“Bu problem NyuYorku məhv edəcək”
Dünya 13 Sen 2023 13:53:00 338 0
ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərinin hakimiyyət orqanları genişmiqyaslı miqrasiya böhranının öhdəsindən gələ bilmir.
Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə NBC amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, Daxili İşlər Nazirliyi bu yaxınlarda 100 min miqrantı qəbul edən şəhərdəki vəziyyəti qiymətləndirmək üçün "komanda" göndərib. Yekun qiymətləndirmə dərc edilməyib, lakin rəsmi şəxslərin sözlərinə görə, şəhər hakimiyyətinin miqrasiya problemini həll etmək üçün strategiyası yoxdur.
Nyu-York meri Erik Adams razılaşır ki, şəhər "küçələrdə və ya sığınacaqlarda yatan" minlərlə miqrantla məşğul olmaqda çətinlik çəkir. "Mən bunun sonunu görmürəm. Bu problem Nyu-Yorku məhv edəcək", - mer deyib.
Keçən ilin oktyabr ayında Nyu-York meri şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan etmişdi.
Adams deyib ki, şəhərin evsizlər üçün sığınacaqları 100% dolub. Eyni zamanda o bildirib ki, cənub əyalətlərindən metropolisə hər gün 5-6 qeyri-qanuni miqrant avtobusu heç bir razılaşdırılmadan və xəbərdarlıq edilmədən gəlir.
2022-ci ildə Texas, Arizona və Florida ştatlarının səlahiyyətliləri Meksika ilə sərhədi qanunsuz keçdikdən sonra ABŞ-a daxil olan əcnəbiləri kütləvi şəkildə Vaşinqton, Nyu-York və digər böyük şəhərlərə avtobuslarla göndərməyə başlayıblar. Beləliklə, onlar ABŞ prezidenti Co Baydenin hədsiz yumşaq miqrasiya siyasətinə etiraz edirlər.
ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa gör�
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin siyasətini tənqid edib.
Dünyaca məşhur "yutuber" Ruby Franke öz uşaqlarını istismar etd
Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond)
Bu gün çox qürurlu və sevincliyik, öz doğma torpağımıza, Zəngilana qay
BP Qrupunun baş icraçı direktoru Bernard Luni vəzifəsindən istefa verib.
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları Cənubi Qafqazda və
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Kadrla
Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, hə
Son günlər əhali arasında qrip virusu kəskin yayılıb. Havanın kəskin d�
Nigeriyanın Adamava vilayətinin Qurin kəndində sərnişin qayığının göl
Putinin sonuncu açıqlaması Rusiyanın son 30 ildə Azərbaycan Ermənistan m�