Musa peyğəmbərin Qırmızı dənizi yarması haqda Quran möcüzəsinə elmi izahat ARAŞDIRMA VİDEO
Digərləri 09 Yan 2024 05:45:00 270 0
Araşdırmalar göstərir ki, Qurani-Kərimdə və yəhudilərin "Əhdi-Ətiq" müqəddəs kitabında təsvir edilən Musa peyğəmbərin(s) önündə Qırmızı dənizin yarılması bəlkə də möcüzə yox, sadəcə, "meteoroloji hadisələr" səbəbindən baş verib.
Bu xəbəri də oxu: Türkiyədə bu 3 partiya birləşir Yenisi qurulacaq
Son.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Daily Mail" nəşrindəki materialda bəhs edilir. Musanın Qırmızı dənizin sularını açdığı Bibliya və Quran möcüzəsini elmin köməyi ilə izah etmək olar. Yeni araşdırmalar göstərir ki, israillilərin misirlilərdən qaçmasına imkan vermək üçün Qırmızı dənizi ikiyə bölən Musa heç də möcüzə yaradan olmaya bilər. Lester Universitetinin biologiya elmləri məktəbinin məlumatlarına görə, dənizin həmin bölgənin qurumasını izah edə biləcək dörd təbiət hadisəsi baş verib. Qarşı-qarşıya gələn dalğalar, şərq küləkləri, gelgit dalğaları və sözdə "Rossby" dalğaları insanların dənizi piyada keçməsi üçün kifayət qədər böyük bir su axını yaratmış ola bilər. İzahatlardan birində ehtimal edilir ki, Qırmızı dənizin Peyğəmbərin önündə yarılmasına səbəb güclü və sabit bir küləyin onun əsdiyi istiqamətdə suyun yığa və digər ərazidə suyun səviyyəsini tam aşağı sala biləcəyi "külək sürüşməsi" adlanan bir fenomen ola bilər. Tədqiqat qrupu qeyd edib ki, suyun uzun müddət kənarda qalması üçün küləyin sürəti əhəmiyyətli dərəcədə güclü olmalıdır. Xatırladaq ki, Quranın bir sıra ayələrində Musa peyğəmbərin (ə.s) həyatı təsvir edilərkən Allah-Təalanın (c.c) qüdrəti ilə Qırmızı dənizin yarılması haqqında bir hadisədən də bəhs edilir: "Biz Musaya: "Əsanla dənizə vur!"(- deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı və hər biri nəhəng bir dağ kimi oldu. " (Şuəra surəsi, 63) Bəzi islamofob düşüncəli ateistlər dənizin yarılması hadisəsini qeyri-mümkün hesab edərək Quran ayələrini inkar edirlər(//dinisuallar.wordpress.com/). Halbuki Quranda adı çəkilən həmin möcüzəyə nisbətən bənzər olan qeyri-adi bir hadisə həqiqətən də hər il Cənubi Koreyada baş verir. Belə ki, Cənubi Koreya Respublikasının ən böyük adalarından olan Jindo və ondan bir neçə kilometr aralıda yerləşən Modo adası arasında ildə iki dəfə "Musa möcüzəsi" adlandırılan heyrətamiz bir hadisə baş verir. İki ada arasında dəniz suyu çəkilərək insanların rahatlıqla keçə biləcəyi 2.8 km uzunluğunda və 40-60 metr enində bir dəhliz açılır. İnsanlar Jindo və Modo adalarını ayıran dənizin ortasında açılmış bu dəhlizdən istifadə edərək iki ada arasında rahatlıqla gedib-gələ bilirlər. Cəmi bir saat davam edən bu hadisəyə şahid olmaq üçün dünyanın bir çox yerindən yüz minlərlə turist adaya axın edir. Göründüyü kimi Quranda adı keçən dənizin yarılması hadisəsinin baş verə bilməsi tamamilə həqiqətə uyğundur və bunun elm adamları tərəfindən aşkar edilməsi və digər hadisələr, bu Kitabın bir insan tərəfindən deyil, üstün ağıl və güc sahibi olan Allah (c.c) tərəfindən endirildiyini göstərir. Aşağıdakı videoda həmin hadisəni izləyə bilərsiz:
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Dietoloq Daryl Coffre orqanizm üçün ən zərərli və təhlükəli səhər ye
Yaponiyalı animator Xayao Miyadzakinin " Oğlan və quş" cizgi filmi
Dietoloq Aleksandra Razarenova emal edilmiş pendirin tərkibində təhlükəli
Əmir Teymur, Topal Teymur və ya Teymurləng...
Omeqa-3, Omeqa-6, vitamin və minerallarla zəngin olduğu üçün uşaqların p
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya �
Tanınmış yazıçı Çingiz Hüseynov 94 yaşında vəfat edib.
1821-ci ildə vəfat edən Napoleonun yarılmasından sonra Napoleonun cinsiyyə
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS-ın ən
Lloyd Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur.
"Maliyyə çətinlikləri həm kişilər, həm də qadınlarda libidonu aş
"Tiktok" sosial şəbəkəsində qısa müddətdə məşhurlaşan Nia
Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarük
"Xüsusi hərbi əməliyyat"ın bitməsi, yeni pandemiyalar və nüvə