Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi


Kriminal 13 Sen 2023 14:22:00 276 0

Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi

Sentyabrın 8-də  Çin Xalq Respublikasının Shenzhen şəhərində  Kəmər və Yol Təşəbbüsü Beynəlxalq Musiqi Festivalı start götürüb. Festivalın açılış mərasimi Çinin ən böyük konsert salonlarından biri olan Shenzhen Konsert Hallda reallaşıb. Rəsmi açılış mərasimində Azərbaycanı Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib. Təntənəli  mərasimində Sahib Paşazadə ilə birlikdə amerikalı tenor Jonatan Tetelman, rumın opera müğənnisi Angela Gheorghiu, tanınmış dirijor Ciprian Teodorascu, məşhur italyan pianoçusu Edoardo Turbil və tanınmış sənət adamları  fəxri qonaq qismində eyni səhnəni bölüşüblər. Festivalın rəsmi simvolik açılışını da məhz fəxri musiqiçi qonaqlar həyata keçiriblər. Sahib Paşazadə Shenzhen Simfonik Orkestri ilə birlikdə Həsən Rzayevin "Çahargah rapsodiyası" və Çin xalq musiqilərindən ibarət kompozisiya təqdim edib. Tarzən həmçinin festivalın açılış günü 30-dan çox KİV-nin iştirakı ilə təşkil edilən brifinqdə Azərbaycan muğamı və tarı haqqında ingilis dilində geniş məlumatı diqqətə çatdırıb. 

Musiqi festivalı oktyabrın 31-də başa çatacaq. Iki aya yaxın davam edəcək tədbirlərdə şəhərin müxtəlif məkanlarında ümumilikdə 59 konsert proqramı təqdim olunacaq.

Kəmər və Yol Təşəbbüsü strategiyası ( əvvəlki adı  "Bir kəmər, bir yol") 2013-cü ildə irəli sürülüb. Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Təşəbbüs olaraq ilk dəfə  2013-cü ilin sentyabrında  Çin rəhbərinin Qazaxıstana rəsmi səfəri zamanı strategiya "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan edilmişdi. Strategiyanın şərəfinə təşkil edilən festival müxtəlif ölkələrin mədəniyyət və incəsənətinin təbliğində mühüm rol oynayır.  Dünyanın hər yerindən yüksək səviyyəli sənətçiləri bir araya gətirən Kəmər və Yol Təşəbbüsü Beynəlxalq Musiqi Festivalı 2017-ci ildən bəri Shenzhen Bələdiyyə Hökumətinin ev sahibliyi etdiyi yüksək səviyyəli mədəni tədbirə və tanınmış beynəlxalq mədəniyyət hadisəsinə çevrilə bilib. Buna görə də açılış konsertində "Kəmər və Yol" boyunca yerləşən ölkələrin məşhur ifaçılarının bir arada çıxış etməsi festivalın əsas konsertlərindən biri hesab edilir. Festivalda 60-dan çox şəhərdən 2500 sənətçinin çıxışı nəzərdə tutulub.

Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi like
  • 13 Sen 13:57  
Dünya Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi

Meksika parlamentinin iclasında yadplanetli olduğu təxmin edilən min yaşlı

arrow Ətraflı
“Bu problem NyuYorku məhv edəcək” like
  • 13 Sen 13:53  
Dünya “Bu problem NyuYorku məhv edəcək”

ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərin

arrow Ətraflı
Şakira ilkə imza atdı like
  • 13 Sen 13:51  
Şou-biznes Şakira ilkə imza atdı

Nyu-Yorkda "MTV Video Music Awards 2023" mükafatının təqdimetmə m

arrow Ətraflı
Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək like
  • 13 Sen 12:55  
Dünya Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa gör�

arrow Ətraflı
SSRİnin siyasəti yanlış idi like
  • 13 Sen 12:54  
Digərləri SSRİnin siyasəti yanlış idi

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin siyasətini tənqid edib.

arrow Ətraflı
Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ? like
  • 13 Sen 12:23  
Digərləri Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ?

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond)

arrow Ətraflı
Bunun qürurunu yaşayırıq  Keçmiş məcburi köçkün like
  • 13 Sen 12:21  
Digərləri Bunun qürurunu yaşayırıq Keçmiş məcburi köçkün

Bu gün çox qürurlu və sevincliyik, öz doğma torpağımıza, Zəngilana qay

arrow Ətraflı
BPnin baş icraçı direktoru istefa verdi like
  • 13 Sen 12:17  
Dünya BPnin baş icraçı direktoru istefa verdi

BP Qrupunun baş icraçı direktoru Bernard Luni vəzifəsindən istefa verib.

arrow Ətraflı
Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirir like
  • 13 Sen 12:14  
Siyasət Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirir

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları Cənubi Qafqazda və

arrow Ətraflı
Ombudsmandan insan qalıqlarının aşkarlanması ilə bağlı AÇIQLAMA like
  • 13 Sen 12:12  
Siyasət Ombudsmandan insan qalıqlarının aşkarlanması ilə bağlı AÇIQLAMA

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu

arrow Ətraflı
Zelenski Fərəcovu işdən çıxartdı like
  • 13 Sen 12:10  
Dünya Zelenski Fərəcovu işdən çıxartdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Kadrla

arrow Ətraflı
Sülh danışıqlarını dəstəkləyirik  Bolqarıstan prezidenti like
  • 13 Sen 12:06  
Siyasət Sülh danışıqlarını dəstəkləyirik Bolqarıstan prezidenti

Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, hə

arrow Ətraflı
Əhali arasında sürətlə xəstəlik yayılır like
  • 13 Sen 12:04  
Digərləri Əhali arasında sürətlə xəstəlik yayılır

Son günlər əhali arasında qrip virusu kəskin yayılıb. Havanın kəskin d�

arrow Ətraflı
"iPhone 15" təqdim olundu like
  • 13 Sen 12:01  
Digərləri "iPhone 15" təqdim olundu

"Apple"ın maraqla gözlənilən "Wonderlust" tədbiri keçi

arrow Ətraflı