Daban çatlarına qarşı bunları edin VACİB MƏSLƏHƏT


Digərləri 12 Sen 2023 23:57:00 416 0

Daban çatlarına qarşı bunları edin  VACİB MƏSLƏHƏT

Yay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır, insana yerimək çətin olur.

Bu xəbəri də oxu: "ATƏTin Minsk qrupu

Son.az saglamolun.az-a istinadən xəbər verir ki, müalicəsiz buraxılmış çatlar yaralara çevrilir, irinləyir. Bu halda insan mütləq  peşəkar tibbi yardım üçün həkimə (dermatoloq, cərrah) müraciət etməlidir.

Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, piylənmə, qastrit və s. pozulmalardan, avitaminozdan (vitaminlərin çatışmazlığı) əziyyət çəkən insanlar, yaşlı insanlar daban çatlarından daha tez-tez hallarda əziyyət çəkir.

Dabanlarda çatların əmələ gəlməsinə bir çox hallarda yayda geyinilən açıq ayaqqabılar ("şap-şap", sabo və s.) səbəb olur. Belə ayaqqabıların arxa hissəsi daim dabanları vurur və bunun nəticəsində bu hissədə olan dəri codlaşır və çatlayır. Bu səbəbdən əgər siz daim daban çatları problemi ilə üzləşirsinizsə, bağlı ayaqqabıya keçin. Təbii ki, ayaqqabı yüngül, "nəfəsalan" və təbii dəridən və ya təbii parçadan olmalıdır.

Ayaq dərizinə düzgün olmayan baxım da çatların əmələ gəlməsi səbəb ola bilər. Əgər insan daim pəncə nahiyəsini çox tez-tez və güclü şəkildə pemza (daban daşı) və digər bu kimi vasitələrlə sürtürsə, bu da çatların əmələ gəlməsinə gətirib çıxarda bilər.

Çatlar göbələk infeksiyanın əlaməti də ola bilər. Bu halda həkimin təyinatı ilə xüsusi göbələk əleyhinə preparatlardan istifadə olunmalıdır.

Əgər çatlar səthidirsə, bizim məsləhətlərimizdən istifadə edin. Bu sadə məsləhətlər sizə bu problemdən qurtulmağa kömək edəcək.

Beləliklə, əgər çatlar səthidir, qızarmayıb və irinlənməyib, bu kimi məsləhətlərdən istifadə edin:

1. Axşam yatmazdan əvvəl isti suya kraxmal əlavə edib ayaq vannanı edin (1 l isti su + 1 xörək qaşığı kraxmal). Kraxmal ayaq dərisini yumşaldır.

Bundan əlavə ayaq vannasına soda və sabun əlavə etmək olar. 2 l isti suya 1 xörək qaşığı soda və 1/2 çay qaşığı yumşaq sabun əlavə olunur. Belə vannada da ayaqların dərisini yumşaldır.

Ot dəmləmələri ilə vannalar da (gicitkən, çobanyastığı, kalendula, bağayarpağı) çox yaxşı effekt verir. Bu vannalar antiseptik və yara sağaldan təsir edir.

2. Ayaqların dərisini yaxşı yumşaltdıqdan sonra dərini pemza ilə (daban daşı) sürtün. Çalışmayın, ilk dəfədən bütün artıq dərini təmizləyəsiniz. Bunun üçün nəzərdə tutulmuş dəmir vasitələrdən istifadə etməyin - onlar dərini lazım olandan artıq "soyur" və bu vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

3. Artıq dərini təmizlədikdən sonra ayaqlarınıza qalın qatla vazelin çəkin. Vazelin və vazelin tərkibli məlhəmlər dabanlarda çatların sağalmasına yaxşı kömək edir. Tərkibində lanolin olan vasitələr (kremlər, məlhəmlər), salisil məlhəmi də çatların sağalmasına kömək edir.

Naşatır spirti ilə qliserini qarışdırın (1:1 nisbətində) və çatlara çəkin. Qliserin və sirkənin qarışığından da istifadə etmək olar.

Çatlar tam sağalana kimi seçilmiş vasitəni dabanlara çəkin və bintlə yüngül sarıyın.

Çatların profilaktikası üçün:

- Ayaqlarınızı hər gün hər hansı yumşaq vasitə ilə (krem-sabun, duş üçün gel) yuyun. Yuduqdan sonra ayaq dərisinə yağlı krem və ya uşaq yağı çəkin.

- Həftədə 2 dəfədən az olmayaraq ayaq vannaları edin və ayaqlarınızı artıq dəridən təmizləyin.

91 yaşlı Əməkdar artist VƏFAT ETDİ  FOTO like
  • 12 Sen 23:52  
Digərləri 91 yaşlı Əməkdar artist VƏFAT ETDİ FOTO

Rusiyanın Əməkdar artisti Mariya Skuratova vəfat edib.

arrow Ətraflı
Meyxanaçı Samirə qeyrirəsmi yaşadığı şəxsdən DANIŞDI: “Onun həsrətini çəkirəm” like
  • 12 Sen 23:48  
Şou-biznes Meyxanaçı Samirə qeyrirəsmi yaşadığı şəxsdən DANIŞDI: “Onun həsrətini çəkirəm”

Meyxanaçı və müğənni Samirə Yusifqızı qeyri-rəsmi yaşadığı şəxsd

arrow Ətraflı
Qazdı, qazdı, qızıl xəzinəsi tapdı like
  • 12 Sen 23:42  
Digərləri Qazdı, qazdı, qızıl xəzinəsi tapdı

Norveçdə həvəskar arxeoloq yerli peşəkar arxeoloqların artıq "əsri

arrow Ətraflı
Xroniki yorğunluğu olanlar – Tək bu qidadan imtina etsin like
  • 12 Sen 23:37  
Digərləri Xroniki yorğunluğu olanlar – Tək bu qidadan imtina etsin

Gənclərin, xüsusən ofis işçilərinin şikayətləndiyi xroniki yorğunluq

arrow Ətraflı
Məşhur müğənni evindəki xidmətçisi ilə eşq yaşayırmış  FOTO like
  • 12 Sen 23:33  
Şou-biznes Məşhur müğənni evindəki xidmətçisi ilə eşq yaşayırmış FOTO

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirsin kiminlə eşq y

arrow Ətraflı
Kim Çen Inın dəbdəbəli zirehli qatarı: Maraqlı detallar like
  • 12 Sen 23:28  
Digərləri Kim Çen Inın dəbdəbəli zirehli qatarı: Maraqlı detallar

O, çox ağırdır və ümumiyyətlə, sosializmin "qoxusu" gəlmir.

arrow Ətraflı
Soyuqlar düşəndə immuniteti necə möhkəmləndirək? like
  • 12 Sen 23:22  
Digərləri Soyuqlar düşəndə immuniteti necə möhkəmləndirək?

Payız aylarında immunitetin sınağı başlayır. Havada hava -damcı yolu il�

arrow Ətraflı
Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR like
  • 12 Sen 23:16  
Digərləri Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələ

arrow Ətraflı
"Apple" "iPhone 15" modelini təqdim etdi  VİDEO  FOTO like
  • 12 Sen 23:09  
Digərləri "Apple" "iPhone 15" modelini təqdim etdi VİDEO FOTO

Son.az publika.az-a istinadən xəbər verir ki, bütün yeni cihazların satı

arrow Ətraflı
Müdafiə Nazirliyi like
  • 12 Sen 23:02  
Siyasət Müdafiə Nazirliyi

Sentyabrın 12-si saat 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri t

arrow Ətraflı
Atauşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır like
  • 12 Sen 23:00  
Digərləri Atauşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla

arrow Ətraflı
Putin Ukrayna ilə dialoq şərtini açıqladı like
  • 12 Sen 22:54  
Dünya Putin Ukrayna ilə dialoq şərtini açıqladı

Əgər ABŞ Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, o zaman Kiyev

arrow Ətraflı
Qızılcaya yoluxma kəskin artıb  ÜST like
  • 12 Sen 22:48  
Digərləri Qızılcaya yoluxma kəskin artıb ÜST

Son bir il ərzində türk dünyası coğrafiyasında qızılcaya yoluxmada art�

arrow Ətraflı
Həyat yoldaşını və baldızını bıçaqladı like
  • 12 Sen 22:43  
Digərləri Həyat yoldaşını və baldızını bıçaqladı

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il

arrow Ətraflı