İndi də şaurma xəbərdarlığı: yeyək, yeməyək? Dietoloqlar deyir ki...


Digərləri 16 Sen 2023 09:10:00 335 0

İndi də şaurma xəbərdarlığı: yeyək, yeməyək?  Dietoloqlar deyir ki...

Rusiya Dövlət Duması payız sessiyasının əvvəlində şaurma standartını müzakirə edəcək.

Bu barədə parlamentin aşağı palatasının vitse-spikeri Vladislav Davankov RİA Novosti-yə bildirib.

"Payız sessiyasının əvvəlində biz Dövlət Dumasında təhlükəsiz qida ilə bağlı dəyirmi masa keçirəcəyik. Şaurma standartını da müzakirə edəcəyik", - o deyib.

Deputat qeyd edib ki, müzakirə "Rospotrebnadzor", Səhiyyə Nazirliyi və müvafiq ekspertlərin iştirakı ilə baş tutacaq.

"İşi axıra çatdırmaq lazımdır, çünki söhbət təkcə insanların sağlamlığından deyil, sözün əsl mənasında həyati təhlükəsindən gedir", - vitse-spiker vurğulayıb.

Bundan əvvəl Davankov "Rospotrebnadzor"a şaurma standartının yaradılması xahişi ilə müraciət edib. İyul ayında o, həmçinin şöbəyə bu yeməyi hazırlamaq üçün tövsiyələr hazırlamağı, sağlam inqrediyentləri müəyyənləşdirməyi və tərkibdən zərərli olanları çıxarmağı təklif edib.

Sentyabrın 7-nə keçən gecə Kursk vilayətinin Lqov şəhərində şauarmadan kütləvi zəhərlənmə baş verib. Bir neçə nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə təcili yardıma müraciət edib. Zəhərlənənlərdən biri, 23 yaşlı qız infeksion-toksik şokdan dünyasını dəyişib. Ümumilikdə 22 nəfər kömək üçün həkimlərə müraciət edib.

İstintaq Komitəsi tərəfindən "Təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan mal və məhsulların istehsalı, saxlanması, satışı" maddəsi ilə cinayət işi açılıb. Satış məntəqəsinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın tanınmış qastroenteroloqu Yekaterina Kaşax şaurmanın təhlükəli qida olduğunun bildirmişdi: "Şaurmanın əsas təhlükəsi ondan ibarətdir ki, bu yeməyə daxil olan qiymə, mayonez sousu və tərəvəzlər bağırsaq infeksiyalarına səbəb olan bakteriyalarla çirklənə bilər: dizenteriya, salmonellyoz, kampilobakterioz, yersinioz. Bakteriyaların özləri öldüyü, lakin çoxlu toksinlər buraxdığı zaman qida yoluxucu xəstəlik riski də var".

O qeyd edib ki, ağır bağırsaq infeksiyası ehtimalı zəifləmiş immun sistemi olan insanlarda, məsələn, immun sistemini zəiflədən dərman qəbul edənlərdə, həmçinin İİV-lə yaşayanlarda daha yüksəkdir: "Lakin mahiyyət etibarı ilə heç kim sığortalanmayıb. Zahirən tamamilə sağlam bir insan şaurma yedikdən sonra ciddi zərər verə bilər. Bu, onun artıq asimptomatik olan diaqnozu qoyulmamış xroniki xəstəlikləri varsa mümkündür. Yaxud bakteriya yükü çox böyük olsa və orqanizm sadəcə olaraq bunun öhdəsindən gələ bilməsə, mümkündür", - deyə həkim bildirib.

Həkim vurğulayıb ki, şaurmanın ən təhlükəli tərkib hissəsi ətdir. Saxlama və hazırlamaq texnologiyası pozularsa, helmintoz, bakterial və viral bağırsaq infeksiyalarına səbəb ola bilər: "Pis yuyulmuş tərəvəzlərin səthində rotavirus və enterovirus infeksiyalarına səbəb olan patogenlər qala bilər. Həmçinin pis işlənmiş qidalar səbəbindən siz hepatit A virusuna (qaraciyərin iltihabi xəstəliyi) yoluxa bilərsiniz. Eyni zamanda, nəinki ərzaq məhsulları, hətta sanitar tələblərə əməl etmədən şauarma hazırlayan iaşə işçiləri də çox vaxt təhlükəli infeksiyaların mənbəyinə çevrilir", - həkim bildirib.

Onun sözlərinə görə, əllərə, bıçaqlara, lövhələrə düzgün qulluq edilmir: "Belə aşpazlar şauarmanı helmintlər və bağırsaq infeksiyalarının patogenləri ilə "sez" edə bilərlər. Dizenteriya, salmonellyoz, şigeloz, kampilobakterioz, yersinioz. Listerioz və ya toksoplazmoza yoluxma hallarına daha az rast gəlinir, bu infeksiyalar xüsusilə hamilə qadınlar üçün təhlükəlidir. Bütün bu xəstəliklərin oxşar əlamətləri var: ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq, bəzi hallarda isə qızdırma və kəskin respirator virus infeksiyasının əlamətləri.

Bu infeksiyalar qusma və ishal səbəbiylə susuzluğa səbəb ola bilər ki, bu da ciddi, bəzən ölümcül ağırlaşmalara səbəb ola bilər. Buna görə də, belə simptomlar görünsə, həkimə müraciət etməlisiniz. O, dəqiq diaqnoz qoyub effektiv müalicə təyin edə biləcək, lazım gələrsə, xəstəxanaya yerləşdirə biləcək".

Qeyd edək ki, Azərbaycanda da şaurma gənclər və uşaqların sevimli qidalarındandır. Doğrudur, şükürlər olsun ki, bizdə zəhərlənmə halları qeydə alınmayıb. Amma Rusiyadakı olay da düşündürücüdür. "Şər deməsən, xeyir gəlməz".

Bəs nələrə diqqət etməli, mütəxəssislər bu barədə nə deyir? "Şaurma standartı" nə deməkdir?

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert, kulinar Ağa Salamov "Yeni Müsavat"a danışıb: "Məlum olduğu kimi, şaurma toyuq ətindən hazırlanır. Toyuq ətindən həm də dönər hazırlanır. Elə yerlər var ki, şaurmanı dönər əti ilə qarışdırır, lavaşda dönər-şaurma hazırlayırlar. Yəni Rusiyanın Dövlət Duması anlamalıdır ki, problemin başında şaurma dayanmır. Məsələn, tutaq ki, kotlet hazırlayırıq. Bunun üçün bizə mal əti lazımdır, təbii ki, həmin ət vaxtında vaksinasiya olunmalı, qulluq edilməli, baytar nəzarətindən keçməli, daha sonra istehsala verilməli, ondan qida hazırladıqda hazırlama prosesinə diqqət edilməli, gigiyenik-sanitar qaydalara əməl olunmalıdır.

Eləcə də şaurmanın qida zəncirinin  haradan başlamasına diqqət edilməlidir. Rusiya Dövlət Duması isə qida zəncirinin sonundan "yapışaraq", günahı şaurmada görür. Qeyd etdiyim kimi, şaurma toyuq ətindən hazırlanır və bunun üçün diqqət edilməlidir ki, onun hazırlanmasında istifadə olunan toyuğun emalı necə aparılıb. Yəni toyuğun fermada bəslənilməsi, vaxtında vaksinasiya edilməsi, dərmanlanması, yemlənməsi, vaxtında kəsilməsi, kritik nöqtələrin analizi, məhsulun qaydasında, soyuducu ilə təmin olunmuş maşınlarda iaşə müəssisəsinə çatdırılması, biçirklənməyə məruz qalmaması, ondan dönər, dönərlərdən dönər-şaurmaların hazırlanması, bütün bu proses diqqətlə izlənilməli, nəzarətdə olmalıdır. 

İkinci bir məsələ bəlkə zəhərlənmə şaurmaya vurulan mayanezdən baş verib? Şaurmaya sarımsaqlı, mayanezli sous vurulur. O da məlumdur ki, mayanez yumurtadan hazırlanır, bəzən onu günəş altında saxlayıb, sonra da şaurmaya vururlar, nəticədə zəhərlənmə baş verir. Rusiya Duması əslində ictimai iaşə müəssisələrində qida zəncirinin əvvəlindən sona qədər olan təhlükəsizliyinə nəzarətdə saxlamalıdır. Yoxsa ki, şaurmaya nə standart qoyacaqlar ki? Deyəcəklər ki, toyuq şaurmada 100 qram deyil, 150 q olsun?"

Diyetoloq-həkim Ləman Süleymanova da qeyd etdi ki, hər hansı qida hazırlananda ona sərf edilən inqridentlərə, qidanın tərkibinə, hazırlanma şəraiti, otaq temperatura diqqət edilməli, sanitar gigiyenik qaydalara əməl olunmalıdır: "Şaurma dönər kimi qidaların hazırlanmasına xüsusilə diqqət edilməlidir. İlk növbədə ət keyfiyyət olmalıdır. Bəzən olur ki, şaurmadan, dönərdən  zəhərlənmə ətin keyfiyyətsiz olması ilə bağlıdır.  Şaurmanın da tərkibində toyuq əti, kartof, xiyar turşusu, xaman olur, hətta sarımsaq əlavə olunur. Əgər sadalanan bu inqridentlər keyfiyyətsizdirsə, zəhərlənməyə gətirib çıxarır.

Xüsusilə mayanez ən təhlükəli qidadır. Çünki isti otaq şəraitində və ya günəş altında qalanda onun tərkibindəki maddələr aktivləşir və çox ağır zəhərlənməyə yol aça bilər. Mayanezli salatlar belə, isti şəraitdə saxlanıldıqda və yaxud uzun müddət qaldıqda çox ağır toksidli zəhərlənməyə gətirib çıxara bilər.

Bəs nə zaman zəhərlənmə ölümlə nəticələnir? Qida zəhələnməsindən adətən yüngül baş ağrısı, ürəkbulanması olur. Bu zəhərlənmənin ilkin əlamətidir. Artıq tədricən qusma, ishal kimi əlamətlər baş verir və yenə də fərqinə varmayanda ağır toksinlər qana daxil olur, temperatur kəskin artır. Təcili tədbir görülməzsə, xəstənin immun sistemi zəif olarsa, artıq xəstəni xilas etmək olmur. 

Bəzən olur ki, hansı məclisdə bir salatdan bir neçə nəfər qəbul edir, amma bir nəfər zəhərlənir. Bu ona görədir ki, həmin şəxsin gün ərzində qəbul etdiyi qidanın tərkibindəki hansısa maddə salatın tərkibindəki mayanezlə tərs reaksiyaya girir və zəhərlənmə əmələ gəlir. Çox təəssüf ki, gənclərin əksəriyyəti şaurma, dönər kimi qidaları kola, digər rəngli içilər, ayranla qəbul edir. Təsəvvür edin, əgər şaurmanın tərkibində zəhərli qidalar varsa, mayanez pisdirsə, üstəlik kola, ayran ilə qəbul edilirsə, bu zaman zəhərlənmə ağırlaşır, hətta ölüm təhlükəsi 80 faiz ola bilir".

“Telegram”da pul kisəsi olacaq like
  • 16 Sen 09:00  
Digərləri “Telegram”da pul kisəsi olacaq

Noyabr ayından etibarən pul kisəsi funksiyası "Telegram" parametrl

arrow Ətraflı
Tatlısəsin Bakı konsertinin tarixi bəlli oldu like
  • 16 Sen 08:54  
Şou-biznes Tatlısəsin Bakı konsertinin tarixi bəlli oldu

Türk musiqisinin "İmperator" ləqəbli sənətçisi İbrahim Tatlı

arrow Ətraflı
Bu göldə 80 metr dərinlik görünür  FOTO like
  • 16 Sen 08:48  
Digərləri Bu göldə 80 metr dərinlik görünür FOTO

Yeni Zelandiyadakı Mavi Nelson gölü dünyanın ən şəffah su hövzəsi hesa

arrow Ətraflı
Dünyanın ən böyük iti öldü  FOTO like
  • 16 Sen 08:41  
Digərləri Dünyanın ən böyük iti öldü FOTO

Dünyanın ən böyük iti hesab edilən Zevs ölüb.

arrow Ətraflı
Maştağada 32 yaşlı oğlanı başından bıçaqladılar like
  • 16 Sen 08:33  
Digərləri Maştağada 32 yaşlı oğlanı başından bıçaqladılar

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
NASA mütəxəssisi Meksikada nümayiş olunan “yadplanetli mumiyalar”a münasibət bildirdi like
  • 16 Sen 08:25  
Digərləri NASA mütəxəssisi Meksikada nümayiş olunan “yadplanetli mumiyalar”a münasibət bildirdi

NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində

arrow Ətraflı
Qarışqanın başı mikroskop altında belə görünür  FOTO like
  • 16 Sen 08:17  
Digərləri Qarışqanın başı mikroskop altında belə görünür FOTO

Qarışqanın başı mikroskop altında 1000 dəfə böyüdülərək çəkildikd

arrow Ətraflı
Ticarət mərkəzində 5 avtomobil yandı like
  • 16 Sen 08:09  
Digərləri Ticarət mərkəzində 5 avtomobil yandı

Sankt-Peterburqda ticarət mərkəzini əhatə edən güclü yanğında 5 avtomo

arrow Ətraflı
Bakıda 30 yaşlı kişiyə butulka ilə xəsarət yetirilib like
  • 16 Sen 08:00  
Digərləri Bakıda 30 yaşlı kişiyə butulka ilə xəsarət yetirilib

Bakının Xəzər rayonununda ağır xəsarətlə nəticələnən döyülmə had

arrow Ətraflı
Pul oğurlayan qarğa  VİDEO like
  • 16 Sen 07:52  
Digərləri Pul oğurlayan qarğa VİDEO

Çində bir nəfər qarğaya pul oğurlamağı öyrədib.

arrow Ətraflı
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub like
  • 16 Sen 07:47  
Siyasət Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silah

arrow Ətraflı
Ov etmək istəyənlər üçün XƏBƏR VAR  Yeni qayda qüvvəyə MİNDİ like
  • 16 Sen 07:43  
Digərləri Ov etmək istəyənlər üçün XƏBƏR VAR Yeni qayda qüvvəyə MİNDİ

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbə

arrow Ətraflı
Süni intellekt xəstə uşağa like
  • 16 Sen 07:35  
Digərləri Süni intellekt xəstə uşağa

Süni intellektə malik "chatbot" ChatGPT ABŞ-dan olan uşağa diaqno

arrow Ətraflı
“TikTok” cərimələndi  Uşaqlara görə... like
  • 16 Sen 07:27  
Dünya “TikTok” cərimələndi Uşaqlara görə...

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ("Data Protection C

arrow Ətraflı
Bakıda DƏHŞƏTLİ QƏZA: Bir avtomobil vurdu, digəri üstündən keçdi  FOTO like
  • 16 Sen 07:09  
Digərləri Bakıda DƏHŞƏTLİ QƏZA: Bir avtomobil vurdu, digəri üstündən keçdi FOTO

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisə

arrow Ətraflı