Körpədə bu əlamətlər varsa, raxitdir Pediatr
Digərləri 13 Sen 2023 19:02:00 425 0
Raxitlik - azyaşlı uşaqlarda maddələr mübadiləsi pozulması və D vitamin əskikliyi ilə bağlı olan sümük-sinir sisteminə təsir edən xəstəlikdir. Son.az medicina.az-a istinadən xəbər verir ki, pediatr Azər Məmmədov vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi kimi digər patoloji hallar müşahidə olunduğunu bildirib. Raxitliyin səbəbi D vitamininin çatışmazlığı və bunun nəticəsində mineral mübadilənin (kalsium və fosfor) pozulmasıdır. Vitamin D çatışmazlığı sinir və sümük sistemlərində pozğunluqlar yaradır. D vitamini uşaq orqanizminə yediyi qida ilə daxil olur. Bundan başqa günəş şüalarının təsiri ilə dəridə sintez olunur. Ana südü vitamin D ilə Çağrı mərkəziindir, ona görə uşaq mütləq ana südü ilə qidalandırılmalıdır. "Xəstəliyin əlamətlərinə gəlincə, bu uşaqlar çox oyanıq olurlar, xüsusilə başda güclü tərləmə müşahidə olunur. Hesab olunur ki, əgər körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir. Raxit xəstəliyi zamanı uşaqda qəbizlik də yarana bilər. Bu, uşaqda bağırsaq əzələlərinin tonusunun azalmasına görə baş verir. Uşağın dərisinə əl vuranda bir neçə dəqiqədən sonra keçən qırmızı iz qalır. Raxit xəstəliyi olan uşaqlar da pis yeyir və pis yatırlar. Ənsə nahiyəsində saçları tökülür. Sonra proses sümüklərə keçir. Uşağın kəllə sümükləri deformasiyalaşır, daha sonra döş qəfəsində yaranır. Raxit xəstəliyinin sonrakı mərhələlərində, başının arxası yastılaşır, qarın yekəlir və ayaqlar əyilir. Raxitin digər əlaməti alnın böyüməsidir".
Bu xəbəri də oxu: "Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib"
Son.az
ABŞ Nümayəndələr Palatası iki partiyalı "Məhsa Əmini" qanun l
Şou-biznes nümayəndələri yay mövsümündə toyların olmamasından istifad
ABŞ-də 30 yaşlı Rachel Bailey həmyaşıd əri Aleksandra da süd verir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür
Ərdoğanın Paşinyana zəngi Türkiyənin açıq şəkildə oyuna girdiyini g�
2023-cü ilin avqust ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas
Müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşla bağlı paylaşım
Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb.
Bakıda kütləvi dava zamanı ölən 2 nəfərin qətlində təqsirləndirilən
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölm
Bakıda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu onu aldatmaq istəyən dələduzun n