Elşad Kəlbəliyev haqda yüngül qərar ləğv edildi


Kriminal 09 Yan 2024 18:15:00 138 0

Elşad Kəlbəliyev haqda yüngül qərar ləğv edildi

Novxanı-Sumqayıt yolunda "Range Rover"lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan "Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb.

Protestdə deyilirdi ki, məhkum Kəlbəliyev haqda apellyasiya məhkəməsinin qərarı qanunauyğun deyil. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına münasibətdə yüngülür. Həmin qərara əsasən, 4 nəfərin ölümünə səbəb olan iş adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub.

Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, 2021-ci ildə E.Kəlbəliyevin sərxoş halda idarə etdiyi "Range Rover" markalı maşınla Murad Ziyadovun idarə etdiyi "Daeewo Damas" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Daeewo" markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.

Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bundan sonra müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiyasiya Məhkəməsinin yeni qərarı ilə məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

İrəvan erməni lobbisinə qarşı  Paşinyan hökuməti separatçıları like
  • 09 Yan 18:08  
Digərləri İrəvan erməni lobbisinə qarşı Paşinyan hökuməti separatçıları

Erməni lobbisi himayədarlarından pul qoparmaq üçün yeni şouya hazırlaş�

arrow Ətraflı
Canlı efirdə göz yaşlarına boğuldu: "Oğul anası olmaq..."  VİDEO like
  • 09 Yan 17:53  
Şou-biznes Canlı efirdə göz yaşlarına boğuldu: "Oğul anası olmaq..." VİDEO

Müğənni Səidə Sultan Atv-də yayımlanan "Rəngarəng" verilişin

arrow Ətraflı
Xaricdə yaşayan seçicilərin siyahısı artıq MSKya təqdim edilib like
  • 09 Yan 17:51  
Digərləri Xaricdə yaşayan seçicilərin siyahısı artıq MSKya təqdim edilib

Xarici İşlər Nazirliyi növbədənkənar Prezdent seçkilərində xaricdə ya

arrow Ətraflı
Paşinyan siyasi şou göstərir like
  • 09 Yan 17:45  
Digərləri Paşinyan siyasi şou göstərir

Ermənistanın Baş naziri Nikol Paşinyan "yazıq adam" imicindən su

arrow Ətraflı
Seçkini neçə müşahidəçi izləyəcək? like
  • 09 Yan 17:43  
Digərləri Seçkini neçə müşahidəçi izləyəcək?

Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkred

arrow Ətraflı
Əməkdar artistin səhhəti pisləşdi: Açıq ürək əməliyyatı olunmalıdır like
  • 09 Yan 17:37  
Kriminal Əməkdar artistin səhhəti pisləşdi: Açıq ürək əməliyyatı olunmalıdır

Əməkdar artist, rejissor Sərvər Əliyevin səhhəti pisləşib.

arrow Ətraflı
Bakıda 14 yaşlı qız ozünü binadan nəyə görə atıb? like
  • 09 Yan 17:35  
Digərləri Bakıda 14 yaşlı qız ozünü binadan nəyə görə atıb?

Bakıda 14 yaşlı qızın intiharı ilə bağlı bəzi detallar məlum olub.

arrow Ətraflı
Xaricdəki seçki dairələrinin siyahısı təsdiqləndi like
  • 09 Yan 17:33  
Digərləri Xaricdəki seçki dairələrinin siyahısı təsdiqləndi

"Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahıl

arrow Ətraflı
Perinatal Mərkəzdəki yanğında tüstüdən zəhərlənən 3 nəfər like
  • 09 Yan 17:30  
Digərləri Perinatal Mərkəzdəki yanğında tüstüdən zəhərlənən 3 nəfər

Respublika Perinatal Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlə

arrow Ətraflı
Müğənninin bacısı çılpaq pozaları ilə gündəmi zəbt etdi  FOTOlar like
  • 09 Yan 17:27  
Şou-biznes Müğənninin bacısı çılpaq pozaları ilə gündəmi zəbt etdi FOTOlar

Amerikalı müğənni Mayli Sayrusun kiçik bacısı Noah Sayrus böyük bacıs�

arrow Ətraflı
Bakı əhalisi gözlədiyi qarı like
  • 09 Yan 17:20  
Digərləri Bakı əhalisi gözlədiyi qarı

"Əhali gözlədiyi qarı yaxın günlərdə Bakıda görəcək. Yaxın gü

arrow Ətraflı
Daha bir əməkdar artistdə xərçəng tapıldı  FOTO like
  • 09 Yan 17:14  
Şou-biznes Daha bir əməkdar artistdə xərçəng tapıldı FOTO

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng

arrow Ətraflı
Bakıda tutulan fransız casusun atası DANIŞDI like
  • 09 Yan 16:28  
Digərləri Bakıda tutulan fransız casusun atası DANIŞDI

Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva casusluq əməlləri törət

arrow Ətraflı
Azərbaycanda ilk dəfə “Xalqin mədəni sərvəti” layihəsinə start verilib – like
  • 09 Yan 16:20  
Kriminal Azərbaycanda ilk dəfə “Xalqin mədəni sərvəti” layihəsinə start verilib –

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası "Xalqın mədəni s�

arrow Ətraflı
Bakıda məşhur mağazalar şəbəkəsi like
  • 09 Yan 15:53  
Digərləri Bakıda məşhur mağazalar şəbəkəsi

"Sabina Perfumery&Cosmetics" şirkəti ləğv olunub.

arrow Ətraflı