Region gəncləri səsvermə hüququ ilə bağlı maariflənməyə davam edir
Digərləri 11 Yan 2024 16:57:00 314 0
Bölgələrə səyyar avtobuslar vasitəsi ilə səfər edən seçki könüllüləri rayonlarda yaşayan gənclərimizi maarifləndirməyə davam edir. 10 yanvar tarixində Astara, Şəki və Ordubada səfər edərək gedilən rayonların sayını 17-yə çatdıran könüllülər gənclərə, xüsusən də 18 yaşına çatmış və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ilk dəfə səsvermə hüququna sahib olan ölkə vətəndaşlarına seçki proseslərində iştirak, seçki sistemi, seçicinin hüquq və vəzifələri və fəal şəkildə səsvermə hüququndan istifadənin önəmi barədə infosessiyalar, təlimlər keçiblər. Rayon və kəndlərdə yaşayan ölkə gənclərini fəal şəkildə səsvermə hüququndan istifadə etməyə və 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində iştiraka çağırış ediblər.
Bu xəbəri də oxu: Bu ödənişləri nağd formada götürənlər cərimələnəcək
Səs ver, Gələcəyini qoru! şüarı ilə rayonlara yola düşən seçki könüllüləri qurulan platformalarda region gənclərini maarifləndirməklə yanaşı əyləncəli oyunlarda da iştirakını təmin edərək asudə vaxtın səmərəli təşkilinə də töhfə veriblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilən səyyar görüşlər ötən ilin 28 dekabr tarixindən başlayaraq Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Gəncə, Cəlilabad, Naxçıvan, Masallı, Goranboy, Şərur, Qazax və Lənkəranda təşkil edilib.
Paytaxtda əhalinin sayı artmaqda davam edir. Bölgələrdən şəhərə üz tu
"Məni ilk təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Ötən gün dövlət başçısı televiziya kanallarına müsahibə verib. Prezi
Rusiya məhkəməsi azərbaycanlı bloger Tural Məmmədovu fevralın 15-ə kimi
Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriel Attalı Fransanın yeni Baş
Vəkil Zülfiyyə Bayramova və yazıçı-kulturoloq Aydın Xan Əbilov arasınd
Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün olduqca önəmlidir. Bu d�
Kanal D-də yayımlanan "Asi" serialı ilə şöhrət qazanan aktrisa
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkil
Azərbaycanda turizm polisinin yaradılması təklif olunub.
Əməkdar elm xadimi, "Şöhrət" ordenli həkim Solmaz İsrafilbəyli
2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi 8 ünvanında ölüm hadi
Xəbər verdiyimiz kimi, müğənni Ziba Osmanlı mənzilindəki güclü yan�
Fransanın Evian-le Ba şəhərində baş verənlər absurddur və obyektivlikd�