Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı Elçin Əmirbəyov
Siyasət 10 Yan 2024 17:58:00 317 0
Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən Fransa kəşfiyyatının manipulyasiyasının qurbanı olub. Bu isə Fransanın ermənipərəst mövqeyi və hərəkətləri ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Son.az Trend-ə istinadən xəbər verir ki, Fransanın "L'Opinion" qəzetində bu gün dərc olunmuş Paris-Bakı münasibətlərinin kəskinləşməsinə dair məqalədə Azərbaycana qarşı casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın həbsi təhlil edilib.
Müəllif Jan-Dominik Merşe saxlanılan şəxsin yaxınlarına istinad edərək vurğulayır ki, M.Rayan Fransanın Bakıdakı səfirliyində işləyən və rəsmi statusuna uyğun olmayan hərəkətlərinə görə Azərbaycan hökuməti tərəfindən ölkədən çıxarılan iki Fransa xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub.
Məqalədə qeyd olunur ki, səfirliyin sözügedən əməkdaşları Rayanı öz iradəsinə zidd olaraq üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə vadar edərək, onu təhlükəli oyunlarında oyuncağa çeviriblər.
Ümumilikdə, bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsindən bəhs edən müəllif Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərinə istinad edir. Elçin Əmirbəyov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransanın qərəzli ermənipərəst mövqeyi, o cümlədən Paris tərəfindən İrəvana silah və texnikanın davamlı tədarükü, habelə, Fransanın BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək üçün fəal cəhdlərini qınayıb.
"Nəticədə "Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı". Üstəlik, o, davranışı ilə "Avropa Birliyinin bu məsələdəki roluna mənfi təsir göstərir", - Elçin Əmirbəyov vurğulayıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
28 fevral saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasınd
"Mən əvvəl ağır bir xəstəlik keçirdim, ölüm ayağından qayıtmı
Ermənistanın XİN rəhbərinin müavini Vaqe Qevorqyan istefaya göndərilib.
"Respublika Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsində baş vermi
Yanvarın 10-da Milli QHT Forumunun Bakıda ümumrespublika yığıncağı keçi
Metroda çəkilən kadrlar sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.
Məşhur müğənni Rita Ora paylaşımı ilə diqqət çəkib.
Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölk
Ermənistanın baş naziri Nikol Paşinyan orduda nizam-intizamın gücləndiril
Türkiyənin ilk yerli istehsal TOGG avtomobilinin Avropaya ixracı Almaniyadan
Bakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gəl
"Koronavirusa Moskvada yəhudilərin toyunda yoluxdum. Sonra eşitdim ki, t