7 saat problem olar?
Digərləri 11 Yan 2024 21:30:00 243 0
İKT üzrə ekspert Osman Gündüz Azərbaycanda bank kartları ilə ödənişlərdə yaranmış problemlə bağlı fikirlərini bildirib.
Bu xəbəri də oxu: "ASAN xidmət"in xanım əməkdaşı vəfat etdi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, mövzu barədə sosial şəbəkə hesabında yazan ekspert çoxsaylı sualların açıq qaldığını deyib:
"Ötən günlər "Azərikard"da baş verənlərlə bağlı qurum rəhbərliyi açıqlama verib. Bildirilib ki, UPS avadanlıqlarının planlaşdırılmış yenilənməsi zamanı gözlənilməz gərginlik sıçrayışı baş verib. Bunun nəticəsində cihazlar sönüb və yenidən işə düşüb. Nəticədə isə saxlama (storage) cihazlarının qeyri-adekvat davranışı səbəbindən sistem bloklanıb və xidmət göstərmək mümkün olmayıb. Storage avadanlığını isə dərhal blokdan çıxarmaq mümkün olmayıb. Hər şey tam aydındır. Anlaşıqlı desək, elektrikdə problem olub, sistem restart olub və bundan sonra sistem bloklanaraq işə düşməyib. Burada incə bir məqam var. Nə üçün məhz 7 saat ərzində sistemi işə salmaq mümkün olmayıb?"
Osman Gündüz bildirib ki, oxşar hadisələr dəfələrlə baş verib və bunun müxtəlif səbəbləri ola bilər: "Hansı avadanlıqlar olub, quruma verilən bu texnologiyanın təchizatçısı , istehsalçısı kim olub? Nə üçün anında reaksiyalar olmayıb? Nə üçün backup versiya işə düşməyib, backup hansı texnologiya üzərində "oturubmuş"? Tenderlərin siyahısına baxanda görmək olar ki "Azərikard"ın storage-ləri HPE texnologiyasıdır. Düşünürəm ki, bütün bu tip hadisələrin məhz HPE nümayəndəliyinin ölkəmizdə bağlanmasından sonra baş verməsi də təsadüfi deyil. Maraqlıdır ki, lokal texniki dəstəyin olmadığı bir şəraitdə belə bir strateji qurumda, yüz minlərlə vətəndaşın bank məlumatları yerləşən sistemə kim müdaxilə edə bilib və problemi aradan qaldıra bilib? Artıq HPE ilə bağlı bir neçə dəfə dövlət qurumlarında belə hallar təkrarlanıb. Bildiyim qədər bu cür qurumlara belə resurslar veriləndə ciddi təminatlar olur, müqavilələr bağlanır".
Ekspertin sözlərinə görə, normalda bu cür problemlər anında, qısa zaman kəsiyində aradan qaldırılır: "15 banka xidmət edən, Mastercard və Visacard kimi qurumlardan lisenziyası olan Azərikard-ın 7 saat donması ağlasığmazdır. Ümid edirəm ABB öz törəmə şirkətində baş verənlərin fərqindədir. Bir daha vurğulamaq istərdim ki, ABB -nin Azərikard-ın texnoloji mühitində baş verənləri nəzarətə götürməsi, İT audit aparması, belə problemlərin təkrarlanmaması üçün tədbirlər görməsi vacibdir. Maraqlıdır ki, Mərkəzi Bank, kritik infrastruktura cavabdeh olan XRİTDX bu məsələlərlə bağlı açıqlama verməyiblər".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Tərtərdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
Dələduzluqda ittiham olunan Bitmama təxəllüsü ilə tanınan bloger Valeriy
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkə iqtisadiyyat
Səudiyyə Ərəbistanı 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan
"Cupcakes" hazırlamaq o qədər sadədir ki, hətta uşaqlar bunu ed�
Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 213-ə �
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna Prezide
Prezident İlham Əliyevin 10 yanvarda yerli telekanallara müsahibəsində sər
Təyyarə havada olarkən sancısı tutan qadın uşaq dünyaya gətirib. Hadis�
Müharibə göstərdi ki, Ukrayna NATO-ya üzvlüyə tam hazırdır.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinin həm Rusiya təcavüz
Teleaparıcı Zaur Nəbioğlu növbəti açıqlaması ilə gündəmə gəlib.
Oğuz rayonunda qohumunun 9 və 10 yaşlı iki qızına qarşı seksual xarakter
Naxçıvanda dəm qazından zəhərlənən 17 yaşlı oğlan ölüb.
Bir neçə gün öncə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqel