Perinatal Mərkəzdəki yanğına görə bu şəxslər məsuliyyətə cəlb edildi


Digərləri 10 Yan 2024 17:24:00 304 0

Perinatal Mərkəzdəki yanğına görə bu şəxslər məsuliyyətə cəlb edildi

"Respublika Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmışdır.

İlkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilmişdir.

Belə ki, toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilmiş, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılmış, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəymişdir.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir.

Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Uçan maşın təqdim edildi like
  • 10 Yan 16:00  
Digərləri Uçan maşın təqdim edildi

Las-Veqasda təşkil olunan sərgidə uçan avtomobil təqdim edilib.

arrow Ətraflı
Daha bir ağır qəza like
  • 10 Yan 15:29  
Digərləri Daha bir ağır qəza

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

arrow Ətraflı
Milli QHT Forumu Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı qəbul edib like
  • 10 Yan 15:24  
Digərləri Milli QHT Forumu Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı qəbul edib

Yanvarın 10-da Milli QHT Forumunun Bakıda ümumrespublika yığıncağı keçi

arrow Ətraflı
Metroda çəkilən kadrlar dəhşətə gətirir  "Bomj"un yatdığı yerdən like
  • 10 Yan 15:22  
Digərləri Metroda çəkilən kadrlar dəhşətə gətirir "Bomj"un yatdığı yerdən

Metroda çəkilən kadrlar sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.

arrow Ətraflı
Rita Ora saunadan çılpaq şəklini yaydı  FOTO like
  • 10 Yan 15:00  
Şou-biznes Rita Ora saunadan çılpaq şəklini yaydı FOTO

Məşhur müğənni Rita Ora paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Zaur Baxşəliyev haqqındakı iddialara son qoydu: like
  • 10 Yan 14:27  
Şou-biznes Zaur Baxşəliyev haqqındakı iddialara son qoydu:

Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölk

arrow Ətraflı
Paşinyan orduya tapşırıqlar verdi like
  • 10 Yan 14:20  
Digərləri Paşinyan orduya tapşırıqlar verdi

Ermənistanın baş naziri Nikol Paşinyan orduda nizam-intizamın gücləndiril

arrow Ətraflı
TOGGun Avropaya ixracı bu ölkədən başlayacaq like
  • 10 Yan 14:17  
Digərləri TOGGun Avropaya ixracı bu ölkədən başlayacaq

Türkiyənin ilk yerli istehsal TOGG avtomobilinin Avropaya ixracı Almaniyadan

arrow Ətraflı
Model Razini döymüş keçmiş sevgilisinin ittihamı like
  • 10 Yan 14:15  
Şou-biznes Model Razini döymüş keçmiş sevgilisinin ittihamı

Bakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gəl

arrow Ətraflı
"Həkimlər dedi ki, ümid yoxdur"  Mətanət İsgəndərli like
  • 10 Yan 13:57  
Şou-biznes "Həkimlər dedi ki, ümid yoxdur" Mətanət İsgəndərli

"Koronavirusa Moskvada yəhudilərin toyunda yoluxdum. Sonra eşitdim ki, t

arrow Ətraflı
“Sülh müqaviləsi üzrə təkliflərdə müəyyən irəliləyiş var” like
  • 10 Yan 13:52  
Digərləri “Sülh müqaviləsi üzrə təkliflərdə müəyyən irəliləyiş var”

"Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən

arrow Ətraflı
Leonid Yakuboviç öz proqramı ilə Azərbaycana gəlmək istəyir like
  • 10 Yan 13:45  
Şou-biznes Leonid Yakuboviç öz proqramı ilə Azərbaycana gəlmək istəyir

Rusiyalı şoumen, yazıçı, aktyor, "Pole çudes" verilişinin apar�

arrow Ətraflı
Şəhidin qızı doğuldu like
  • 10 Yan 13:38  
Digərləri Şəhidin qızı doğuldu

Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror təd

arrow Ətraflı
Xankəndi hazırda like
  • 10 Yan 12:58  
Digərləri Xankəndi hazırda

Xankəndi şəhərinə qar yağır.

arrow Ətraflı