2024cü ildə varlanmaq istəyənlər üçün: Ekspert qızıl qaydaları açıqladı


Digərləri 13 Yan 2024 22:20:00 209 0

2024cü ildə varlanmaq istəyənlər üçün: Ekspert qızıl qaydaları açıqladı

Biznes təlimçisi, psixoloq və motivator Alina Malinina yeni ildə maliyyə sahəsində uğurlu olmağın və pul qazanmağın yollarından danışıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, ekspert bu barədə Moslenta.ru-ya açıqlama verib. O, ilk növbədə ötən ili təhlil etməyi təklif edib.

"Ötən ili təhlil edin - hər kəs buradan başlamalıdır. Fikirləşin, daha yaxşısı, nələrdən məmnun olduğunuzu və nədən o qədər də məmnun olmadığınızı kağıza yazın. Gərgin və stressli vəziyyətlər yaranarsa, onlardan müsbət cəhətləri götürməyə çalışın. Hər şeydən müsbət dərslər çıxara və ən azı yeni təcrübə qazana bilərsiniz.

Keçən illər ərzində nələrə nail olduğunuzu mütləq yazın. Uğurlar gözünüzün qabağında olanda dərhal nə qədər iş görüldüyü və nə qədərinin hələ qarşıda olduğu sizə daha aydın olacaq. Əsas odur ki, düzgün istiqamətdə hərəkət edin və qazandığınız hər təcrübələrə minnətdar olun.

Siz həmçinin özünüzü tanımalı və istəklərinizi aydın şəkildə formalaşdırmalısınız. Sonra onları həyata keçirmək üçün tələb olunan məbləği müəyyənləşdirin və qarşınıza bir məqsəd qoyun. Biz adətən pulun özündən çox duyğulardan ilhamlanırıq. Nailiyyətə gedən yolda məhz emosiyalar sizə böyük dəstəyi verə biləcək. Məqsədə nail olmağın ondan çox yolunu təyin edin. Əlavə variantlar tərtib etməklə həm də təhlükəsizlik şəbəkəsi qurmuş olursunuz, odur ki, onlardan birini seçin və hərəkət keçin", - ekspert bildirib.

Psixoloq ötən ildə əldə edə bilmədiyiniz hədəfləri 2024-cü ilə planlaşdırmağı tövsiyə edib. Ancaq çox vaxt istəklərimizin həyata keçməsinin arxasında qorxular dayanır. Buna görə də, əvvəlcə məqsədləri təhlil etməlisiniz, məsələn: "Məqsəd həyata keçirilsə, nə olacaq". Psixoloqun sözlərinə görə, bəzi insanların qohumlarının qısqanc olduğunu düşünməsi və ya həyat yoldaşından ayrılmasına səbəb olacağı qorxuları da arzularımızın həyata keçməsinə mane olan kənar amillər arasında yer alır.

"Növbəti addım bu vəziyyətlərdə düzgün həll yolu tapmaqdır. Qorxularınız gerçəkləşərsə, bu zaman nə edə biləcəyinizi düşünməlisiniz. Məqsədlər və onların arxasında duran hər şeylə bağlı gərginliyi aradan qaldırmaq vacibdir ki, beyin sabotaj etməyi dayandırsın və məqsədə çatmağı təxirə salmasın", - biznes təlimçisi izah edib.

Yekunda o, təlimdən istifadə etməyi məsləhət görüb. Bunun üçün nəticə əldə etdikdən sonra necə bir insan olacağınızı, özünüzü necə aparacağınızı və nə hiss edəcəyinizi, ətrafınızda kimlərin olacağını və sairi ətraflı təsvir etməlisiniz.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Tanınmış oftalmoloq "Milyonların şousu"nda böyük məbləğ uddu like
  • 13 Yan 22:12  
Digərləri Tanınmış oftalmoloq "Milyonların şousu"nda böyük məbləğ uddu

İctimai TV-nin efirində yayımlanan "Milyonların şousu"nda böyük

arrow Ətraflı
Bələdiyyədən göyərçinlərə yem verən qadına qarşı İNANILMAZ ADDIM like
  • 13 Yan 22:00  
Digərləri Bələdiyyədən göyərçinlərə yem verən qadına qarşı İNANILMAZ ADDIM

Tenerife adasında bələdiyyə küçədə göyərçin bəsləyən qadını cər

arrow Ətraflı
Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ like
  • 13 Yan 21:50  
Digərləri Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ

Süfrə sirkəsi əlavə xərc çəkmədən evinizdə və ya mənzilinizdə kifd

arrow Ətraflı
Dünyada ən çox bu avtomobillər satılır like
  • 13 Yan 21:40  
Digərləri Dünyada ən çox bu avtomobillər satılır

Dünyada ən çox satılan avtomobillər açıqlanıb.

arrow Ətraflı
Şamaxıİsmayıllı yolunda hazırkı vəziyyət like
  • 13 Yan 21:38  
Digərləri Şamaxıİsmayıllı yolunda hazırkı vəziyyət

Xəbər verdiyimiz kimi, Şamaxı-İsmayıllı yolunu buz bağlaması səbəbind

arrow Ətraflı
Süni intellekt 600 illik əlyazmanın SİRRİNİ AÇDI like
  • 13 Yan 21:30  
Digərləri Süni intellekt 600 illik əlyazmanın SİRRİNİ AÇDI

"Voyniç" əsrlər boyu sirri açıla bilməyən bir kitabdır. Artıq

arrow Ətraflı
DİN güclü qar səbəbindən bağlanan yolla bağlı AÇIQLAMA YAYDI like
  • 13 Yan 21:23  
Digərləri DİN güclü qar səbəbindən bağlanan yolla bağlı AÇIQLAMA YAYDI

Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraz

arrow Ətraflı
2023cü il status aldı: like
  • 13 Yan 21:20  
Dünya 2023cü il status aldı:

2023-cü il tarixdə ən isti il ​​olub.

arrow Ətraflı
Dünya kinosunun ən gözəl qadınları like
  • 13 Yan 21:17  
Şou-biznes Dünya kinosunun ən gözəl qadınları

Zaman hər kəsə qarşı amansız davranır. İllər gəncliyi və gözəlliyi

arrow Ətraflı
Avropada dizaynına görə külli miqdarda pul like
  • 13 Yan 21:13  
Dünya Avropada dizaynına görə külli miqdarda pul

Fransada külli miqdarda pul səhv dizayn edildiyinə görə məhv edilib.

arrow Ətraflı
Təyyarədə uşaq dünyaya gəldi: Görün sərnişinlər nə hədiyyə etdilər like
  • 13 Yan 21:10  
Digərləri Təyyarədə uşaq dünyaya gəldi: Görün sərnişinlər nə hədiyyə etdilər

Moskva yaxınlığındakı Jukovskidən Düşənbəyə uçan təyyarədə qız u

arrow Ətraflı
Kiyevdə ticarət mərkəzində yanğın baş verdi like
  • 13 Yan 21:08  
Dünya Kiyevdə ticarət mərkəzində yanğın baş verdi

Ukraynanın paytaxtı Kiyevin Solomenski rayonunda "Cosmopolitan" tica

arrow Ətraflı
Xersonda partlayışlar baş verdi like
  • 13 Yan 21:07  
Dünya Xersonda partlayışlar baş verdi

Ukraynanın Xerson şəhərində partlayışlar baş verib.

arrow Ətraflı
Ukrayna Belqoroda növbəti dəfə hücum etdi like
  • 13 Yan 21:03  
Dünya Ukrayna Belqoroda növbəti dəfə hücum etdi

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə PUA hücumu edib.

arrow Ətraflı
Yeni kəşf: Türkiyədə 1570 metr yüksəklikdə tapıldı like
  • 13 Yan 21:00  
Digərləri Yeni kəşf: Türkiyədə 1570 metr yüksəklikdə tapıldı

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində yeni bit

arrow Ətraflı