Bu qərar dərmanların aşağı qiymətə alınmasına imkan yaradır Millət vəkili
Digərləri 16 Sen 2023 19:45:00 394 0
Tarif Şurasının dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərarı dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan yaradır ki, bu da ilk növbədə vətəndaşların maraqlarına xidmət edir.
Bu xəbəri də oxu: MMin iclası başladı bu məsələlər müzakirə olunacaq
Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.
Millət vəkili bildirib ki, Tarif Şurasının qərarı dərman vasitələrinin satışında daha sağlam rəqabət mühitinin yaradılmasına da stimul verəcək.
Deputat xatırladıb ki, Azərbaycan Prezidentinin 15 avqust 2023-cü il tarixli fərmanı ilə "Dərman vasitələri haqqında" qanunda və bu qanunun tətbiqi barədə fərmanda dəyişiklik edilmişdi.
"Tarif Şurasının bu qərarı məhz cənab Prezidentin fərmanı əsasında qəbul edilib. Burda əsas məqsəd ondan ibarətdir ki, həm dərmanların insanlar üçün əlçatanlığı daha effektiv şəkildə təmin olunsun, həm də keyfiyyətə nəzarət mexanizmləri təkmilləşdirilsin. Bu, son illərdə səhiyyə sahəsində, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi islahatların daha uğurla reallaşması baxımından da vacibdir.
Çünki dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, bu sahədə daha çevik, işlək rəqabət mexanizmlərinin formalaşması, əhali üçün dərmanların əlçatanlığının təmin olunması nəticə etibarilə vətəndaşların sağlamlının qorunması hüququndan daha effektiv faydalanmasına imkan yaradır", - deyə deputat bildirib.
S.Məmmədov vurğulayıb ki, dərmanların qeydiyyat prosesinin sadələşdirilməsi fərmanın əhəmiyyətini artıran əsas məqamlardan biridir.
O qeyd edib ki, maksimum 4 ay ərzində dərman vasitələrinin qeydiyyatının həyata kemirilməsi nəzərdə tutulur.
"Bu, bir tərəfdən, dərman idxalını stimullaşdırmağa təkan verəcək, digər tərəfdən də əhalinin dərman vasitələri ilə təchizatını yaxşılaşdıracaq. Digər bir vacib məsələ isə elektron reseptlərin yazılmasına imkan verən sistemin tətbiqi ilə bağlıdır. "Dərman vasitələri haqqında" qanuna dəyişikliklərdən biri də elektron reseptlərin tətbiqidir. Elektron reseptin tətbiqi pasiyentlərə dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin yazılması hallarının qarşısının alınmasına imkan verəcək. Eyni zamanda, bu sahəyə də daha güclü nəzarət etmək baxımından əhəmiyyət kəsb edir", - deyə deputat bildirib.
Millət vəkili bildirib ki, dərman vasitələrinin təqib və izləmə sisteminin yaradılması dərman vasitələrinin idxalı və dövriyyəsinə nəzarətin daha effektiv həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.
Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək. Son.az
Amerikanın "Open AI" şirkətinin rəhbəri Sem Altman dünyanın ən
ABŞ-nin texnoloji şirkəti "Google" Kaliforniyada açılan məhkəm�
Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhət
Qoç qadınları astrologiyada ən dinamik və həyəcanverici bürclərdən bir
Avqust ayında Bakıda Avtomobil bazarında da qiymət dəyişiklikləri müşah
Ənvər Əliyev: "Zavodun Ararat şəhəri yaxınlığına köçürülməsi
Selena Gomez Nyu-Yorkda "MTV Video Music Awards" mərasiminin keçiril
Türkiyədə dəhşət doğuran olay yaşanıb.
Lənkəranda 2008-ci il təvəllüdlü Nəcəf bacısının sevgilisi Aydına (a
Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirm�
"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr ro
"Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olm
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas
Bir vaxtların məşhur reperi Qaraqan yenidən diqqət mərkəzinə düşüb.