. İndi onların hər biri təxminən 180 min avroluq girov müqabilində azadlığa buraxılıb və apelyasiya şikayətinə baxılmasını həbsxanadan kənarda gözləyəcəklər.
Məhsa Əmini 2022-ci il sentyabrın 16-da çadranı düzgün taxmamaq ittihamı ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edib. Ailəsi qızın polis vəhşiliyi nəticəsində öldüyünü iddia edir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.
"Oktyabrın 7-dən bu yana BMT-nin 152 əməkdaşı Qəzzada öldürülüb
İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Raanana şəhərində terror
Şirvan şəhərində yol-qəza hadisəsi nəticəsində "Volkswagen"
ABŞ-nin Arizona ştatında hava şarının qəzaya uğraması nəticəsində 4
Hava şəraiti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
İspan musiqisinin əfsanəvi adı olan Xulio İqleasias hava limanında saxlan�
Niderlandın Arnhem şəhərində müsəlmanlar Qurani-Kərimi yandırmaq cəhdi
ABŞ İraq və Suriya ərazilərindəki hərbçilərimizin yerlərini peykdən t
Azərbaycanla yeni müharibəyə hər an hazır olmalıyıq.
İslandiyada fəhlə zəlzələ və vulkan püskürməsi nəticəsində yaranan
Astroloqlar 2024-cü ilin imkanlarından ən səmərəli istifadə edə biləc