Bakını su ilə təmin edə biləcək böyük anbar varmış
Digərləri 11 Yan 2024 18:45:00 298 0
Bakının Yasamal rayonunda yerləşən yeraltı su anbarı şəhərin su təminatını ödəmək məqsədilə keçən əsrin sonlarında yaradılsa da, laqeydlik səbəbindən fəaliyyətsiz qalır.
Bu xəbəri də oxu: Rubl bahalaşdı, avro isə ucuzlaşdı MƏZƏNNƏ
Son.az bunu axar.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Sahib Məmmədov Bakı şəhərinin Baş planında bu su anbarının adının çəkilmədiyini bildirib:
"Yasamal rayonunda su anbarı fəaliyyətsiz qalır. Dövlətin sənədlərində də su anbarı ilə bağlı məlumat yoxdur, gizlədilir. Səsim çatan hər yerə demişəm, ancaq diqqət cəlb etmir. Görünür yaxşı ərazidir, üzərində bina tikintisi gedir. Həm də böyük kompleksdir. Mən hay-küy salandan sonra gedib kiçik bir su çəni qoydular. Bir az istifadə etdikdən sonra deyəsən, dayandırdılar. Ekologiya Nazirliyi maraqlandı, gedib baxdılar, amma məsələ həllini tapmadı. Adın da qoyublar ki, guya bu "Nizami" metrosunun su-nasos stansiyasıdır. Hərçənd məsələyə aidiyyəti yoxdur. Orada milyonlarla kub yeraltı su var. Həmin su sızıntı nəticəsində Xəzər dənizinə sızıb. İndi Xəzərdə şirinləşdirici zavod tikəcəklər, litri də 50 qəpiyə başa gələcək. Halbuki burada 0 qəpikdir. Həmin sudan küçələrin, yaşıllıqların suvarılması kimi sənaye məqsədləri üçün istifadə etmək olar".
Onun sözlərinə görə, Yasamal rayonunun icra başçısı olduğu illərdə su anbarından istifadə edib:
"Yasamal rayonun icra başçısı olduğum illərdə o sudan istifadə etmişəm. Hətta qonşu rayonlara da tövsiyə etmişəm. Onlar da sudan istifadə edirdilər. Orada 200 ton rezervuar tikməyi planlaşdırırdım ki, 24 saat ərzində fasiləsiz su daşımaq mümkün olsun. Plan da hazır idi. Məndən sonra o plan həyata keçmədi".
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, adıçəkilən su anbarı "Azərsu" və FHN-in tabeliyindədir.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayılı isə su anbarının onların balansında olmadığını deyib:
"O anbar bizim balansımızda deyil. Bildiyim qədəri ilə fəaliyyət göstərmir".
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Q
İraqdan İzmirə neft gətirən tankerlə Oman sahillərində əlaqə kəsilib.
Əməkdar artist Nigar Şabanova tək qalmaqdan və sınanmaqdan qorxduğunu aç
Yaxın vaxtlarda əmək və məşğulluq altsisteminin yeni funksiyasi istifadə
Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid
ABŞ-də qız uşaqlarının cinsi istismarı, pedofiliya və əxlaqsızlıq ş�
Bölgələrə səyyar avtobuslar vasitəsi ilə səfər edən seçki könüll�
Paytaxtda əhalinin sayı artmaqda davam edir. Bölgələrdən şəhərə üz tu
"Məni ilk təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Ötən gün dövlət başçısı televiziya kanallarına müsahibə verib. Prezi
Rusiya məhkəməsi azərbaycanlı bloger Tural Məmmədovu fevralın 15-ə kimi
Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriel Attalı Fransanın yeni Baş
Vəkil Zülfiyyə Bayramova və yazıçı-kulturoloq Aydın Xan Əbilov arasınd