Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm”
Şou-biznes 13 Sen 2023 15:03:00 329 0
"Ayağımın ağrısından dayana bilmirəm. Çox çətin və ağır günlər yaşayıram".
Bu xəbəri də oxu: Xalq artisti efirdə bu məşhur qadına zərfdə pul hədiyyə etdi
Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. İki il əvvəl çəkilişlərin birində ayağı sınan 60 yaşlı Prezident mükafatçısı günü bu gündə əziyyət çəkdiyini və ağrıların daha da artdığını bildirib: "Bir neçə il əvvəl "İctimai" televiziyanın çəkilişlərinin birində dağın başında ayağımdan çox ciddi zədə aldım. Topuğum zədələndi. İki gün o ağrı ilə orada qaldım. Bakıya gəldim, kəskin ağrılarıma görə həkimə müraciət etdim. O isə başı soyuqluq etdi. Zamanında həkimlər düzgün müdaxilə etsəydilər, ayağım bu hala düşməzdi". Sənətkar səhhəti ilə bağlı Türkiyəyə üz tutsa da, lakin ağrılarına çarə tapmayıb: "Ağrılarım çoxaldı və gəzməyimdə ciddi problemlər yarandı. Türkiyəyə gedib həkimlərə müraciət etdim. Dedilər ki, bir çarə var, o dakı topuğunuzu dondurmaq. Belə olan halda isə mən artıq nəyinki gəzməyim hətta ayaq üstə durmağım məhdudlaşacaq. Bu əməliyyata isə əsla razı olmaram. Çünki mən aktrisayam. Səhnədə gəzirəm, qaçıram, lazım olanda hoppanıram. Bu mümkünsüzdür. Həkim mənə müxtəlif dərmanlar yazdı. Onları qəbul etdim. Dörd ay müalicə alsam da amma bir xeyri olmadı, ağrılarım azalmadı". Aktrisa vurğulayıb ki, qəbul etdiyi çox sayda ağrıkəsici dərmanlara görə, mədəsində də problemlər yaranıb: "Türkiyədən sonra Bakıya gəldim, yenidən həkimə müraciət etdim. O da mənə ağrıkəsici preparatlar qəbul etməyi məsləhət gördü. İnanın ki, o dərmanları içməkdən artıq mədəm ağrıyır. "Şıx sanatoriya"ya getdim ki, müalicələr alım, az da olsa ağrılarım azalsın. Amma ora getdikdən sonra ağrılarım daha da çoxaldı". N.Allahverdiyeva hazırda özünü çox pis hiss etdiyini söyləyib: "Hazırda vəziyyətim heç də yaxşı deyil. 100-200 metr gəzən kimi ayağım başlayır ağrımağa. Teatrda məşqlərə getmək üçün ağır ağrıkəsici dərmanlar vurdurub sonra gedirəm. O qədər müxtəlif ağrıkəsi preparatlar qəbul etmişəm ki, artıq ağrılarım belə azalmır. 4-5 aydır ki, səhhətimdə yaranan problemlərlə əlləşirəm. Maraqlanmışam deyirlər ki, bəlkə ayağına çarəni İsraildə tapa bilərsən. Çünki oranın səhiyyə sistemi çox güclüdür. Ora getməyi düşünürəm. Rusiya və Türkiyəyə dəfələrlə getsəm də dərdimə çarə tapılmadı".
ABŞ-də kuryer xidməti göstərən şəxs sifarişin içinə tüpürüb. So
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüş�
Sentyabrın 8-də Çin Xalq Respublikasının Shenzhen şəhərində Kəmər
Meksika parlamentinin iclasında yadplanetli olduğu təxmin edilən min yaşlı
ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərin
ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa gör�
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin siyasətini tənqid edib.
Dünyaca məşhur "yutuber" Ruby Franke öz uşaqlarını istismar etd
Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond)
Bu gün çox qürurlu və sevincliyik, öz doğma torpağımıza, Zəngilana qay
BP Qrupunun baş icraçı direktoru Bernard Luni vəzifəsindən istefa verib.
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları Cənubi Qafqazda və
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Kadrla