Kanadalı deputatlara erməni cinayətlərindən bəhs edildi
Siyasət 12 Sen 2023 15:28:00 392 0
Sentyabrın 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizdə səfərdə olan Kanada Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, İcmalar Palatasının deputatı Çandra Aryanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu xəbəri də oxu: İlham Əliyev: Azərbaycan vətəndaşları ildənilə daha yaxşı yaşamalıdırlar
Milli Məclisdən Son.az-a verilən məlumata görə, görüşdə Kanada ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili həm Kanada, həm də Azərbaycan parlamentində fəaliyyət göstərən dostluq qruplarının münasibətlərimizin inkişafındakı rolundan danışıb. O, diqqətə çatdırıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını və münasibətlərin normallaşdırılmasını təklif edib. Çünki Azərbaycan gələcəyə baxır və sülh tərəfdarıdır. Lakin Ermənistan qeyri-konstruktiv mövqe tutaraq bu prosesə müxtəlif vasitələrlə maneələr törədir.
Bildirilib ki, son zamanlar Kanadada Azərbaycan əleyhinə verilən bəyanatlar təəssüf doğurur. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu bir neçə gün bundan əvvəl Kanada parlamentində Azərbaycan əleyhinə verilmiş sonuncu bəyanatla bağlı öz etirazını bildirib.
Söhbət zamanı Kanada ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev qonaqlara Birinci və İkinci Qarabağ müharibəsi, Ermənistanın cinayətkar əməlləri, Azərbaycanın Cənubi Qafqaz regionundakı rolu barədə ətraflı məlumat verib.
Kanada Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, İcmalar Palatasının deputatı Çandra Arya Azərbaycana səfərindən məmnunluğunu bildirərək, iki ölkə arasında parlamentlərarası, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyindən danışıb. O, multikultural ölkə olan Azərbaycanın iqtisadi inkişafı, Kanadada ictimai-siyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərini ifadə edib.
Görüşdə Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov və digər rəsmi şəxslər də iştirak ediblər.
Bu ilin 8 ayı üzrə qaz hasilatı 5 faiz artıb.
Yeni tədris ilinin başlanmasına 3 gün qalır. Ötən il məktəbli forması
Bütün dünyaya yalan məlumatlarla car çəkən, hər gün müxtəlif saatlard
Sentyabrın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesind�
"Öpüş kabinəsi" və "İddia" serialının ulduzu Coi K
Yeni tədris ili üç gün sonra başlayır. Xüsusilə ali məktəblərin açı
2023-cü ilin sentyabr ayının ən uğursuz bürcləri açıqlanıb. Bu bürcl�
2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində is
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsveçrədə BQXK prezident
Xəbər verdiyimiz ki, yeni tədris ilinin başlanması və fəal istirahət dö
Ermənistanın sərhədlərimizə yaxın ərazilərə silah və sursat yerləşd
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərb�
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pira
Problemlərin həlli üçün addımlar atılıb.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)