Erməniəsilli şəxslər “Laçın” SBMdən növbəti dəfə sərbəst keçdilər
Siyasət 16 Sen 2023 10:37:00 451 0
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bu xəbəri də oxu: Prezident Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
Son.az xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 15 şəxs olub. Onlardan 8 nəfərinin xəstə olduğu bildirilir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Qeyd edək ki, erməniəsilli şəxslərin nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb. Bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir. Son.az
Bakıda ombadikləşdirmə üçün kosmetoloqa müraciət edən qadın həyatın
Beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings" Azərbaycanda infly
Avroviziya təmsilçimiz Dilarə paylaşımı ilə diqqət çəkib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti n�
İsmayıllı rayonu, Qusencə kəndində yol-nəqliyyat hadisəsinin baş verib.
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin
"Rizin" Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil ed
Rusiya Dövlət Duması payız sessiyasının əvvəlində şaurma standartını
Noyabr ayından etibarən pul kisəsi funksiyası "Telegram" parametrl
Türk musiqisinin "İmperator" ləqəbli sənətçisi İbrahim Tatlı
Yeni Zelandiyadakı Mavi Nelson gölü dünyanın ən şəffah su hövzəsi hesa
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində